Xetai Rayonu - Wikipedia
Bu məqalə Xətai rayonu haqqındadır. Digər mənalar üçün Xətai səhifəsinə baxın. |
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon.
Xətai rayonu | |
---|---|
40°23′ şm. e. 49°52′ ş. u.HGYO |
|
Ölkə | |
İcra başçısı | Rafiq Quliyev (icra başçısı) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1904 |
Sahəsi |
|
Hündürlük | 27 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.
Əhalisi
redaktəƏhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər
İqtisadiyyatı
redaktəRayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
İstinadlar
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |