Venda Xalq - Wikipedia
Venda — Cənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq.
Haqqında
redaktəVenda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir [1]. Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur.
Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.
İstinadlar
redaktə- ↑ "Тсонга и венда (ing.)". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.