Yezd Beynelxalq Hava Limani - Wikipedia
Yəzd-Şəhid Ayətullah Sadooghi adına Hava limanı (fa: فرودگاه شهید آيتاللّه قدوقی یزد) (IATA: AZD, ICAO: OIYY) İranın Yəzd şəhərindəki bir hava limanıdır. Hava limanı Yəzd şəhər mərkəzindən 10 kilometr uzaqlıqda yerləşir, ostana və ətrafdakı bütün şəhristanlara xidmət göstərir. Shahid Sadooghi Hava Limanı, eyni zamanda İran İslam Respublikası daxilində mühüm Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi xidmət edir. İnzibati və siyahıyaalma məqsədi ilə İranın Yəzd ostanının Yəzd şəhristanının mərkəzi bəxşindəki Fəcr kənd bölgəsində bir kənd kimi tanınır. 2006-cı il əhalinin siyahıya alınmasına görə, əhalisi 33 ailədə 127 nəfər idi.
Yəzd Beynəlxalq Hava Limanı | |
---|---|
31°54′18″ şm. e. 54°16′35″ ş. u.HGYO |
|
IATA: AZD – ICAO: OIYY | |
Ölkə | |
Rəsmi saytı |
Hava limanı 1970-ci ildə 575 hektar ərazidə qurulmuşdur. Hava limanının beynəlxalq statusu olmasa da, ara sıra çarter reysləri ilə yanaşı İraq və Suriya kimi qonşu ölkələrə planlı sərnişin xidmətləri də verilir. Bundan əlavə, hava limanı, hər il Həcc mövsümü üçün Səudiyyə Ərəbistanındakı Ciddə və Mədinəyə rutin beynəlxalq xidmət göstərir.
40-50 % həcmində işləməsinə baxmayaraq, 2012-ci ildə ümumilikdə 431.500 sərnişin Şəhid Sadooghi hava limanından keçərək səyahət etmiş və bu da onu sərnişin axını və uçuş əməliyyatlarının sayına görə İranın ən işlək XI hava limanı halına gətirmişdir.