Suleyman Elesgerov Bestekar - Wikipedia
Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, DQMV – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000).[1]
Süleyman Ələsgərov | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | 22 fevral 1924 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 21 yanvar 2000 (75 yaşında) | ||
Vəfat yeri | |||
Dəfn yeri | |||
Uşağı | |||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | dirijor, bəstəkar, pedaqoq, müəllim | ||
Janr | opera | ||
Təhsili | |||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSüleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Xatirəsi
redaktəBəstəkar haqqında "Xəyala dalarkən" sənədli televiziya filmi çəkilib. Filmin rejissoru Tahirə Hüseynovadır.[2]
Mükafatları
redaktə- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 iyun 1974
- "Şöhrət" ordeni — 21 fevral 1999[3]
Filmoqrafiya
redaktə- Aktrisanın təbəssümü (film, 1974)
- Azərbaycan atları (film, 1953)
- Azərbaycan elləri (film, 1976)
- Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
- Daşkəsən (film, 1946)
- Qabaqcıl sovxozda (film, 1955)
- Qəmbər Hüseynli (film, 2007)
- Musiqişünas (film, 2001)
- Ulduz (film, 1964)
İstinadlar
redaktə- ↑ Səda — Süleyman Ələsgərovun Doğum Günüdür (22.02.2016)
- ↑ Mədəniyyət TV. "Musiqi tarixinin Süleyman notu..." (az.). Youtube.com. 18.04.2024. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
- ↑ S. Ə. Ələsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı[ölü keçid]
Mənbə
redaktə- Vidadi Xəlilov. Bəstəkar Süleyman Ələsgərov. Bakı: İşıq, 1985
- İlhamını xalqdan alan bəstəkar. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012, səh.158.