Rusiyanin Cenubi Ve Serqi Ukraynani Ozune Birlesdirmesi - Wikipedia
30 sentyabr 2022-ci ildə Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edən qismən işğal edilmiş Ukraynanın Luqansk (Luqansk Xalq Respublikası), Donetsk (Donetsk Xalq Respublikası), Zaporojya və Xerson vilayətlərinin ilhaqı üçün razılıq müqaviləsi imzalanmışdır. Rusiya münaqişənin hökm sürdüyü dörd regiondan heç birinə nəzarəti tam formada ələ keçirməyi bacarmamışdır və 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan bəri regiondakı əhalinin əksəriyyəti regionu tərk etmişdir[1] . İlhaq Moskvada dörd regionun rəhbərləri (Leonid Pasechnik, Denis Pushilin, Yevgeni Balitsky və Vladimir Saldo) və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilmişdir. Ukrayna, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilhaq mərasiminin heç bir hüquqi dəyəri olmadığını bildirmişdir[2].
İlhaq dörd regionda Rusiyanın dəstəklədiyi separatçıların hakimiyyət orqanlarının keçirdiyi referendumlardan sonra baş vermişdir. İlhaq ümumiyyətlə pislənmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır[3].
İstinadlar
redaktə- ↑ Walker, Shaun. "'Referendums' on joining Russia under way in occupied Ukraine". the Guardian. 23 September 2022. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2022.
- ↑ Trevelyan, Mark; Trevelyan, Mark. "Putin declares annexation of Ukrainian lands in Kremlin ceremony". Reuters (ingilis). 2022-09-30. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
- ↑ "So-called referenda in Russian-controlled Ukraine 'cannot be regarded as legal': UN political affairs chief". UN News. 27 September 2022. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.