Yamb - Wikipedia
Yamb (yun. yamb "çalğı aləti") — şeir ölçüsü. Qədim yunan ədəbiyyatında janr.
Etimalogiyası
redaktəAntik poeziyada və rus klassik şeirində iki hecalı stopa (bəhr) yamb deyilirdi. Antik şeirdə yambı təşkil edən hecalardan birincisi uzun, ikincisi qısa tələffüz edilir. Rus şeirində isə yambın ikinci hecası vurğulu olur.[1]
Yamb ədəbiyyatda janr kimi
redaktəQədim yunan ədəbiyyatında janrdır. Həyat eybəcərliklərinin tənqidini verən zarafatyana şeirdir. İlk nümunələri şifahi şəkildə yaranaraq, musiqi aləti yambikanın müşayiəti ilə ifa edilmişdir. Sonralar yamb satirik poeziya şəkillərindən biri olmuşdur.[1] Qədim yunan şairi Arxiloxun (e.ə. V əsr) satirik yambları məşhurdur. Arxilox antik dövrün ilk lirik şairi olmuşdur. Lirik şeir, elegiya, himn, epitafiya, həcv və təmsillərindən parçalar (200-250 misra) günümüzə qədər gəlib çatmışdır. Arxilox yamb janrının yaradıcısı hesab edilir.[2] Bu şeir şəkli rus ədəbiyyatında da çox məşhurdur. Rus ədəbiyyatında ilk nümunələrini Trediakovski vermişdir.[3] Əli Sultanlı yazır ki, qədim yunan yambası Azərbaycan şeirindəki həcv və meyxana şəklinə yaxındır.[1] [4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Zaman Əsgərli. Poetika: İzahlı sözlük. Bakı: Elm nəşriyyatı. 2014. səh. 262.
- ↑ "Azərbaycan Milli Ensiklopediyası: Arxilox" (azərbaycan dilində). ensiklopediya.gov.az. Archived from the original on 2022-08-03.
- ↑ "İamb hakkında kısa bilgi" (türkcə). paulturner-mitchell.com. 15.05.2023 tarixində arxivləşdirilib.
- ↑ Əli Sultanlı. Məqalələr. Bakı: Azərnəşr. 1971. səh. 327.