Resident Evil 4 - Wikipedia
Resident Evil 4 — "Capcom" tərəfindən hazırlanmış survival horror janrında olan videooyun. İlk olaraq 2005-ci ildə "Gamecube" üçün satışa çıxarılıb. Bu oyunda oyunçular xüsusi agent olan Leon S. Kennedinin rolunu öz üzərinə götürürlər. Oyundakı başlıca məqsəd İspaniyanın kəndlərinin birində dini təriqət tərəfindən girov götürülüb saxlanmış ABŞ prezidentinin qızı Eşli Qremi tapıb qurtarmaqdır. Amansız mübarizədə Leon cəsus Ada Vonq ilə gücünü yenidən birləşdirir və ikisi zehni yoluxucu parazitlər tərəfindən ələ keçirilmiş düşmən dəstələrə qarşı vuruşur.
Resident Evil 4 | |
---|---|
Hazırlayan | Capcom Production Studio 4 |
Yayımlayan | Capcom |
Lokalizatorlar | Novıy Disk[d], Softclub |
Seriya | "Resident Evil" |
Buraxılış tarixləri | 11 yanvar 2005[3], 25 oktyabr 2005, 28 fevral 2014[4] |
Janr | döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı, survival horror |
Rejissorlar | Şinci Mikami |
Prodüserlər | Hiroyuki Kobayaşi |
Ssenaristlər | Şinci Mikami |
Proqramçılar | Kiyohiko Sakata |
Bəstəkarlar |
|
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 2[1], PlayStation 3, Microsoft Windows[1], iOS, PlayStation 4, Android, Xbox One, Nintendo Switch[d] |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2], ispan dili[2], italyan dili[2] |
Daşıyıcı | DVD, Blu-ray Disc, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran |
Rəsmi saytı |
Oyunun inkişafına 1999-cu ildə başlanılıb. Əvvəlcə bu layihə üçün dörd fərqli ideya irəli sürülüb. Bunlardan biri Hideki Kamiyanın təqdim etdiyi konsept olub. Seriyanın yaradıcısı Şinci Mikamiyə görə, həmin konsept seriyanın əvvəlki oyunlarının əsas mahiyyətindən çox uzaq uzaq idi. O, və komandası sözügedən konsept üzərində iş aparmış və 2001-ci ildə "Devil May Cry" adlı başqa bir oyunu ortaya qoymuşdur. Oyunun istehsalına Şinci Mikaminin özü rəhbərlik etmişdir.
"Resident Evil 4" həm tənqidçilər, həm də oyunçular tərəfindən yüksək qiymətləndirilən bir videooyundur. 2005-ci ildə "İlin Oyunu" mükafatına layiq görülmüşdür. Həmçinin bütün zamanların ən yaxşı videooyunları arasına öz yerini tutmağı bacarıb. Oyun müxtəlif platformalar üçün yayımlanmışdır. 2022-ci ilin dekabrına qədər 12,3 milyon tirajla sataraq ən böyük uğur qazanmış oyunlardan birinə çevrilmişdir. Oyunun yenidən hazırlanmış versiyası (ing. remake) 2023-cü ildə işıq üzü görmüşdür.[5]
Gameplay
redaktəOyunçular oyun boyunca baş qəhrəman Leon S. Kennediyə üçüncü şəxs baxış bucağından rəhbərlik edirlər. Bu dəfə oyunçulara seriyanın əvvəlki oyunları ilə müqayisədə fərqli bir oyun təcrübəsi təqdim edilib. Belə ki, əvvəlki oyunlarda qorxulu mühitdə sağ qalmağa daha çox diqqət yetirilirdi. Ancaq bu oyunda bu belə deyil, oyunçular sağ qalmaq əvəzinə silahlı döyüşlərdə iştirak etməyə daha çox vaxt sərf edirlər. Oyunun faydalı özəlliklərindən biri də çiyin üstü baxış bucağıdır. Leon silahla hədəfini nişan aldığı zaman, kamera onun qarşısında baş verənləri daha yaxından və ətraflı şəkildə göstərmək üçün çiyin üstü baxış bucağına keçid edir. Leon snayper tüfəngi istifadə edəndə isə birinci şəxs baxış bucağında keçilir. Yəni kamera Leonun gördüklərini tam olaraq sizə göstərir, onun gözündən hər şeyi görürsünüz.[6]
Ayrıca oyunda düşmənləri və ya hədəfləri nişan almaq üçün işə yarayan, adətən ekranının mərkəzində "+" kimi göstərilən crosshair adlanan özəllik yoxdur. Bunun əvəzinə oyundakı odlu silahlar lazer nişangahı kimi tanınan aksesuar ilə təchiz olunub. Oyunçular döyüşə gəldikdə isə daha çox azadlığa və çevikliyə malikdirlər. Düşmənlərin ayaq və qol kimi müxtəlif nahiyələrinə atəş açmaq, onların büdrəməsinə və tarazlığını itirib yerə yıxılmasına səbəb olur. Eyni zamanda oyunçunun ona atılan balta və oraq kimi əşyaları vuraraq dayandırma imkanı da var.[7]
"Resident Evil 4"ə bəzi yeni funksiyalar əlavə edilib. Bu yeni düymələr vasitəsilə oyunçular nərdivana dırmaşa və ya təhlükəli vəziyyətlərdən xilas olmaq üçün pəncərədən tullana bilərlər. Oyunçular düşmənlərdən gələn hücumlardan yayınmaq üçün bu hərəkətlərdən istifadə edə bilərlər ki, bu da onlara yaralanmadan qurtulmağa köməklik göstərəcək. Bundan əlavə, düşmənlər zəiflədikdə, oyunçuların onları daha asan məğlub edə biləcəyi güclü "bitirmə hərəkəti"ni etmə şansları var. Həmçinin oyunda "sürətli vaxt hadisələri" (ing. quick time events) adlanan xüsusi anlar da var. Bu hadisələr gərgin anlar və boss döyüşləri zamanı baş verir, burada oyunçu xüsusi hərəkətləri yerinə yetirmək üçün ekranda görünən düymələri basmalıdır. Bu hadisələrə göydən düşən obyektdən yayınma və ya düşmənlə əlbəyaxa döyüş kimi şeylər daxil ola bilər.[8]
Oyundakı əsas düşmənlər "Los Ganados" (azərb. "Mal-qara") kimi bilinən qəddar kənd sakinləridir. Onlar "Resident Evil"in həmişəki zombilərinə bənzəmirlər, çünki onların daha çox inkişaf etmiş bacarıqları var. "Los Ganados"lar hücumlardan yayına bilən, elektrikli mişar və balta kimi silahlardan istifadə edə bilən və hətta qrup şəklində belə birlikdə işləməyi bacaran təhlükəli düşmənlərdir. Bu kəndlilərin liderləri bəzən oyunçunu məğlub etmək üçün dəhşətli bədheybətlərə çevrilirlər. Oyunda oyunçuların qarşısına çıxan bir çox düşmən növləri var, bunlara daxildir: tez sağalma qabiliyyətinə malik olan mutasiyaya uğramış humanoid "Regeneradors", troll bənzəri varlıq olan "El Gigante" və suda yaşayan nəhəng dəniz canlısı "Del Lago".[9]
Oyunçular inventarlarını oyundakı portfel vasitəsilə rahatlıqla idarə edə bilərlər. Əlavə yerə ehtiyac olduqda, onlar bu qutunu bir neçə dəfə təkmilləşdirə bilərlər. Oyunçular sahib olduqları silahları və müalicəvi vasitələri bu qutuda saxlayırlar, açar və xəzinə kimi dəyərli əşyaları isə bunun üçün ayrılmış başqa bir menyudan tapa bilərlər. Oyunçular həmçinin oyunun müxtəlif yerlərində peyda olan tacirlərlə alqı-satqı edə bilərlər. Tacir tibbi yardım spreyləri və silahlar satır, həm də silahlar üçün təkmilləşdirmə xidmətləri göstərir. O, hətta Leonun kəşf etdiyi qiymətli xəzinələri də almaqdadır. Oyundakı hər bir silahın üstünlükləri və çatışmazlıqları var.[10][11]
"Capcom" ilk olaraq oyuna PlayStation 2 üçün nəzərdə tutulmuş bəzi yeni məzmunlar əlavə etdi. Bu yeni əlavələr daha sonra oyunun PC və Wii versiyalarına da daxil edildi. Oyuna gətirilən ən böyük əlavə yan hekayə olan "Separate Ways"dir. Bu əlavə məzmunda oyunçular, oyunda baş vermiş hadisələrə Ada Vonqun gözü ilə baxma imkanı qazanırlar. Onlar Vonq və oyunun əsas canilərindən biri olan Albert Vesker arasındakı əlaqə haqqında daha çox öyrənmək imkanı əldə edirlər.[12] Beş hissədən ibarət olan sənədli film "Ada's Report" onların münasibətlərini gün üzünə çıxarır.[13] Əlavə olaraq oyunda kilidi açıla bilən digər məzmunlar var, bunlara daxildir: "The Mercenaries" adlı bir mini oyun, "Assignment Ada" adlı qısa bir ssenari (Bu ssenaridə oyunçuların məqsədi Adanı idarə etmək və Las Plaqas adlı təhlükəli parazitin nümunələrini əldə etməkdir), əsas personajlar Leon və Eşli üçün yeni skinlər, yeni silahların kilidini açmaq imkanı və nəhayət bir cutscene brauzeri. Bu oyunçulara istənilən oyundaxili səhnələrə yenidən baxmağa imkan verir.[14]
Süjet
redaktə2004-cü ildə ABŞ hökuməti agent Leon S. Kennediyə ABŞ prezidentinin qızı Eşli Qremi xilas etmək tapşırığını verir. Prezidentin qızı Eşli İspaniyanın ucqar kəndindəki müəmmalı bir təriqət tərəfindən girov götürülərək saxlanılır.[15] Leon ona tapşırılan işi yerinə yetirmək üçün İspaniyadakı həmin kəndə yollanır.[16] Kəndə gəlib çatanda o, "Los İluminados" təriqətinin davamçıları olan zorakı kənd sakinləri ilə qarşılaşır. Bir vaxtlar dinc həyatlarını yaşayan bu sakinlər Las Plaqas adlı zehin ələ keçirən parazitə yoluxduqdan sonra amansız vəziyyətə düşüblər.[17]
Sözügedən kənddə Eşlini axtararkən Leonumun qabağını kəndin rəisi Bitores Mendez kəsir. Bu şəxs onu tutub saxlayır və onu da yoluxdurmaq üçün Las Plaqas iynəsi vurur.[18] Leon əsirlikdə olarkən onun kimi dustaq olunan Luis Sera ilə tanış olur. Luis vaxtilə Madriddə polis məmuru olub, eyni zamanda "Los İluminados" təriqətində tədqiqatçı kimi də çalışıb. İkisi oradan qurtulmağın yolunu tapmağa başlayırlar. Daha sonra Leon xəbər tutur ki, Eşli hazırda kilsədə saxlanılır.[19] Leon onu xilas etməyə gedir və bumu bacarır. İkisi orada ikən həm də "Los İluminados"un başında duran Ozmund Saddlerin şeytani planını üzə çıxarırlar. Məlum olur ki, Saddlerin niyyəti Eşlini Las Plaqas ilə yoluxdurmaq və onu daşıyıcı edərək infeksiyanı ABŞ hökumətinin bütün yüksək səviyyəli rəsmiləri arasında yaymaq idi. Bu sayədə o, ilk olaraq ölkəyə, daha sonra da bütün dünyaya hökmranlıq edəcəkdi.[20]
Leon Eşli ilə birlikdə kəndin naçalniki Mendezi uğurla aradan qaldırır. Ardınca onlar xətərsiz bir yer kimi qalada qalmağı seçirlər. Çox keçməmiş onların dincliyi pozulur. Qalanın sahibi — Saddlerin əlaltılarından biri olan — Ramon Salazar onları pusquya salır və başçılıq etdiyi İluminados-lara onlara hücum etmək əmri verir.[18] İkili bir-birindən ayrı düşür. Bu arada, Luis Las Plaqas nümunəsi olan iynə və Leon və Eşlinin infeksiyasının irəliləməsinə mane ola biləcək dərmanlar axtarır. O, iki əşya tapır və Leona təhvil verir, lakin təəssüf ki, Saddler nümunəni əldə etmək üçün onu öldürür. Həmin vaxt Leon infeksiyaya qarşı həblərə sahib olur.[21] Qalada olarkən Leon təsadüfən keçmişdə tanışlığı olan Ada Vonq ilə qarşılaşır. Ada ona kömək etməyi özünə borc bilir. Leon daha sonra onu yaxalamağa çalışan çoxsaylı düşmənlərlə döyüşə girir. Salazarı da ortadan qaldıra bilir.[22]
Leon itib-batmış Eşlini azad etmək üçün adadakı tədqiqat obyektinə gedir. Orada bir vaxtlar birlikdə təlim keçdiyi və iki il əvvəl helikopter qəzasında həlak olduğu zənm edilən Cek Krauzerin Eşlinin qaçırılmasına iştirakı olduğunu üzə çıxarır. Aydın olur ki, onun məqsədi Saddlerin etibarını qazanmaq olub. Belə ki, o, onun sahib olduğu yeni qiymətli Plaqas nümunəsini oğurlaya biləcəkdi.[23] Qeyd etmək lazımdır ki, Krauzer çox da etibar etmədiyi cəsus Ada Vonq ilə birlikdə Albert Wesker üçün çalışmaqdadır — onların ortaq məqsədi Las Plaqas nümunəsini əldə etməkdir.[24] Krauzerin doğruluğundan şübhələnən Saddler ondan Leonu öldürməsini istəyir.[25] Leon baş verən qarşıdurmada Krauzeri məğlub edir və sonra Eşlini xilas etmək üçün hərəkətə keçir. İkisi Las Plaqas-ı bədənlərindən xüsusi radioterapevtik cihaz vasitəsilə çıxarırlar. Oyunun sonuna az qalmış Leon Saddler ilə qarşı-qarşıya gəlir və onu Adanın köməyilə öldürməyə nail olur. Hər nə qədər çiyin-çiyinə vuruşsalar da, Ada gözlənilmədən Leonu silahla hədələyərək ondan nümunəni verməsini tələb edir. O, istədiyinə sahib olduqdan sonra vertolyota minib çıxıb gedir. Tərk edilmiş Leon və Eşli isə alova bürünən adadan jetski vasitəsilə qurtulur.[26][27]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 redump.org (ing.). Europe.
- ↑ 1 2 3 4 5 6 Steam. 2003.
- ↑ Kayser D. Official RE4 Release Date (ing.): When will the latest Resident Evil hit store shelves? Find out inside.... // Gamers.com 2004.
- ↑ Internet Game Database (ing.). 2012.
- ↑ McWhertor, Michael. "Resident Evil 4 remake announced, coming March 2023". Polygon (ingilis). 2022-06-02. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- ↑ Stanescu, Alexandru. "Resident Evil 4". Softpedia. February 1, 2007. October 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2011.
The camera problems have been finally solved thanks to a very useful over-the-shoulder and behind the player camera that makes the whole aiming process really easy.
- ↑ "Resident Evil 4 – Gamecube Preview at IGN". IGN. mart 17, 2004. səh. 2. mart 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2011.
- ↑ "Resident Evil 4 Secrets Revealed". IGN. mart 23, 2004. səh. 1. mart 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 3, 2011.
- ↑ Mackenzie Cummings-Grady. "The 9 Best Moments in "Resident Evil 4"". PopDust. January 11, 2021. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2021.
- ↑ Mike, Major. "Feature: Resident Evil 4 – Weapons of Mass Destruction Guide". GamePro. October 5, 2005. June 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2011.
- ↑ Stratton, Stephen. Weapons and Items // Resident Evil 4 (Wii version): Prima Official Game Guide. Prima Games. 2007. ISBN 978-0-7615-5701-2.
- ↑ "Resident Evil 4: Separate Ways". IGN. September 26, 2005. October 15, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
- ↑ Williams, Bryn. "Previews: Resident Evil 4". GameSpy. September 26, 2005. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
- ↑ Drake, Audrey. "Resident Evil 4 HD Review – PlayStation 3 Review at IGN". IGN. September 21, 2011. June 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2011.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: It was right before I was to take on my duties of protecting the President's daughter when she was abducted. That's the ultimate reason I'm in this lonely and rural part of Europe. According to our intelligence, there's reliable information of a sighting of a girl that looks very similar to the President's daughter. Apparently, she's being withheld by some unidentified group of people. Who would have thought my first job would be a rescue mission?
- ↑ Pham, Alex. "Racism in Resident Evil 5? Capcom, two black actors respond". LA Times. 2009-02-12. 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ Schedeen, Jesse. "Resident Evil: The Many Looks of the Infected". IGN. February 26, 2009. səh. 7. April 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2011.
- ↑ 1 2 Capcom Production. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: We decided to lay low in a castle, but it looks like it was a bad move. / Hunnigan: Meaning? / Leon: Well it appears that this castle's also connected with the Los Iluminados. They must not get many visitors cuz they're giving me one hell of a welcome. / ... / Saddler: Oh, I believe I forgot to tell you that we gave you the same gift. / Leon: (When I was unconscious.)
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: Calm down. Everything's going to be just fine. My name's Leon, I'm under the President's order to rescue you. / Ashley: What? My father? / Leon: That's right, and have to get you out of here. Come with me.
- ↑ Capcom Production. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Saddler: If you must know, my name is Osmund Saddler, the master of this fine...religious community. / Leon: What do you want? / Saddler: To demonstrate to the whole world, our astounding power, of course. No longer will the United States think they can police the world forever. So we kidnapped the President's daughter, in order to give her our power, and then send her back.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
'Saddler: Now that I have the sample, you serve me no purpose. / Leon: Saddler! / Saddler: My boy Salazar will make sure you follow the same fate. / Leon: Stay with me, Luis. / Sera: I am a researcher...hired by Saddler. He found out what I was up to. / Leon: Don't talk. / Sera: Here. It should suppress the growth of the parasite. The sample...Saddler took it. You have to get it back.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: You, working with Wesker. / Ada: I see you've been doing your homework.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Krauser: I died in the crash two years ago. Is that what they told you? / Leon: You're the one who kidnapped Ashley! / Krauser: You catch on quick. That's expected. After all, both you and I know where we come from. / Leon: What do you want? / Krauser: Hmph. The sample Saddler developed, that's all.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Krauser: Saddler's got it. It seems he's sniffed out our little game. / Ada: Perfect. / Krauser: Just so we understand each other clearly, I don't trust you. Nor does Wesker. If you try to do anything clever, I will kill you. / Ada: Is that so? You know, I met Wesker long before you.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: Wha? What are you talking about? I thought he was with you. / Saddler: What are you talking about? Did you really think I'd trust an American? To tell you the truth, I was contemplating how to get rid of him. But thanks to you, that's no longer necessary. / Leon:You were just using him right from the start.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Ada: Sorry, Leon. Hand it over. / Leon: Ada, you do know what this is.
- ↑ Capcom Production Studio 4. Resident Evil 4. PlayStation 2. Capcom. October 25, 2005.
Leon: We have to get off this island now! It's gonna blow any minute.
Xarici keçidlər
redaktə- Official website at the Wayback Machine (archived 2010-03-31)