Rusiya Terefinden Isgal Edilmis Ukrayna Torpaqlarinin Ilhaqi Referendumu - Wikipedia
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər[1][2][3][4]. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir.
Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş[1] və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur[5][6]. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər[5]. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir[7].
2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər[8].
İstinadlar
redaktə- ↑ 1 2 Trevelyan, Mark; Trevelyan, Mark. "Moscow's proxies in occupied Ukraine regions report big votes to join Russia". Reuters (ingilis). 2022-09-27. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ "Russia moves to formally annex swathes of Ukraine". Reuters. 2022-09-20. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2022.
- ↑ "Война в Украине: ЛНР и ДНР объявили о "референдумах" о присоединении к России 23–27 сентября – Новости на русском языке". BBC News Русская служба (rus). 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
- ↑ "На оккупированных территориях Украины 23–27 сентября проведут «референдумы о присоединении к России». Главное Тем временем в России вводят понятие «мобилизация» в Уголовный кодекс". Meduza (rus). 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-20.
- ↑ 1 2 Brown, Lee. "Ukrainian city of Kherson captured as Russia vows to fight to 'the end'". New York Post. 3 March 2022. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2022.
- ↑ "Berdyansk: Life Under Russian Occupation". Institute for War and Peace Reporting. 8 April 2022. 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2022.
- ↑ Walker, Shaun. "'Referendums' on joining Russia under way in occupied Ukraine". the Guardian. 23 September 2022. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2022.
- ↑ Trevelyan, Mark. "Putin declares annexation of Ukrainian lands in Kremlin ceremony". Reuters (ingilis). 2022-09-30. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.