Teymur Huseynov Xalq Komissari - Wikipedia
Teymur Əbdüləli oğlu Hüseynov (1892, Şamaxı – 5 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Torpaq Komissarı, Yeni Türk Əlifba Komitəsinin sədr müavini, Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri, Yeni Yol qəzetinin baş redaktoru.
Teymur Hüseynov | |
---|---|
1920 – 1925 | |
Əvvəlki | Təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1938 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
Həyatı
redaktəTeymur Hüseynov 1892-ci ildə Şamaxıda doğulmuşdur. 1911-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasından məzun olmuşdur. 1917–1919-cu illərdə Tiflis Aleksandr Müəllimlər İnistitutunda təhsil almışdır. Daha sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq 1926-cı ildə oradan məzun olmuşdur.
Represiyya məruz qalmışdır. 6 yanvar 1938-ci ildə ölmüşdür.
Siyasi fəaliyyəti
redaktə1926-cı ilədək Bakı Soveti İnzibati İdarə Şöbəsinin rəisi olaraq çalışmışdır. 15 may 1920-ci ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində isə şöbə müdiri olaraq çalışmışdır.
Bir müddət Azərbaycan Xalq Torpaq Komissarı vəzifəsində çalışmışdır. Eyni zamanda o, Yeni Türk Əlifba Komitəsi sədrinin müavini də olmuşdur.
1920–1925-ci illərdə Gəncə Mahal Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsində şöbə müdirinin müavini vəzifəsində də çalışmışdır.
İctimai fəaliyyəti
redaktəGürcüstan SSR və Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin mətbu orqanı olan "Yeni yol" qəzetinə bir müddət Teymur Hüseynov baş redaktorluq etmişdir.
Mənbə
redaktə- "Teymur Hüseynov". adam.az. 2016-03-05. (#archive_missing_date) tarixində arxivləşdirilib.