Vesadet Ezizov - Wikipedia
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq.
Vəsadət Əzizov | |
---|---|
2000 – 2005 | |
Seçki dairəsi | 78 saylı Masallı-Lənkəran |
Əvvəlki | vəzifə təsis edildi. |
Sonrakı | vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum adı | Vəsadət Əli oğlu Əzizov |
Doğum tarixi | 22 dekabr 1955 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kardiologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
Həyatı
redaktəVəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş[1] və həmin il Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir.
İş fəaliyyəti
redaktəVəsadət Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir.[2]
1983-cü ildə Vəsadət Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.[2]
1999-cu ildə ATU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir.[2]
О, uzun illər "Konsilium" (Bakı) jurnalının baş redaktor müavini olmuş, Türkiyədə çap olunan "Kardioloji" jurnalının redaksiya heyətində təmsil olunmuşdur. Hazırda Vəsadət Əzizov "Евразийский кардиологический журнал" (Moskva), "Центральный азиатский медицинский журнал"ın (Bişkək) redaksiya heyətinin, "Кардиология" (Moskva), "Кардиологический вестник" (Moskva), "Визуализация в клинике" (Moskva) jurnallarının redaksiya şurasının, "Azərbaycan kardiologiya jurnalı" (Bakı), "Azərbaycan ürək və damar cərrahiyyəsi jurnalı" (Bakı), "Sağlamlıq" (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür. Vəsadət Əzizov Azərbaycan Tibb Universitetinin və I müalicə-profilaktika fakültəsinin Elmi Şurasının[3] və ATU-nun nəzdində Dissertasiya Şurasının üzvüdür. Universitetin terapiya ixtisası üzrə Problem Komissiyasının sədridir.
Ailəsi
redaktəEvlidir, 2 oğlu var
Əsərləri
redaktəV. Əzizov 650-ə yaxın çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir. Onun elmi işləri dünyanın bir çox ölkələrində yüksək impakt-faktorlu Beynəlxalq jurnallarda çap olunmuşdur.
İctimai-siyasi fəaliyyəti
redaktəVəsadət Əzizov 1994–1998-ci illərdə akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Vəsadət Əzizov Avropa Kardioloqlar Cəmiyyətinin, Avrasiya Kardioloqlar Cəmiyyətinin və Azərbaycan Kardioloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.
Vəsadət Əzizov 2000-ci il parlament seçkilərində partiyası tərəfindən namizəd göstərilmədiyi üçün özü tərəfindən partiya üzvlüyü qorunaraq 78 saylı Masallı-Lənkəran seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş və seçkilərdə iştirak etmişdir. O zaman Yeni Azərbaycan Partiyası belə halları qadağan etməmişdi. Seçki prosesində partiya Vəsadət Əzizovu dəstəkləmiş və Əzizov II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.[4] O, daha sonra 2005-ci il parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizəd olaraq göstərilsə də, seçkilərdə Elmira Axundovaya məğlub olmuşdur.[5]
O, 14 iyun 2024-cü ildə Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru təyin olunmuşdur.[6]
Mükafatları
redaktəTibb sahəsində model qanunların hazırlanmasındakı xidmətlərinə görə o, MDB ölkələri Parlamentlərarası Assambleasının Fəxri fərmanına layiq görülmüşdür.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdar həkim adına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ ""İlk məzunlar 50 ildən sonra görüşdülər"". Azərbaycan müəllimi (az.). İstifadə tarixi: 2024-06-14.
- ↑ 1 2 3 "Azərbaycan Tibb Universiteti | kafedra müdiri, t.e.d., prof. Əzizov V.Ə." amu.edu.az (az.). 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-14.
- ↑ "Azərbaycan Tibb Universiteti | Elmi Şuranın üzvləri". amu.edu.az. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-14.
- ↑ modern.az. "Unudulan deputatlar: Heydər Əliyevin qiymətləndirdiyi KARDİOLOQ". modern.az (az.). 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-14.
- ↑ "Elmira Axundova seçiciləri ilə oyun oynayır? - pia.az". pia.az. İstifadə tarixi: 2024-06-14.
- ↑ modern.az. "Keçmiş deputata yüksək vəzifə verildi". modern.az (az.). İstifadə tarixi: 2024-06-14.