Qaralama Qehreman Suleymanli - Wikipedia
Aşıq Qəhrəman Süleymanlı | |
---|---|
Qəhrəman Omar oğlu Süleymanov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraqala (Loru) |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Çörük Qəmərli, Qoçulu (Borçalı) |
Dəfn yeri | Qoçulu (Borçalı) |
Vətəndaşlığı |
SSRİ→ Gürcüstan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı |
Möminə Qəzənfər Bəylər Hilal Xanlar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi, şair, aşıq |
Janr | Folklor |
Musiqi aləti | Saz |
Mükafatları |
Qəhrəman Omar oğlu Süleymanov - 1925-2004 Qaraqala (Loru) - Qoçulu (Borçalı) Şair, Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan ustad aşığı.
Həyatı
redaktəSüleymanovlar ailəsi - Hümbət, İsabala, Omar və Osman - Alisgəndər oğulları Ambarovka kəndində doğulur. Gənc yaşlarında İsabala həmkəndlisi ağa oğlunu öldürdüyünə görə həbs olunur. Tiflis qalasında həbs müddətini tez başa vuran İsabala həbsdən çıxdıqdan sonra vəfat edir. Bir müddət keçir və ailə vəfat edən İsabalanın nişanlısı olan Gülbahar xanımı Omar Süleymanovla evləndirir və öz qışlaqları olan Dağ Borçalı mahalının Qaraqala (Loru) kəndinə daimi olaraq köçürlər. 1925-ci ildə Dağ Borçalı mahalının Qaraqala (Loru) kəndində Omar Süleymanov və Gülbahar Süleymanovanın ilk övladı - Qəhrəman Süleymanlı doğulur. İbtidai təhsilinin bir hissəsini orada alır. 1937-ci ildə Omar Süleymanov Dağ Borçalıda bir rus əsgərini güllələyir və həbs olunur. Ailəsi isə Qazaxıstana sürgünə göndərilir. Qəhrəman Süleymanlı ibtidai təhsilinin davamını Qazaxıstanda ərəb dilində aldıqdan sonra yenidən Ambarovka kəndinə qayıdırlar. Qəhrəman Süleymanlı Qarayazı (Gürcüstan) rayonunun Nəzərli (Qardabani) kəndində, əmisigilin yanında yaşayaraq 7 illik orta təhsilini orada bitirib yenidən ailəsinin yanına Ambarovka kəndinə qayıdır.[1] 17 yaşı tamam olanda, 1942-ci ildə Böyük Vətən müharibəsinə çağırılır. 15.12.1943-cü ildə müharibədə ağır yaralanan şair bir müddət Bakıda müalicə alır. Müharibədə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur[2][3][4]. Müalicə sonrası, 1941-ci ildə həbsdən müharibəyə getmiş və 1945-ci ildə müharibədən salamat qayıtmış atası Süleymanov Omarın yanına qayıdır. Bir müddət sonra Türkiyədə yaşan əmisi Səməd ağanın qızıllarını oğurlayan Yezidi Kürdü Qərbi Azərbaycanda qətlə yetirən Osman və qardaşı Omar həbs olunurlar. Ailələri isə yenidən Qazaxıstana sürgünə göndərilir. Sürgündən qayıtdıqdan sonra Çörük Qəmərli rayonunun Qoçulu (Borçalı) kəndinə köçmüşlər. Qəhrəman Süleymanlı orada Cücəkəndli Sabirə xanımla evlənir. 1951-ci ildə Süleymanov Omar Qoçulu (Borçalı) kəndinin kolxoz sədrini vurduğuna görə yenidən həbs olunur. Ailəsi və oğlu - Qəhrəman Süleymanlının ailəsi - Qazaxıstana yenidən sürgün olunurlar. Qəhrəman Süleymanlının ilk uşağı Qazaxıstanda doğulur.[5]
1953-cü ildə İosif Stalin vəfat edir və sürgündə olanlar vətənlərinə dönə bilir. Yenidən Qoçulu (Borçalı) kəndinə qayıdan Süleymanovlar ailəsi də, tam olaraq kənddə yerləşirlər. Bir müddət sonra Süleymanov Omar da həbsdən çıxıb ailəsinin yanına qayıdır və vəfat edənəcən Qoçulu (Borçalı) kəndində yaşayır. Qəbiri kənd qəbiristanlığındadır.[6] Qəhrəman Süleymanlı isə kənddə Kantorda baş mühasib vəzifəsinə işə düzəlib işləyir. Sonralar Çörük Qəmərli rayonunda baş mühasib, bundan başqa Qızılhacılı (Marneuli) kəndində, Marneuli rayonunda və bir neçə rayonda müxtəlif qurumlarda baş mühasib işləmişdir.[7]
Yaradıcılığı
redaktə1950-ci illərdən başlayaraq şeir yazmağa başlayan Qəhrəman Süleymanlı eyni zamanda aşıqlıq sənəti ilə yaxından maraqlanıb, aşıqlıq elmini dərindən mənimsəmişdir. Aşıq Hüseyn Saraçlı, Əhməd Sadaxlı, Aşıq Kamandar, Dünyamalı Kərəm, Faxralı şair İsmayıl, Aşıq Ədalət, Sarvan Bayram və s. aşıqlarla çox yaxın dostluq münasibətində olmuşdur. Dövrün bir çox qəzetlərində şeirləri çap olunan Qəhrəman Süleymanlı eyni zamanda dövrünün radio yayımlarında ifaları səsləndirilmişdir.[8]
Borçalının və Qoçulu kəndinin şairləri, aşıqları və ağsaqqalları sırasına adını yazdıran sənətkarın əvəzsiz xidmətləri olmuşdur. Ustad sənətkar kimi tanınmış, bir çox şagird yetişdirib öyrətmişdir.[9][10]
Bundan başqa Qəhrəman Süleymanlı Tarix, Fəlsəfə, Riyaziyyat və Ədəbiyyatla dərindən maraqlanmış, Rus dili, Gürcü dili, Erməni dili və Ərəb dilində səlis oxuyub yazmağı, danışmağı bacarmışdır. Dini savadı çox güclü olub, gəncliyindən qatı dindar olmuşdur. Azərbaycan Xalq Dastanlarını dərindən öyrənən şairin əlyazmalarından və bildiklərindən bir çox yazıçı və jurnalistlər bəhrələnmiş, qəzetlərdə və ya kitablarda istinadlar vermişlər.[11]
Vəfatı
redaktəUstad aşıq 2004-cü ildə vəfat etmişdir. Məzarı Qoçulu qəbristanlığındadır.
Şəcərəsi
redaktəAlı - (Ləqəbi Dik Alı)
Süleyman - (Ləqəbi Qonur Süleyman)
Alisgəndər
Omar
Qəhrəman
İstinadlar
redaktə- ↑ "1923-1931 - Qəhrəman Süleymanov Qarayazıya döndükdən sonra burada yeddi illik məktəbi bitirib". enene.musigi-dunya.az.
- ↑ "1-ci dərəcəli "Vətən müharibəsi" ordeni". 1418museum.ru (rus).
- ↑ "Юбилейная награда Кахрамана Сулейманова". poisk.re (rus).
- ↑ "Сведения о личном составе Сулейманов Караман Омар оглы". pamyat-naroda.ru (rus).
- ↑ "Aşıq sənəti dünən və bu gün - (Dağ Borçalıda anadan olan Qəhrəman Ömər oğlu Süleymanov isə repressiya ilə iki dəfə üzləşib)". Medeniyyet.az.
- ↑ "Gürcistan Azerileri". www.academia.edu (türk).
- ↑ "QOÇULU - Qədim Bağ Borçalısı Qəhrəman Süleymanov". Zim.az.
- ↑ "Ozan-aşıq ensiklopediyası - ISBN: 978-8020-1944-5-1". Ebooks.az.
- ↑ "Azerbaycan Edebiyatının Borçalı Kolu". www.academia.edu (türk).
- ↑ "Известные уроженцы - Поэты - Гахраман Сулейманов". http://wiki-org.ru/ (rus).
- ↑ "Ozan Aşıq Dünyası (Haqqa Qovuşan Aşıqlarımız)" (PDF). Anl.az.