Stanislav Sosabovski - Wikipedia
Stanislav Françişek Sosabovski (pol. Stanisław Sosabowski; 8 may 1892[1], İvano-Frankovsk, Avstriya-Macarıstan – 25 sentyabr 1967[1], Hillinqdon[d], Böyük London[3]) — Polşa ordusunun briqada generalı (sürgündə Polşa hökuməti).[4] O, Hollandiya əməliyyatı zamanı Polşa qüvvələrinə komandanlıq etmişdir.
Stanislav Sosabovski | |
---|---|
pol. Stanisław Sosabowski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 may 1892[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 1967[1] (75 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Avstriya-Macarıstan |
Xidmət illəri | 1913–1946 |
Rütbəsi | briqada generalı, general[2] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəStanislav Françişek Sosabovski may 1892-ci ildə Avstriya-Macarıstan imperiyasının İvano-Frankovsk (indiki Ukrayna) şəhərində anadan olmuşdur. O, 11 yaşında olarkən dəmiryolçu atası vəfat etmişdir. Sosabovski məktəbdə oxuyarkən anasına fərdi dərslər verərək ailəsini dolandırmağa kömək etmişdir. Çətin həyat şəraitinə baxmayaraq, o, orta məktəbi əla qiymətlərlə bitirmişdir. Sosabovski təhsil aldığı müddətdə Polşa təşkilatlarının fəaliyyətində iştirak etmişdir. O, 1910–1912-ci illərdə Krakov İqtisadiyyat Akademiyasında təhsil almışdır. Sosabovski 1912-ci ildə ailəsinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar təhsilini yarımçıq qoyub doğma şəhərinə qayıtmış, burada Polşa atıcı dəstələrinin fəaliyyətində iştirak etmiş, 24-cü drujina komandiri olmuş və kadet hərbi rütbəsinə yüksəlmişdir. O, eyni zamanda, skaut hərəkatında iştirak etmişdir. Sosabovski 1913-cü ilə qədər öz şəhərində kəşfiyyatçılara rəhbərlik edirdi, lakin skautlara rəhbərlik edən Sokolski hərəkatının yerli hakimiyyət orqanları ilə münaqişə səbəbindən bu vəzifəni tərk etmişdir.
Mühacirət
redaktəStanislav Sosabovski İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1946-cı ildə sürgündə qalmışdır. O, 1948-ci ilin iyulunda rəsmi olaraq tərxis edilmişdir. Sosabovski elektrik mühərrikləri, sonra televizorlar zavodunun anbarında fəhlə olmuşdur.[5] O, 25 sentyabr 1967-ci ildə Londonda ürək tutmasından vəfat etmişdir. Sosabovskinin iş yoldaşları onun hərbi xidmətlərindən yalnız dəfn zamanı xəbər tutmuşdular. Onun külləri 1969-cu ildə Varşavada yerləşən Povazki Hərbi Qəbiristanlığında yenidən dəfn edilmişdir.
Populyar mədəniyyətdə
redaktəStanislav Sosabovski 1977-ci ildə çəkilmiş və Hollandiya əməliyyatını təsvir edən "Çox uzaq körpü" filmində Cin Hekman tərəfindən canlandırılmışdır.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Stanisław Franciszek Sosabowski // Internetowy Polski Słownik Biograficzny (pol.).
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 London. 0047.
- ↑ "Sosabowski Stanisław at Encyclopedia PWN". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
- ↑ "TracesOfWar.com". SOSABOWSKI, Stanislaw Franciscek. İstifadə tarixi: 22 October 2006.
- ↑ "A Bridge Too Far". Internet Movie Database. 18 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2006.
Əlavə ədəbiyyat
redaktə- George F. Cholewczynski. Poles Apart. Sarpedon Publishers. 1993. ISBN 1-85367-165-7.
- George F. Cholewczynski. De Polen van Driel. Uitgeverij Lunet. 1990. ISBN 90-71743-10-1.
- Stanislaw Sosabowski. Freely I served. Battery Press Inc. 1982. ISBN 0-89839-061-3.
- Juliusz L Englert and Krzysztof Barbarski. General Sosabowski/Major Sosabowski. Caldra House. 1996. ISBN 0-85065-224-3.
- Honor Generała – documentary TV POLONIA 2008, directed by Joanna Pieciukiewicz