Sternbergia Lutea - Wikipedia
Sarı şternbergiya (lat. Sternbergia lutea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Sarı şternbergiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sarı şternbergiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Botaniki xarakteristikası
redaktəÇoxillik ot bitkisidir. Soğanağı yumru, böyük, 3-4 sm enində və 5 sm hündürlüyündədir. Tünd-qonur qınlarla əhatə olunmuşdur. Bitki 20(40) sm hündürlükdədir. Yarpaqları enli-xətvari, kənarları dişli, kələ-kötür, yaşıl, kütdür, payızda çiçəklərlə birlikdə əmələ gəlir. Çiçəkyanlığı parlaq-sarı rəngdədir. Borucuğu qısadır, 30-40 sm uzunluğunda, uzunsov – ellipsivari hissəciklərdən təşkil olunmuşdur. Erkəkcikləri büküklərdən 2 dəfə qısadır. Yumurtalıq uzunsov-yumurtavari, oturaqdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə, meyvə əmələgəlmə dövrü sentyabr – oktyabr aylarına təsadüf edir.Kserofitdir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağının quru yamaclarında bitir. Zəhərlidir. Dekorativ və dərman bitkisidir.
Yayılması
redaktəSamur-Dəvəçi ovalığı (Xaçmaz, Samurçayın mənsəbi (çay ağzı), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu, Ağsaqlar kəndinin ətrafı), Lənkəran ovalığı.
Sayı və tendensiyası
redaktəPopulyasiyalarında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. AMEA Nəbatət Bağında süni şəkildə becərilir.
Məhdudlaşdırıcı amillər
redaktəPopulyasiyanın növ sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, mal-qara tərəfindən otarılma və tapdalanma.
Mühafizə tədbirləri
redaktəYayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərin axtarmaq təklif olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Amaryllis lutea L.
- Oporanthus luteus (L.) Herb.
Yarımnövləri
redaktə- Sternbergia lutea subsp. greuteriana (Kamari & R.Artelari) Strid
- Sternbergia lutea subsp. lutea
- Sternbergia lutea subsp. sicula (Tineo ex Guss.) K.Richt.