Serj Klarsfeld - Wikipedia
Serj Klarsfeld (fr. Serge Klarsfeld; 17 sentyabr 1935[1][2], Buxarest[3]) — Fransalı vəkil, tarixçi və ictimai xadim, İkinci Dünya müharibəsindən sonra "Nasist ovçusu".
Serj Klarsfeld | |
---|---|
fr. Serge Klarsfeld | |
Doğum tarixi | 17 sentyabr 1935[1][2] (89 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Təhsili | |
Fəaliyyəti | tarixçi, yazıçı, Nasist ovçuları |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı illərdən Serj Üçüncü Reyxin işğalı altında olan Fransanın yəhudi qurbanlarının xatirəsini yad etmək üçün mübarizə aparmağa başlayıb və İsrailin tərəfdarı olmuşdur. Serj Klarsfeld alman həyat yoldaşı Beata Klarsfeld ilə birlikdə Kurt Lisçka, Alois Brunner, Klaus Barbe, Ernst Ehlers və Kurt Asçe də daxil olmaqla qaçıb gizlənən çoxsaylı nasist müharibə cinayətkarlarının tapılıb üzə çıxarılması və onlar haqda sənədlərin aşkar edilməsi ilə məşhurlaşıb.
Həyatı
redaktəSerj Klarsfeldin valideynləri Raisa və Arno 1928-ci ildə təhsil almaq üçün Parisə köçüblər. Onun anası Bessarabiyadan, atası Rumıniyadandır. Üçüncü Reyxin hücumundan və Fransanın işğalından sonra onlar Fransanın işğal olunmamış hissəsinə qaça bildilər. Nitsada Serj Alois Brunnerin komandanlığı altında keçirilən reydlərdən birində ölümdən çətinliklə xilas oldu. O, anası və bacısı Tatyana divar araxasında gizlənib, atası isə nasistlərin diqqətini özünə çəkmək üçün mənzildə qalıb. Nəticədə atası həbs olunub və deportasiya edilib. Daha sonra Arno Klarsfeld Osventsimdəki konsentrasiya düşərgəsində qətlə yetirilib.
Müharibədən sonra Serj Klarsfeld Sarbonnaya daxil olur və burada tarix fakültəsində təhsil alır. Bundan sonra Klarsfeld siyasət üzrə təhsil alır və fəlsəfə doktoru dərəcəsinə yiyələnir. 1963-cü ildə Beata Avqust Küntzellə ailə qurur. 27 avqust 1965-ci ildə Klarsfeldlərin Arno-David (Arno Klarsfeld) adlı bir oğlu olur. O, sonradan Fransa prezidenti Nikola Sarkozinin yanında hüquqşünas və müşavir kimi çalışıb. 1973-cü ildə ailədə Lida-Miriam adlı bir qız da dünyaya gəlib.
"Nasist ovçusu" kimi fəaliyyəti
redaktə1979-cu ildə Serj və həyat yoldaşı Beata "Fransanın Deportasiya olunmuş yəhudi oğulları və qızları" fondunu (fr. «Association des fils et filles des déportés juifs de France») qurdular. Serj Klarsfeld almaniyalı həyat yoldaşı Beata Klarsfeld ilə birlikdə Kurt Lisçka, Alois Brunner, Klaus Barbe, Ernst Ehlers və Kurt Asçe də daxil olmaqla qaçıb gizlənən çoxsaylı nasist müharibə cinayətkarlarının tapılıb üzə çıxarılması və onlar haqda sənədlərin aşkar edilməsi ilə məşhurlaşıb.[4]
Klaus Barbinin axtarışını göstərən "La Traque" (Fransa, 2008, rejissor Lauren Jaoui) bədii filmində Serj Klarsfeld rolunu İvan Attal canlandırıb.
Mükafatları
redaktə- 1984: Fransanın "Fəxri legion" ordeni (kavaler).[5]
- 2007: Fransanın "Fəxri legion" ordeni (zabit).[5]
- 2011: Fransanın "Xidmətlərə görə" ordeni.[5]
- 2014: Fransanın "Fəxri legion" ordeni (kamandor).[6]
- 2015: O, həyat yoldaşı Beata ilə birlikdə Almaniya Federativ Respublikasının birinci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif olunub.[7][8]
- 2016: Fəxri İsrail vətəndaşlığı.[9]
- 2018: "Həqiqət üçün ov: Beata və Serj Klarsfeldin xatirəsi" əsərinə görə İlin Kitabı kateqoriyasında Milli Yəhudi Kitab Mükafatı.[10]
- Z. Jabotinsky Fondunun mükafatı
- Fransa Yəhudiləri Mükafatı
Əsərləri
redaktə- 2005 — L’Album d’Auschwitz ISBN 2-84761-070-7
- Adieu les enfants (1942–1944) ISBN 2-84205-908-5
- 1992 — L'étoile des Juifs ISBN 2-909241-16-5
- 1997 — En souvenir de Georgy : Lettres de la maison d’Izieu : 1935–1944 ISBN 0-89381-968-9
- 2001 — La shoah en France, le calendrier des deportations (septembre 1942-aout 1944) :
- Tome 1
- Tome 2
- Tome 3 ISBN 2-213-61051-7
- Tome 4 ISBN 2-213-61052-5
- 2007 — Vichy, Auschwitz ISBN 2-213-60183-6
- Spoliation camps de province ISBN 2-11-004558-2
- Destin à part. Seul déporté rescapé de la rafle de Clans du 25 octobre 1943 ISBN 2-7384-3473-8
- La rafle de la rue sainte-catherine à lyon le 9 février 1943 ISBN B-000–0DWWT-Z
- 1993 — Les transferts de juifs du camp de Rivesaltes et de la région de Montpellier vers le centre de Drancy en vue de leur déportation, 10 août 1942
İstinadlar
redaktə- ↑ 1 2 Serge Klarsfeld // filmportal.de. 2005.
- ↑ 1 2 Evidence zájmových osob StB.
- ↑ 1 2 Who's Who in France (fr.). Paris: 1953. ISSN 0083-9531; 2275-0908
- ↑ "Beate Klarsfeld — 3sat extra: Das braune Geschwür". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
- ↑ 1 2 3 "Beate Klarsfeld Nommee Commandeur de L'ordre National du Merite". Association Zakhor Pour la Mémoire. 2 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2020.
- ↑ Légion d'honneur : 657 décorés, dont Michèle Morgan et Serge Klarsfeld, Le Monde, 1 January 2014
- ↑ Severin Weiland: Nazi-Jäger: Gauck zeichnet Beate und Serge Klarsfeld aus Arxivləşdirilib 2023-04-05 at the Wayback Machine In: Spiegel Online, p. 13.
- ↑ Die berühmteste Ohrfeige der Nachkriegsgeschichte Arxivləşdirilib 2018-11-16 at the Wayback Machine In: FAZ.
- ↑ Israel ehrt Nazijaegerin Beate Klarsfeld mit Staatsbuergerschaft Arxivləşdirilib 2023-04-05 at the Wayback Machine, Die Welt, p. 15. (alm.)
- ↑ "Past Winners". Jewish Book Council (ingilis). 5 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2020.
Ədəbiyyat
redaktə- The Children of Izieu: A Human Tragedy. New York: Harry N. Abrams Publishers, 1985. ISBN 0-8109-2307-6 Translation of Les enfants d'Izieu (1985)
- French Children of the Holocaust: A Memorial. New York: en:New York University Press, 1996. ISBN 0-8147-2662-3 Translation of Le mémorial des enfants juifs déportés de France (1995)
Xarici keçidlər
redaktə- 1986 film
- Nazi Hunter: The Beate Klarsfeld Story AllMovie saytında
- Nazi Hunter: The Beate Klarsfeld Story TCM Movie Database saytında
- 2008 film
- La traque — Internet Movie Database saytında