Vikipediya Gorus Baki Baki 4 - Wikipedia
yanvar 2014 Bakı 8 yanvar 21, 2014
| |
sentyabr 2013 Bakı 7 sentyabr 13, 2013
| |
sentyabr 2012 Bakı 6 sentyabr 15, 2012
| |
yanvar 2011 Bakı 5 yanvar 15, 2011
| |
dekabr 2010 Bakı 4 dekabr 18, 2010
| |
noyabr 2010 Bakı 3 noyabr 12, 2010
| |
oktaybr 2010 Bakı 2 oktyabr 23, 2010
| |
noyabr 2009 Bakı 1 dekabr 6, 2009
| |
Görüşlərin tam təqvimi |
---|
Təsnifat
redaktə18 dekabr 2010 tarixində Qafqaz Media Tədqiqatları Mərkəzinin ofisində Azərbaycan dilli Vikipediya istifadəçilərinin Bakı şəhərində sayca 4-cü, daha geniş tərkibli görüşü keçiriləcək.
Görüşdə qarşımıza qoyduğumuz məqsədlər, ictimai birliyin təsis edilməsi, mükafat şurasının yaradılması, təşkilatlanma məsələləri, inkişaf tendesiyası həmçinin cari məsələlərinin müzakirəsi və idarəçi hesabatı olacaqdır.
Görüş ilə bağlı istənilən mövzu müzakirə səhifəsində danışıla bilər.
Bütün iştirakçılardan xahiş olunur ki, saat 17:45-də Füzuli meydanındakı Füzuli heykəlinin qarşısında toplansınlar.
Tarix və yer
redaktəTarix: Şənbə, 18 dekabr 2010 18:00-21:00
Keçirilmə yeri:
Qafqaz Media Tədqiqatları Mərkəzi
Çingiz Mustafayev küç. 89/2
Bakı, Azərbaycan
Koordinatlar: 40°22′27″ şm. e. 49°49′50″ ş. u.HGYO
Müzakirə olunacaq məsələlər
redaktə- Azərbaycan dilində olan Vikipediya üçün 2010-cu ilin yekunları — qarşımıza qoyduğumuz məqsədlərdən hansılara nail olduq, hansıları yerinə yetirə bilmədik;
- Azərbaycan dilində olan Vikipediyanın idarəçilərinin fərdi hesabatı;
- Azərbaycan dilində olan Vikipediyanın xüsusi mükafatlarının rəsmi təsis olunması; Mükafat Şurasının əsasnaməsinin müzakirəsi və təsdiqi; şura üzvlərinin müəyyənləşdirilməsi;
- AzViki istifadəçilərinin təşkilatlanması məsələləri — "Vikimedia Azərbaycan" İctimai Birliyinin qurulması və Nizamnaməsinin təsdiqi; Birliyin növbəti - 2011-ci ilin ilk 6 ayı üçün fəaliyyət proqramının müzakirəsi və müəyyənləşdirilməsi;
- Azərbaycan dilində olan Vikipediyanın inkişaf tendensiyaları — 2011-ci il üçün fəaliyyət proqramının müəyyənləşdirilməsi və təsdiqi;
- Vikipediya layihəsinin 10 illiyi ilə bağlı gələn ilin yanvar ayında (15-də) keçirilməsi planlaşdırılan tədbir;
- Cari məsələlərin müzakirəsi — (2 əlifbalı AzViki; yeni Ana Səhifə; məqalə sayı və keyfiyyət göstəricisi; Azərbaycan dilində olan digər VikiLayihələrin inkişaf tendensiyaları; KİV AzViki haqqında; AzVikinin qayda və prinsiplərinin tərtibi və yenilənməsi; Sistem məlumatlarının Azərbaycan dilinə tərcüməsi; Vandalizm və onunla mübarizə; AzVikinin seçilmiş məqalələri və s.).
İştirakçılar
redaktəİştirakı dəqiq olanlar
redaktəİştirakı sual altında olanlar
redaktə- PPerviz - çox böyük ehtimal.
- Rovshan.95 - Dəqiq deyil. Çünki gecə vaxtı olduğuna görə.
- Vusal1981 - vaxtı gecdir ən geci günorta saat 15 00 olsa yaxşı olar.
- bakuemil - Yalançı çıxmamaq üçün 2-3 gün qalmış dəqiq gəlib gəlməyəcəyimi xəbər verəcəm.
- Vugar 1981 - Ola bilsin ki gələrəm.
- İrada - dəqiq deyil.
Necə gəlməli?
redaktəAyaqla
- Görüş yerinə ən yaxın ictimai obyekt Nizami metro stansiyası və oriyentir üçün Füzuli meydanıdır. Nizami metrosundan sağa Şıxəli Qurbanov küçəsi ilə aşağıya hərəkət etdikdə Füzuli meydanına çıxmaq olar. Oradan bir istiqamətdə hərəkət edən avtomobil yolu Azərbaycan prospektidir. Azərbaycan prospekti ilə Çingiz Mustafayev küçəsi ikinci paraleldə kəsişir. Görüş yeri Çingiz Mustafayev küçəsində yerləşir.
İctimai nəqliyyatla:
- Avtobus
- "20 Yanvar" dairəsindən 65, 90, 95, 96 kimi iri tutumlu avtobuslar Füzuli meydanı istiqamətinə hərəkət edirlər. Memar Əcəmi metro stansiyası yaxınlığından isə 52 və 79 nömrəli avtobuslar Nizami metro stansiyası yaxınlığına qədər hərəkət edir. Neftçilər prospekti tərəfdən anoloji olaraq 65 nömrəli avtobus Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev) ilə Çingiz Mustafayev küçəsinin kəsişdiyi yerdən keçərək Füzuli meydanına doğru hərəkət edir. İctimai nəqliyyatın hərəkət istiqaməti məlumatın yayımlandığı andan dəyişilər bilər.
- Metro
- Bakı metropoliteni ilə hərəkət etmək istəyənlər üçün ən yaxın stansiya Nizami stansiyasıdır. Çıxışdan sağa, Şıxəli Qurbanov küçəsi ilə hərəkət etdikdə Füzuli meydanına çıxmaq olar.
Auditoriya
redaktəVikipediya ilə maraqlanan istənilən kəs (istifadəçi, KİV nümayəndəsi, sponsor və ya sadəcə maraqlı olan) görüşdə iştirak edə bilər. Görüş zamanı Bakı şəhərində olan bütün istifadəçilər istifadəçi statusundan asılı olmayaraq toplantıya qatıla və səs sahibi ola bilər. Görüş Vikipediyanın bütün layihə və dilləri üçün açıqdır.
Elanlar/Bildirişlər
redaktəSosial şəbəkədə: Facebookda qrup, Facebookda səhifə
Nəticə
redaktəİnternetdə Azərbaycan dilində ilk açıq və azad ensiklopediya olan Vikipediya layihəsinə həsr olunmuş sayca IV geniş toplantı keçirilmişdir. Görüşdə mühüm məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmış, Vikipediyanın gələcək inkişaf planı hazırlanmışdır. Konkret olaraq aşağıdakı mövzular müzakirə edilmişdir:
- Azərbaycanca Vikipediyanın inkişafı və vikipediyaçıların fəaliyyətinin koordinasiya olunması üçün Vikimedia Azərbaycan İctimai Birliyinin yaradılması;
- 2011-ci ilin yanvar ayında hazırda sınaq mərhələsində olan yeni "Ana Səhifə"nin tətbiq olunması;
- Mövzulu ay, Birgə iş kimi layihələrin icrasına başlanılması, "Bilirsinizmi?", "Seçilmiş məqalə", "Seçilmiş şəkil" kimi əlavələrin texniki cəhətdən daha da təkmilləşdirilməsi;
- Qısa zaman ərzində "Mükafat şurasının" yaradılması;
- Azərbaycan dilində olan digər Vikilayihələrin aktivasiyası, bu layihələrdə idarəçi seçkilərinin keçirilməsi;
- Azərbaycanca Vikipediyada əlifba yeniliklərinə başlanılması, ərəb əlifbalı məqalələrdən eyni məzmunlu latın əlifbalı məqalələrə keçidlərin verilməsi, bu məqalələrdə ümumi kateqoriyalaşdırma işinin aparılması, intervikilərin qaydaya salınması;
- Vikipediyanın təbliği məqsədilə KİV, təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, müxtəlif universitetlərdə və məktəblərdə "Vikipediya dərsləri"nin keçirilməsi;
- Vikipediya layihəsinin 10 illiyinin 15 yanvar 2011-ci ildə Bakı şəhərində qeyd edilməsi.
Yuxarıda fəal istifadəçilərin konsensusa gəldikləri mövzular qeyd olunmuşdur. Beləliklə, Azərbaycan dilində olan Vikipediya istifadəçilərinin Bakı şəhərində baş tutmuş sayca IV görüşünü indiyə kimi keçirilən bu tip görüşlər arasında ən məhsuldar və geniş toplantı kimi qəbul etmək olar.
Şərh
redaktəDüşünürəm ki, Azərbaycan Vikipediyası tarixində görüşlər arasında ən məhsuldarı məhz bu vikigörüş oldu. Böyük dəyişiklikərin əsası qoyuldu və onların tətbiq olunması üçün ümumi konsensusa gəlindi. Çoxdandır açıq qalan məsələlər həllini tapdı. 4 saat ərzində mümkün olan və maksimum problemləri müzakirə etdik və razılağa gəldik. İndi qaldı tətbiqi. Hesab edirəm ki, burada böyük problem yoxdur. Hərə öz sahəsi üzrə, bacardığını etsə hər şey alınacaq. Yazımı görüşdən xeyli sonra yazsam da (başım qarışmışdı), görüş gününün axşamı yazmağı düşünürdüm. Əməllicə gecikdim. Ən əsası odur ki, gec olsun saz olsun! ;). --Proger danış 08:41, 30 dekabr 2010 (UTC)
- Yanvarın 15-nə az qalır, belə getsə, 5-ci görüşün təşkili haqqında da gələn ayın 30-u məlumatlanarıq :) --Vago 09:42, 30 dekabr 2010 (UTC)
- Səhifə artıq hazırdır. Axşam üstü bir-başa tətbiq edəcəm və məlumatı yayımlayacam. Bu sarıdan narahat olma ;). --Proger danış 09:50, 30 dekabr 2010 (UTC)
Şəkillər
redaktə-
Wertuose danışır. Soldan-sağa: Rovshan.95, Sultan11, Etibar Dadayev, Wertuose, Sortilegus, Cekli829, Sefer_azeri, Vasif Qasımov.
-
Yeni "Ana Səhifə"nin geniş təqdimatı və müzakirəsi zamanı.
-
Mövzulu ay layihəsini müzakirə edərkən.
-
Sortilegus danışır.
-
Müzakirə zamanı.
-
Maraqlı diskussiya zamanı.
-
"Mövzulu ay" və "Birgə iş" layihələrinin geniş təqdimatı.
-
Müzakirə zamanı.
-
Cekli829 AzVikinin bannerini göstərir.
-
Ümumi müzakirə
-
Diskussiya zamanı