Qedim Yunan Lirikasi - Wikipedia
Qedim yunan lirikası — qədim yunan ədəbiyyatının mühüm bir mərhələsidir. Bu dövrdə lirika deyil, melos sözü işlənirdi. Lirika sözü sonralar musiqi alətinin adından (lira) yaranmışdır. Qədim yunan lirikasını üç qola ayırırlar:
- Elegiya
- Yamb
- Melika
Elegiya
redaktəMüəyyən hüznlü bir hadisənin təsiri ilə yazılan elegiyalar, sonralar siyasi fikirlərin ifadəsinə çevrildilər. Siyasi məzmunu ilə seçilən elegiyalara Solonun elegiyalarını da aid edə bilərik.
Yamb
redaktəSatirik məzmunlu şeirlər olmuşdur. Ən görkəmli nümayəndəsi Arxiloxdur.
Melika
redaktəLirik məzmunlu nəğmələrdir və iki növü vardır: monodik və xor nəğmələri.
Monodik melikanın ən görkəmli nümayəndələri Alkey, Sapfo və Anakreont olmuşlar və daha çox məhəbbət mövzulu əsərlər yazmışlar.
Xor nəğmələrinin epiqram, epinikya kimi növləri vardır. Mühüm hadisələr, məsələn olimpiya oyunları zamanı oxunur. Ən görkəmli nümayəndəsi Pindardır.[mənbə göstərin]
İstinadlar
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |