Rostov Na Donuda Teyyare Qezasi 19 Mart 2016 - Wikipedia
Rostov-na-Donuda təyyarə qəzası — 19 mart 2016-cı ildə Dubay beynəlxalq hava limanından uçan Boeing 737 tipli təyyarənin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması. Rostov-na-Donu şəhərində qəzaya uğrayan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib.
Rostov-na-Donuda təyyarə qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | İkinci eniş zamanı qəza |
Yer | Rostov-na-Donu, Rusiya |
Koordinatlar | 47°15′50″ şm. e. 39°49′44″ ş. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 55 |
Komanda | 7 |
Yaralı sayı | 0 |
Ölü sayı | 62 |
Təyyarə | |
Təyyarə modeli | Boeing 737 |
Havayolu şirkəti | Flydubai |
Qalxma yeri | Dubay |
İstiqamət | Rostov-na-Donu |
Uçuş nömrəsi | FZ-981 |
Qeydiyyat nömrəsi | A6-FDN |
Vikianbarda əlaqəli mediafayllar |
İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub[1].
Dövlətlərarası Aviasiya Komitəsi (DAK) təyyarənin qara qutusunu tədqiq etdikdən sonra yaydığı məlumata görə, "təyyarənin “qara qutu”sunu tam tədqiq olunduqdan və analiz edildikdən sonra belə nəticəyə gəlinib ki, laynerin heç bir sistemində kiçik də olsa nasazlıq yaranmayıb. Təyyarə həm uçuşa başlarkən, həm də eniş edərkən saz vəziyyətdə imiş"[2].
Heyət üzvləri və sərnişinlər
redaktəVətəndaşlıq | Sərnişin | Heyət | Cəmi |
---|---|---|---|
Rusiya | 44 | 1 | 45 |
Ukrayna | 8 | 0 | 8 |
Hindistan | 2 | 0 | 2 |
Özbəkistan | 1 | 0 | 1 |
Yunanıstan | 0 | 1 | 1 |
İspaniya | 0 | 1 | 1 |
Kipr | 0 | 1 | 1 |
Qırğızıstan | 0 | 1 | 1 |
Kolumbiya | 0 | 1 | 1 |
Seyşel adaları | 0 | 1 | 1 |
Cəmi: | 55 | 7 | 62 |
Flydubai şirkətinin məlumatlarına görə sərnişinlərdən 33 nəfəri qadın, 18 nəfəri kişi, 4 nəfəri uşaqdır.
İstinadlar
redaktə- ↑ "Rusiyada dəhşətli təyyarə qəzası" (azərb.). lent.az. TASS. 19 mart 2016. 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2016.
- ↑ ""Qara qutu" sirri açdı: Rostovda qəzaya uğrayan təyyarə saz vəziyyətdə olub" (azərb.). lent.az. APA. 29 mart 2016. 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
Xarici keçidlər
redaktə- Official statements Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine from Flydubai airline (ing.)/ (ərəb.)/ (rus.)
- Official list of victims Arxivləşdirilib 2016-03-22 at the Wayback Machine from EMERCOM (ing.)
- Official profile of the accident investigation from the Dövlətlərarası Aviasiya Komitəsi