Settar Efendiyev - Wikipedia
Səttar Əfəndiyev - Sovet dönəmində Quba üsyanının başçılarından,[1] şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən və Azərbaycan milli istiqlal hərəkatının fəal üzvlərindən biri. Hərbiçi.
Səttar Əfəndiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Pirəbədil kəndi, Quba qəzası. |
Vəfat tarixi | XX əsrin 50-ci illəri. |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Hacı Əbdül Hüseyn |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Xalq Cümhuriyyəti Ordusu |
Xidmət illəri | 1918-1920 |
Rütbəsi | Polkovnik |
Döyüşlər | Qanlı Dərə döyüşü, Sarvan döyüşü, Quba üsyanı (1920), Gəncə üsyanı (1920). |
Ailəsi və Təhsili
redaktəSəttar Əfəndiyev Hacı Əbdül Hüseyn əfəndinin ailəsində Quba qəzasının Pirəbədil kəndində anadan olmuşdur. Atası Hacı Əbdül Hüseyn əfəndi mahalın varlı, nüfuzlu, dindar və savadlı şəxslərindən biri idi. Qəzənfər Musabəyov və Ayna Sultanovanın atası Mahmud əfəndi, Səttar Əfəndiyevin əmisi idi. Həmdulla əfəndi isə Səttar Əfəndiyevin bibi oğlusudur. Bu nəslin nümayəndələri çox savadlı olduqlarından onların evi mahal camaatı tərəfindən "Axund Evi" olaraq adlandırılırdı. Mədrəsə təhsili almış Səttar Əfəndiyev ərəb, fars, rus və tat dillərini mükəmməl bilirdi.
Həyatı və Fəaliyyəti
redaktəSəttar Əfəndiyev daşnaklara qarşı özünə müdafiə dəstələrinə və onların təşkilinə başçılıq etmiş, Qanlı Dərə, Sarvan stansiyası[2] döyüşlərində iştirak etmiş və xüsusi şücaət göstərmiş, Güllü Təpə yığıncağında iştirak etmişdir.[3] Göstərdiyi xidmətlərə görə ona polkovnik rütbəsi də verilmişdir. Həmdulla əfəndi Əfəndizadə ilə həm də silahdaş olan Səttar Əfəndiyev onunla birlikdə bir çox döyüşlərdə çiyin-çiyinə vuruşmuşdur.
İşğaldan sonra
redaktəAzərbaycan ruslar tərəfindın iğşal edildikdən sonra baş vermiş Quba üsyanının başçılarından biri olmuş, Gəncə üsyanında qardaşı Şəmsəddin Əfəndiyevlə birlikdə iştirak etmişdir. Hətta döyüşlərin birində ağır yaralanmışdır. Belə ki, güllə onun sinəsindən girərək kürəyindən çıxmışdır. Sonralar bu güllə yarası onun həbsində mühüm rol oynayır.
Həbsi
redaktəNəriman Nərimanov tərəfindən Səttar Əfəndiyevə bəraət verilsə də onu həbs edirlər. Çox zirək olduğundan həbsdən qaçaraq Türkmənistanda (Aşqabadda), Dağıstanda[2] başqa adla qaçaq həyatı yaşamağa başlayır. Lakin XX əsrin 50-ci illərində Dərbənddə məişət zəmnində milis bölməsinə düşür. KQB sənədlərində sinəsindəki güllə yarası ilə qeyd olunduğu üçün onu milis bölməsində güllə yarasından tanıyırlar. Kimliyi üzə çıxan Səttar Əfəndiyev həbs olunur. Onun sonrakı taleyi naməlumdur. Böyük ehtimal qətlə yetirilmişdir.