Suleyman Eliyarli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor[1]
Süleyman Əliyarlı | |
---|---|
Süleyman Sərdar oğlu Əliyarlı | |
Doğum tarixi | 18 dekabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 2014 (83 yaşında) |
Vəfat yeri | |
Uşağı |
|
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Həyatı
redaktə18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir.
Təhsili
redaktə1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir.
Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.
1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib.
Elmi fəaliyyəti
redaktə1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir. Elmi fəaliyyəti zamanı hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu ildə Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan etmiş və nəticədə sovet rejiminin təqiblərinə məruz qalmışdır. 1983–84-cü illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq bir sıra elmi əsərlər çap etdirmiş, buna görə də Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir.
1989–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb.
2000-ci ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Qurumunun "Şərəf Üyəsi" (fəxri üzvü) seçilib. Adı çəkilən "Türk Tarix Kurumu" və "Center For Balkan Turkology Researches" kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq etmişdir.
Türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər (The Turks)" (Ankara, 2002) adlı ensiklopedik əsərin, Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.
Ailəsi
redaktə- Babası Əliyar İbrahim oğlu Pireyvatlı-Şahsevən 1831-ci ildə Şahsevən elinin Pireyvatlı obasında anadan olmuşdu. 1835-ci ildə atası ilə bərabər Qarabağa keçib, Cavanşir-Dizaq mahalının Oltan adlı sahəsində məskunlaşmışdı. Onun törəmələri Əliyarlı kimi tanınırlar. Əliyarın Fətulla, Əsədulla, Məmiş adlı oğlanları vardı.
Əmək fəaliyyəti
redaktəAMEA Tarix İnstitutunda çalışıb. 1959-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Azərbaycan tarixi "(ümumi kurs) və magistraturada ixtisas kursları: "Türk epik abidələri tarixi mənbə kimi" və "Azərbaycan türklərinin etnogenezisi" və s. üzrə mühazirələr oxumuşdur. 150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.
Tədqiqat Sahəsi
redaktəAzərbaycan və əski Türk tarixində epik abidələr və etnogenezis problemi üzrə beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir: XI, XII, XIII, XIV, XV Türk Tarix konqresləri (1990, 1994, 1999, 2002, 2006); I türk Dünyası Tarix Konqresi (New York, 1992); III Uluslararası Atatürk Sempozyumu (Gazi Maqusa, Kuzey Kıbrıs Türk Cumhuriyeti, 1995); Uluslararası Dede Korkut konfransı (Konya 1998); "Türk Xalqlarının ədəbi keçmişi" Uluslararası sempozyum (Kafkas Universiteti, 2004); IV Uluslararası Güney-Doğu Avrupa Türkolojisi sempozyumu (Prizren-Kosovo, 2007) və onlarca başqaları.
Seçilmiş əsərləri
redaktə- Korkut kitabı ve eski Türk Tarihi (Atilla tarihinin izleri)-"Türk Dastanlari…" kitabında, Kafkas Universitesi, Bakı, 2004.
- Məhəmməd Əmin Rəsulzadə və tarix-"Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar" kitabında, Xəzər Universitesi, 2004.
- M. E. Resulzade tarihsel bakışları ile: bir kez daha türklük davası üzerine –XV Türk Tarih Konqresi Bildiri özetleri, TTK Yayınevi, Ankara 2006.
- Prof. Dr. Osman F. Sertkaya, Dede Korkut Kitabı (Metnin Transkripsionu ve Açıklama notları) kitabı haqqında- "Türkiyat Araştırmaları Dergisi", sayı 21, Konya,2007
- Etnogenezis və sonuncu çoxcildli akademik nəşr "Tarix və onun probleməri", № 3 əlavə, Bakı, 2007
- M. Emin Resulzade gözüyle Türklük Davasi –"TDAV Tarih Dergisi", sayı 252, istanbul, 2007
- Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq nəşriyyatı, 2007, 400 səhifə. ISBN 5802500026
Monoqrafiyalar
redaktə- Монополистический капитал в нефтяной промышленности России. 1914–1917. Документы, материалы. "Наука", Ленинград, 1973 (коллектив);
- Нефтяные монополии в Азербайджане в период первый мировой войны. АТУ, Баку, 1974
- К проблеме этногенеза азербайджанского народа. "Элм" АН Азерб., Баку, 1984 (коллектив)
- Azərbaycan tarixi üzrə qaynaqlar. ADU nəşr., Bakı, 1989, 2-ci nəşri 2007, 500 səh
- Bergland Karabagh/ Utopien und Wahrheiten, Ankara, 1989
- Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci illərə qədər. "Azərbaycan" nəşr, Bakı, 1996, 870 s. (müəlliflər heyəti və elmi redaktor);
- Azərbaycan tarixi: uzaq keçmişdən 1870-ci ilə qədər. 2-ci nəşr. Redaktor: S. S. Əliyarlı. Bakı: "Çıraq" nəşriyyatı, 2009, X+861 s.
- Transcancasian Boundaries. Edited bu John F. R. Wright, Suzanne Goldenberg, Ricard Schofield. Geopolitics and International Boundaries Research Centre School of oriental and African Studies University of London, 1996 (chapter VI);
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.
İstinadlar
redaktə- ↑ "Azərbaycanın məşhur alimi vəfat etdi". 2014-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-01.