Sekresiya Fiziologiya - Wikipedia
Canlılarda ifrazat — Canlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir. Canlılarda ifrazat orqanları fərqlidir[1].
Onurğalılarda ifrazat
redaktəBütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir[2].
Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir[3]. Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır[4]. Şirin su balıqlarının əksəriyyətinin bədəninin üzəri pulcuqlarla örtülüdür. Onların yaşadığı mühitdə təzyiq aşağıdır. Balıqların bədənindəki osmotik təzyiq bədən səthindən və qəlsəmələrdən daxil olan su nəticəsində tənzimlənir. Onlar heç vaxt su içmirlər və çoxlu sidik ifraz edirlər. Bədəndən itirilən duzların yeri qəlsəmələr vasitəsilə sudan alınan duzlarla bərpa edilir[5]. Duzlu su balıqlarının bədənindəki təzyiq sudakı təzyiqdən aşağıdır. Ona görə də onların bədənində su itkisinin baş verməsi mümkündür. Bu səbəbdən belə balıqlar daima dəniz suyu içir, nəticədə çoxlu duz qəbul edir. Duzun artığı qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atılır. Duzlu su balıqları çox az miqdarda sidik ifraz edir. Onlar bədənlərində olan ammonyakm çox hissəsini qəlsəmələri vasitəsilə xaricə çıxarır[6]. Quruda yaşayan canlıların orqanizmində su itkisinin qarşısını alan uyğunlaşmalar vardır. Bir çox heyvanlar bunun nəticəsində uzun müddət su içmədən yaşaya bilir. Məsələn, dəvələrdə güvənlərdəki piyin oksidləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması isə böyrəklərdə suyun geri sorulmasını təmin edən kanalların daha uzun olmasıdır. Bunun nəticəsində geriyə daha çox su sorulur. Canlıların həyat fəaliyyətini davam etdirməsi üçün ifrazat çox vacibdir[7]. Ərəbistanda yaşayan səhra heyvanlarından biri olan Ərəbistan antilopu suya olan tələbatının 80%-ni yediyi qida, 14%-ni isə me- tabolik su ilə ödəyir. O heç zaman tərləmir, çox isti olanda bədəninin temperaturu 37 °C-dən 40 °C-dək qalxır. Hava soyuduqda isə yenə də 37 °C-yə enir. Artıq su itkisinin olmaması üçün heyvanın ifrazatı çox qatı olur[8].
Çoxhüceyrəli onurğasızlarda ifrazat
redaktəSüngərlərdə və bağırsaqboşluqlularda xüsusi ifrazat orqanları yoxdur. Onlar ifrazat məhsullarını diffuziya nəticəsində bədən səthi ilə xaric edir. Yastı qurdlardan olan ağ planaridə protonefridial tipli ifrazat sistemi mövcuddur. Belə heyvanlarda parenxima daxilində ulduzabənzər hüceyrələr var. Bu hüceyrələr ifrazat məhsullarını toplayaraq xırda borucuqlara, oradan isə iri ifrazat borucuqlarına axıdır. Toplanmış ifrazat məhsulları bədən səthi ilə orqanizmdən kənarlaşdırılır[9] .
Soxulcan
redaktəSoxulcanlarda ifrazat sistemi metanefridial tipdədir. Metanefridilər cüt olub, sağ və sol tərəfdə yerləşməklə hər buğumda təkrar olunur. Metanerdi nefrostom adlanan kiçik qıfla başlayır. Qıf bədən boşluğuna, ordan çıxan nazik kanal isə ifrazat kanalına açılır. Hər bir metanefridi əvvəlki buğumdan başlanır və sonrakı buğumun boşluğuna keçərək, yanda olan nefropor adlanan dəliklə xaricə açılır. Nefridial kanal kirpiklərlə təchiz olunmuşdur. İfrazat funksiyasını həmçinin xlorokogen hüceyrələrdə yerinə yetirir. Bu hüceyrələr ifrazat məhsullarını özündə toplayır və sonra məhv olaraq qırılıb bağırsaqın boşluğuna düşərək metanefridi kanalı vasitəsilə xaric olunur. İfrazat məhsulları orta buğumlarda yerləşən (hər buğumda bir cüt) ifrazat orqanları (metanefridi) vasitəsilə xaric olunur. Metanefridilərin genişlənmiş qıfşəkilli hissəsi maddələr mübadiləsinin son məhsullarını toplayır, nazikləşmiş hissəsi isə bu məhsulları xaric edir. Molyusklarda həlqəvi qurdların metanefredilərinə oxşar böyrəklər vardır. Böyrəklərin kirpikli hüceyrələrində toplanan ifrazat məhsulları bir kanalla manti boşluğuna açılır, oradan da kənarlaşır[10].
Buğumayaqlılar
redaktəBuğumayaqlıların ən geniş yayılmış nümayəndələri olan cücülərin ifrazat məhsulları Malpigi boruları vasitəsilə xaric olunur. Bir ucları qapalı olan bu borular bədəndə əmələ gələn lazımsız məhsulları qandan toplayaraq bağırsaqlara ötürür. Cücülərin qarıncığının divarında və daxili orqanları üzərində olan piy cisimcikləri də ifrazata xidmət edir. İfrazat prosesi çay xərçəngində baş hissədə yerləşən cüt yaşıl vəzilər, hörümçəkkimilərdə isə ifrazat funksiyasını Malpigi boruları, koksal vəziləri, nefrosit və quanosit adlanan xüsusi hüceyrələr yerinə yetirir. Malpigi boruları entodermal mənşəlidir[11]. Quruluşuna görə boruşəkilli olub, 4 şaxədən ibarətdir və kor qurtaracaqla nəhayətlənir. Malpigi borularının səciyyəvi xüsusiyyəti odur ki, onların orqanizimdən xaric etdikləri ifrazat məhsullraı maye şəklində olmayıb, demək olar ki, quru kristal şəklindədir. Koksal vəzi mezodermal mənşəli olub, cütdür, kissəşəkillidir və baş döş buğumunda — birinci cüt ayaqların arasında yerləşmişdir. Koksal vəzi cavan yaşlarda daha yaxşı inkişaf etmiş olur. Nefrosit və quanosit hüceyrələri bədən boşluğunda yerləşir və iftazat məsullarının xaric olunmasında iştirak edirlər.
Birhüceyrəli heyvanlarda ifrazat
redaktəŞirin sularda yaşayan adi amöb, yaşıl evqlena və infuzor-tərlik kimi birhüceyrəli heyvanlarda ifrazat vakuolu adlanan orqanoid var. İfrazat vakuollannda ifrazat məhsulları toplanır. Bu orqanoid vaxtaşırı partlayır və suda həll olmuş lazımsız maddələr hüceyrə membranı vasitəsilə xaricə atılır. İbtidailərdə ifrazat diffuziya və osmotik tənzimləmə ilə həyata keçirilir
Bitkilərdə ifrazat
redaktəBitkilərdə xüsusi ifrazat orqanları yoxdur. Əksər bitkilər ifrazat məhsullarını buxar şəklində ağızcıqlardan xaric edir. Bu, transpirasiya prosesi adlanır. Çiyələk və buğda kimi bitkilərdə damcılar şəklində ayrılan su özü ilə duz və digər maddələri də çıxarır. Bu, quttasiya adlanır. Bitkilərin sintez etdiyi nektar və efir maddələri də ifrazat məhsullarıdır. Bəzi ifrazat məhsulları vakuollarda toplanır və xəzan vaxtı yarpaqlar töküldükcə bitkilərdən uzaqlaşır. Bitkilərin bir qismi kökləri vasitəsilə lazımsız məhsulları xaric edir.
İstinadlar
redaktə- ↑ "Canlılar ifrazat" (az.). e-derslik.edu.az. Archived from the original on 2022-01-22.
- ↑ Lee JS, Jeremic A, Shin L, Cho WJ, Chen X, Jena BP. "Neuronal porosome proteome: Molecular dynamics and architecture". Journal of Proteomics. 75 (13). July 2012: 3952–62. doi:10.1016/j.jprot.2012.05.017. PMC 4580231. PMID 22659300.
- ↑ Anderson LL. "Discovery of the 'porosome'; the universal secretory machinery in cells". Journal of Cellular and Molecular Medicine. 10 (1). 2006: 126–31. doi:10.1111/j.1582-4934.2006.tb00294.x. PMC 3933105. PMID 16563225.
- ↑ Chirico WJ. "Protein release through nonlethal oncotic pores as an alternative nonclassical secretory pathway". BMC Cell Biology. 12. October 2011: 46. doi:10.1186/1471-2121-12-46. PMC 3217904. PMID 22008609.
- ↑ Wooldridge, K, redaktorBacterial Secreted Proteins: Secretory Mechanisms and Role in Pathogenesis. Caister Academic Press. 2009. ISBN 978-1-904455-42-4.
- ↑ Boyd CD, Smith TJ, El-Kirat-Chatel S, Newell PD, Dufrêne YF, O'Toole GA. "Structural features of the Pseudomonas fluorescens biofilm adhesin LapA required for LapG-dependent cleavage, biofilm formation, and cell surface localization". Journal of Bacteriology. 196 (15). August 2014: 2775–88. doi:10.1128/JB.01629-14. PMC 4135675. PMID 24837291.
- ↑ Yeo HJ, Yuan Q, Beck MR, Baron C, Waksman G. "Structural and functional characterization of the VirB5 protein from the type IV secretion system encoded by the conjugative plasmid pKM101". Proceedings of the National Academy of Sciences of the United States of America. 100 (26). December 2003: 15947–52. Bibcode:2003PNAS..10015947Y. doi:10.1073/pnas.2535211100. JSTOR 3149111. PMC 307673. PMID 14673074.
- ↑ Salyers, A. A. & Whitt, D. D. (2002). Bacterial Pathogenesis: A Molecular Approach, 2nd ed., Washington, D. C.: ASM Press. ISBN 1-55581-171-X
- ↑ McBroom AJ, Kuehn MJ. "Release of outer membrane vesicles by Gram-negative bacteria is a novel envelope stress response". Molecular Microbiology. 63 (2). January 2007: 545–58. doi:10.1111/j.1365-2958.2006.05522.x. PMC 1868505. PMID 17163978.
- ↑ Kuehn MJ, Kesty NC. "Bacterial outer membrane vesicles and the host-pathogen interaction". Genes & Development. 19 (22). November 2005: 2645–55. doi:10.1101/gad.1299905. PMID 16291643.
- ↑ Behlul Ağayev. Onurğasızlar zologiyasından laboratoriya məşğələləri. ADPPU: Bakı. 2004. səh. 197-203.