Tukvari Qamcilica - Wikipedia
Tükvari qamçılıca (lat. Anogramma leptophylla) — bitkilər aləminin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin qamçılıca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür.
Tükvari qamçılıca | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tükvari qamçılıca |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəBirillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəSporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir.
Yayılması
redaktəAbşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Sayı və tendensiyası
redaktəTək-tək rast gəlinir, sayı çox azdır.
Məhdudlaşdırıcı amillər
redaktəBitmə şəraitinin, xüsusən meşə sahələrinin qırılması və digər antropogen amillər.
Mühafizə tədbirləri
redaktəMəlum biotoplar mühafizə edilməli, təbiətdə axtarışı davam etdirilməlidir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Asplenium leptophyllum (L.) Sw.
- Osmunda leptophylla (L.) Savigny
- Grammitis leptophylla (L.) Sw.
- Polypodium leptophyllum L.
- Acrostichum leptophyllum (L.) Lam. & DC.
- Dicranodium leptophyllum (L.) Newman
- Gymnogramma leptophylla (L.) Desv.
- Hemionitis leptophylla (L.) Lag.
- Pityrogramma leptophylla (L.) Domin
Heterotipik sinonimləri
redaktə- Asplenium geminaria Bory
- Didymochlaena lunulata var. microphylla J.Bommer
- Grammitis adiantoides Griff.
- Anogramma caespitosa Pic.Serm.
- Anogramma guatemalensis (Domin) C.Chr.
- Gymnogramma chaerophylla var. cryptogrammoides Christ
- Gymnogramma leptophylla var. cryptogrammoides J.Bommer
- Gymnogramma novae-zealandiae Colenso
- Pityrogramma guatemalensis Domin
- Tarachia geminaria C.Presl
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).