Tallin Beynelxalq Hava Limani - Wikipedia
Meri Lerrant adına Tallin Beynəlxalq Hava Limanı — Estoniyanın əsas hava limanı. airBaltic şirkətinin xidmətində olan hava limanı.
Tallin Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
59°24′59″ şm. e. 24°47′57″ ş. u.HGYO |
|||||||||||
IATA: EETN – ICAO: TLL |
|||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 20 sentyabr 1936 | ||||||||||
Operator | Dövlət | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəHava limanı Tallin şəhər mərkəzindən 4 km aralıda yerləşir. Hava limanı Muuqa limanından 20 km, Tallin sərnişin limanından isə 5 km aralıda qərarlaşır.
Hava limanının bir uçuş-eniş zolağı vardır. Uzunluğu 3 480 metr, eni isə 45 metrdir. Hava limanının 8 girişi vardır. Əsasən orta ölçülü təyyarləri qəbul edir. Bu tip təyyarələrə misal kimi Boinq 737—300/500 və Airbus A320 göstərmək olar. Hava limanı Boinq-747 tipli təyyarələri qəbul edə bilir. Hava limanına enmiş ən böyük hava limanı Volqa-Dnepr aviaşirkətinə aid olan An-124 təyyarəsi olmuşdur. Hava limanı bütünlüklə Estoniya dövlətinin mülkiyyətidir. 2011-ci ildə hava limanı 1,913,172 sərnişinə xidmət etmişdir[1] Sərnişin terminalı 1980-ci ildə Moskva Olimpiyadası ilə əlaqədar inşa edilmişdir. 2007-ci ilin qışından 2008-ci ilin yayına qədər genişmiqyaslı təmir işləri aparılmışdır.
29 mart 2009-cu ildə Estoniya prezidenti Lennart Merinin 80 illiyi münasibətilə (1929—2006) Tallin Beynəlxalq hava limanının adına onun adı verilmişdir. 8 noyabr 2015-ci ildə Estonian Air şikəti rəsmən müflis olması barədə məlumat verdiyindən uçuşlar dayandırılmışdır.
Daşıyıcılara və təyinat yerləri
redaktəairBaltic - Riqa, Berlin, Vyana, Paris
Avies - Kuressaare, Kyardla, Payala, Tursbyo
Ryanair - Berqamo, Bremen, Dyuseldorf, Jirovo, London, Oslo
Mövsümü reyslər: Dublin, Milan (1 iyun 2014), Maçester
TAP Portugal - Lissabon (4 iyul 2014)
Vueling Airlines - Mövsümü: Barselona
Sərnişin dövrüyyəsi
redaktə2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1401 | 1542 | 1728 | 1812 | 1346 | 1385 | 1913 | 2207 | 1959 | 2017 | 2167 | 2222 |
İctimai nəqliyyat
redaktəHava limanına №2 (şəhər mərkəzindən və dəniz limanında) və №65 (Lasnamyae rayonundan) avtobus maşrutları hərəkət edir. Hava limanından Lux Express Group şirkətinə aid avtobuslar Tartuya hərəkət edir.
İstinadlar
redaktə- ↑ "STATISTICS AND SURVEYS". 2009-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.
- ↑ "Statistics - Tallinn Airport". 2017-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.