Rinat Yusupov - Wikipedia
Rinat Yusupov (başq. Ринат Мөхәммәт улы Йосопов, 1951—2011) — Sovet, rus etnoloqu və antropoloqu. Tarix elmləri namizədi, professor.
Rinat Yusupov | |
---|---|
Doğum tarixi | 12 noyabr 1951 |
Vəfat tarixi | 14 yanvar 2011 (59 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi |
|
Təhsili |
Bioqrafiya
redaktə1951-ci il noyabrın 12-də Sovet Sosialist Respublikaları İttifaqı, Başqırd MSSR, Ziançurinski rayonunun İsyanqulovo kəndində anadan olub.
1975-ci ildə Başqırd Tibb İnstitutunu bitirib.
1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyası Leninqrad şöbəsinin (İ. İ. Qoxmanın rəhbərliyi altında) N. N. Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin aspirantı olur. İxtisası - kraniologiya.
1979-cu ildən SSRİ EA Başqırdıstan Bölməsinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Etnoqrafiya və antropologiya şöbəsində çalışır.
1982-ci ildə “Başqırdların kraniologiyaya görə antropoloji tərkibi” (ixtisas 03.00.14 – antropologiya) mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir[1]. Tarix elmləri namizədi adına layiq görülür.
1993-2011-ci illərdə Rusiya Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Ufa Federal Tədqiqat Mərkəzinin Etnologiya və Antropologiya şöbəsinin müdiri işləyir.
Elmi fəaliyyət
redaktəCənubi Uralın qədim və müasir əhalisinin Başqırd antropologiya məktəbinin banisi, habelə Başqırdıstan Respublikası və qonşu bölgələrin başqırdları üzrə Rusiyada ən böyük kranioloji kolleksiyanın (1500-dən çox kəllə) sahibidir. 14 antropoloji, o cümlədən iki beynəlxalq ekspedisiyanın təşkilatçısı və iştirakçısı (1983, 1989) olmuşdur. Toplanmış material Tunc dövründən indiyədək 1,5 min əşyanı özündə birləşdirən kranioloji kolleksiyanın əsasını təşkil etmişdir. Onun regionun antropologiyası ilə bağlı araşdırmaları Finlandiya, İsveç, ABŞ, Xorvatiya və İtaliyada[2] elmi nəşrlərdə dərc olunub.
Rusiya Etnoqraflar və Antropoloqlar Assosiasiyasının (Moskva), Avropa Antropoloqlar Assosiasiyasının üzvüdür (Brüssel).
Elmi maraqları: antropologiya, etnoqrafiya, başqırdların etnik tarixi.
İstinadlar
redaktə- ↑ Юсупов, Ринат Мухаметович. Антропологический состав башкир по данным краниологии : диссертация … кандидата исторических наук : 03.00.14. — Уфа, 1982. — 195 с.
- ↑ "Институт истории языка и литературы УНЦ РАН". 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-08.