Vela Blaqoyeva - Wikipedia
Viktoriya Atanasova Jivkova və yaxud Vela Blaqoyeva (bolq. Вела Благоева; 29 sentyabr 1858[1], Veliko Tırnovo – 21 iyul 1921[2], Sofiya[2]) — Bolqar yazıçısı, jurnalisti, müəllimi. Bolqarıstanda qadın hüquqları hərəkatının qurucularından biri hesab olunur. Dimitar Blaqoyevin həyat yoldaşı.
Vela Blaqoyeva | |
---|---|
Doğum tarixi | 29 sentyabr 1858[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 1921[2] (62 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, yazıçı, redaktor[d] |
Həyatı
redaktəViktoriya Atanasova Jivkova 29 sentyabr 1859-cu ildə Veliko Tırnovoda anadan olub. Neda Spiridonova və Atanas Jivkovun beş uşağının ən kiçiyidir.[3] Bacıları Mariola və Roza,[4] qardaşları - üç dəfə Bolqarıstan Milli Assambleyasının sədri seçilmiş siyasətçi Georgi Jivkov[5] və Bolqarıstanda ilk uşaq bağçasının yaradıcısı və Bolqarıstanın ilk dövlət himni Şumi Maritsanın (bolq. Шуми Марица) müəllifi Nikola Jivkovdur.[6]
Ailə tez-tez yaşayış yerini dəyişdiyindən Viktoriya Oryaxov, Veliki Tırnovo, Ruse, Qabrovo, Staraya Zaqorada təhsil alıb.[7] O, müəllim peşəsinə yiyələndi və Berkovitsa, İstanbul, Tırnovo və Varnada dərs dedi. 1874-cü ildə Viktoriya qardaşı Nikola ilə birlikdə öz pulları ilə Varnada qızlar üçün məktəb və kilsə tikdirdi.[4]
1876-cı ildə Rusiya imperiyasına köçdü və burada tibb kurslarını bitirdi. Rusiya-Osmanlı müharibəsi zamanı o, Veliki Tırnovo və Sviştovda tibb bacısı kimi çalışdı.[7] Müharibədən sonra Sankt-Peterburqda Mariinski gimnaziyasında üç illik pedaqoji kurslar keçdi. Bu müddət ərzində Viktoriya yazıçı İvan Turgenevlə iki dəfə görüşdü.[4] 1881-ci ildə Bolqarıstana qayıdıb Ədirnə və Bitolada dərs deyir. Tezliklə Rusiyaya qayıdır və orada Bestujev kurslarında iştirak edir.
Rusiya imperiyasındakı avtokratiyaya qarşı tələbə etirazları Viktoriyaya dərin təsir göstərir. Həmin dövrdə Vela tezliklə evləndiyi Dimitar Blaqoyevlə tanış olur.[4]
Karyerası
redaktə1884-cü ildə Blaqoyeva Bolqarıstana qayıdır və burada Sofiyadakı qızlar məktəbində (Sofiyanın nümunəvi qızlar məktəbi) dərs deməyə başlayır. 1885-ci ilin iyun ayından başlayaraq Viktoriya və əri Bolqarıstanda ilk sosialist jurnalı olan "Modern Indicator" nəşr etdirirlər. Viktoriya müəllim ayrı-seçkiliyi, bərabərlik, qadınların təhsili haqqında məqalələr yazır.[3] Blaqoyeva siyasətlə bağlı açıq bəyanatlarına görə dəfələrlə işdən çıxarılıb, ona görə də tez-tez iş yerini dəyişmək məcburiyyətində qalıb. O, Sofiya (1884-1885; 1905-1907), Şumen (1886-1887), Vidin (1887-1890), Veliki Tırnov (1890-1892), Staraya Zaqora (1892-1893), Plovdiv (1892-1893;1992-1903) Tulcea (1901-1902) və Trystenik (1907-1912) məktəblərində dərs deyib. Səhhəti pisləşdiyi üçün Viktoriya pedaqoji fəaliyyətdən uzaqlaşır.[4]
1894-cü ildən Blaqoyeva bolqar müəlliflərinin sosialist ədəbi əsərlərini, o cümlədən Kiril Xristov, Dimitar Polyanov, İvan Andreiçinin şeirlərini və Anton Straşimirovun nəsrini dərc etdirən "Delo" jurnalını nəşr etməyə başlayır. Viktoriya jurnalı 1896-cı ilə qədər nəşr etdrir. Lakin həyat yoldaşının siyasi fəaliyyətinə görə jurnalın nəşrini dayandırmaq məcburiyyətində qalır.[8]
1901-ci ildə Vela Blaqoeva Dimitrana İvanova, Yekaterina Karavelova, Anna Karima, Kina Konova, Yuliya Malinova və başqaları ilə birlikdə Bolqarıstanda ilk milli qadın təşkilatı olan Bolqarıstan Qadınlar İttifaqını[3] (bolq. Български женски съюз) təsis edir.[9] İki il sonra təşkilatın digər üzvləri ilə fikir ayrılığına görə Blaqoyeva təşkilatı tərk edir. O, hesab edir ki, ittifaq getdikcə daha çox əhalinin yuxarı təbəqələrinin problemlərinə diqqət yetirir, eyni zamanda fəhlə sinfinin ehtiyaclarını unudur. Vela Blaqoeva işçilərin hüquqlarını müdafiə etdiyi Qadın Əməyi (bolq. Дамски труда) jurnalını nəşr etməyə başlayır.[3]
1905-ci ildə Blaqoyeva qadın işçilər üçün ilk təhsil təşkilatını yaratdı. Həmin ilin avqustunda Sofiyada qadın sosialistlərin konfransını təşkil etdi. Kişilərin qadınların birləşmiş işçi hərəkatlarında iştirak etməməli olduğunu təbliğ etdiyi üçün bu, ərinin də daxil olduğu tənqid dalğasına səbəb oldu. Buna baxmayaraq, Blaqoyeva qadınların müstəqilliyi, təhsilə bərabər çıxış imkanı, qadınların əməyinin ödənilməsi, fahişəliyə görə cəzanın ləğvi haqqında fikirlər irəli sürməyə davam edirdi.[3]
Şəxsi həyatı
redaktəVela və Dimitarın dörd övladı var idi: Stela (1887-1954), Natalya (1889-1943), Vladimir (1893-1925) və Dimitar (1895-1918). Vela Blaqoeva 21 iyul 1921-ci ildə Sofiyada vəfat edib.[3] 1995-ci ildə Veliki Tırnovodakı məktəblərdən birinə onun adı verilib ("Vela Blaqoeva" orta məktəbi).[10]
Seçilmiş əsərləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 WeChangEd.
- ↑ 1 2 3 4 WeChangEd.
- ↑ 1 2 3 4 5 6 DeHaan, Francisca, Loutfi, Anna, Daskalova, Krassimira. Biographical Dictionary of Women's Movements and Feminisms: Central, Eastern, and South Eastern Europe, 19th and 20th Centuries. (ingilis). 2017-09-03 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 "Вела Благоева – Наука" (bolqar). www.horizonti.info. 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ "ЖИВКОВ. Георги Атанасов - Съединението на България". Съединението на България (ingilis). 2015-07-17. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ "СТАРО ТЪРНОВО. Търновец е автор на химна "Шуми Марица"". Вестник Борба - областен всекидневник, Велико Търново. 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ 1 2 3 4 5 6 7 "СТАРО ТЪРНОВО. Вела Благоева – педагог и общественик". Вестник Борба - областен всекидневник, Велико Търново. 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ "http://new.bg-history.info/Prochutata-plovdivska-gimnaziia--2029.html". new.bg-history.info. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ "Documentary Exposition | BAUW - The Bulgarian Association of University Women" (ingilis). bauw-bg.com. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.
- ↑ Mariyana Hristova. "История на училището" (bolqar). velavt.net. 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-26.
Ədəbiyyat
redaktə- Daskalova, Krassimira. Blagoeva, Vela (1858–1921) // de Haan, Francisca; Daskalova, Krasimira; Loutfi, Anna (redaktorlar ). Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. Budapest, Hungary: Central European University Press. 2006. 62–65. ISBN 978-963-7326-39-4 – Project MUSE vasitəsilə.
- Герчева, К. "Вела Благоева" [Vela Blagoeva] (bolqar). Sofia, Bulgaria: Horizonti. 28 December 2011. 3 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2016.
- Недева, Тодорка. "Старо Търново: Вела Благоева – педагог и общественик" [Old Tarnovo. Vela Blagoeva-educator and public figure] (bolqar) (189). Veliko Tarnovo, Bulgaria: Борба. 1 oktyabr 2013. 27 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.
- Nenieto, Saedi. "Живков. Георги Атанасов" [Zhivkov, Georgi Atanasov]. Plovdiv, Bulgaria: Съединението на България. 17 July 2015. 12 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2016.
- "Documentary Exposition". Sofia, Bulgaria: Bulgarian Association of University Women. 1 July 2010. 27 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2016.
- "Старо Търново: Търновец е автор на химна "Шуми Марица"" [Old Tarnovo. Tarnovets is the author of the hymn "Shumi Maritsa"] (bolqar) (133). Veliko Tarnovo, Bulgaria: Борба. 12 July 2013. İstifadə tarixi: 27 March 2016.[daimi ölü keçid]
- "Прочутата Пловдивска Гимназия: Вела Благоева (1858-1921)" [The famous Plovdiv School: Vela Blagoeva (1858-1921)] (bolqar). Plovdiv, Bulgaria: Plovdivska Gimnaziia. 19 March 2009. 12 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2016.
- "СОУ "Вела Благоева"" [School "Vela Blagoeva"] (bolqar). Veliko Tarnovo, Bulgaria: Община Велико Търново. 2016. 27 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.