Vyetnam Respublikasi Silahli Quvveleri - Wikipedia
Vyetnam Respublikası Silahlı Qüvvələri (vyet. Quân lực Việt Nam Cộng hòa; abbr. QLVNCH və ya VRSQ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) silahlı qüvvələri. 1955-ci ildə yaradılmış və 1975-ci ildə fəaliyyətini dayandırmışdır.
Vyetnam Respublikası Silahlı Qüvvələri | |
---|---|
Ölkə | |
Tərkibi | |
Vikianbarda əlaqəli mediafayllar |
Vyetnam Respublikası Silahlı Qüvvələri Vyetnam müharibəsində mühüm rol oynamışdır. Cənubi Vyetnam hökumətinin hərbi dayağı olan VRSQ ölkəni Vyetkonq və Şimali Vyetnam qüvvələrinə qarşı müdafiə etməyə çalışmışdır.
Qolları
redaktəCənubi Vyetnamın silahlı qüvvələri üç xidmət qolundan ibarət idi:
Tarixi
redaktəVyetnam Respublikası Silahlı Qüvvələri 1955-ci ildə Vyetnamı şimal və cənuba bölən Cenevrə razılaşmalarından sonra yaradılmışdır.[1] Cənubi Vyetnamın rəsmi hərbi qüvvəsi kimi yaradılmış VRSQ ölkənin suverenliyini qorumaq və kommunist şimalın artan təsirinə qarşı durmaq məqsədi daşıyırdı.
VRSQ-nin bir sıra problemləri var idi. Cənubi Vyetnam hökumətindəki korrupsiya və xalq dəstəyinin olmaması kimi müxtəlif amillər ordunun effektivliyinə mane olurdu. Bundan əlavə, ABŞ məsləhətçiləri ilə VRSQ rəhbərliyi arasında əlaqənin kəsilməsi bəzən koordinasiya və strategiyanın icrasında problemlərə gətirib çıxarırdı.
Vyetnamlaşdırma
redaktə1969-cu ildə ABŞ-nin prezidenti Nikson "Vyetnamlaşdırma" adlanan siyasət elan etmişdir. Bunun mahiyyəti VRSQ-ni effektiv döyüş qüvvəsinə çevirmək, eyni zamanda Amerika qoşunlarının ölkədən çıxarılmasına başlamaq idi. VRSQ daha çox yeni silahlar almağa başladı, strukturu genişləndi. 1970-ci ildə VRSQ ABŞ qoşunları ilə birgə həyata keçirilən Kambocaya hücum zamanı uğurla fəaliyyət göstərmişdi. Bununla belə, 1971-ci ildə müstəqil şəkildə Laosun işğalı cəhdi VRSQ üçün ağır məğlubiyyətlə başa çatmış və bu, rəhbərliyinin səriştəsizliyinin VRSQ -ın əsas problemi olaraq qaldığını göstərmişdi.
İstinadlar
redaktə- ↑ Rottman and Bujeiro, Army of the Republic of Vietnam 1955-75 (2010), p. 7.
Əlavə ədəbiyyat
redaktə- Дэвидсон, Ф.. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975]. 816.
- Weller, Jac. RVNAF Training: The Vital Element in Vietnamization. // Military Review. — October 1972. — Vol. 52 — No. 10 — P. 35-49 — ISSN 0026-4148.
Xarici keçidlər
redaktə- "Army of the Republic of Vietnam" (ingilis). 2007-10-20 tarixində arxivləşdirilib. — Краткая информация об АРВ.
- "General Hieu 's Page" (ingilis). 2018-01-09 tarixində arxivləşdirilib. — Сайт, посвящённый южновьетнамскому генералу Нгуену Ван Хиеу. Множество статей, связанных с АРВ.
- "ARVN Interviews" (ingilis). 2005-07-28 tarixində arxivləşdirilib. — Серия интервью с бывшими военнослужащими АРВ.
- "День Вооруженных сил Республики Вьетнам 19.06.1971 и 19.06.1973 (1973)". AsiaFilm.TV (rus). 2012-08-23 tarixində arxivləşdirilib. — Хроникально-документальный фильм об армии Южного Вьетнама.