Takata Sanae - Wikipedia
Takata Sanae[a] (高田 早苗?, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir.
Takata Sanae | |
---|---|
yap. 高田早苗 | |
Doğum tarixi | 4 aprel 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1938 (78 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | politoloq, jurnalist, siyasətçi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTakata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi.[1][2] 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur.[3] 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir.[2]
Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş,[3] burada konstitusiya haqqında mühazirələr vermişdir.[1] 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir.[3] 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.[4]
Takata birincisi 1891-ci ildə olmaqla 6 dəfə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmiş, Saytama prefekturasını təmsil etmişdir. 1915-ci ildə Yaponiya Perlər Palatasına seçilmişdir.[3] Xarici İşlər Naziriliyinin Ticarət Bürosunun baş direktoru və Təhsil Nazirliyinin müşaviri vəzifələrini tutmuş,[2] Okuma kabinetində (1914–1916) Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir. Takata pedaqoq kimi tanınmışdır. Başda Vaseda Universiteti olmaqla, özəl universitet menecmenti üzrə işlər görmüşdür. O, 1907-ci ildə universitetin provostu, 1921-ci ildə üçüncü müşaviri təyin olunmuşdur.[3] 1928-ci ildə Yaponiya İmperator Akademiyasına qəbul edilmişdir.[2]
Qeydlər
redaktə- ↑ Bəzən Takada Sanae yazılır.
İstinadlar
redaktə- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1548
- ↑ 1 2 3 4 "Takata Sanae". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2024.
- ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 310
- ↑ Ueda, Atsuka. "Bungakuron and 'literature' in the making". Japan Forum (ingiliscə). 20 (1). mart 2008: 34. doi:10.1080/09555800701796842. İstifadə tarixi: 19 avqust 2024.
Ədəbiyyat
redaktə- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1548. İstifadə tarixi: 19 avqust 2024.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 310. ISBN 0-87011-627-4. İstifadə tarixi: 19 avqust 2024.