Qara Qoz - Wikipedia
Qara qoz (lat. Juglans nigra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin qoz cinsinə aid bitki növü.
Qara qoz | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qara qoz |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəVətəni Şimali Amerikadır.
Botaniki təsviri
redaktəHündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır. Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır, ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır. Yarpaqları təklələkvari, 7-12 cüt ovalşəkilli–neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcığın alt üzü seyrək tükcüklü, üstdən çılpaqdır. Bəzən təpə yarpaqcığı zəif inkişaf edir və tez düşür. Erkəkcikli sırğaların uzunluğu 6-15 sm-dir. Dişicikli çiçəklərin 3-5-i bir yerdə yerləşir. Meyvəsinin diametri 6 sm, kürəvaridir. Meyvəyanlığı açılmır, quruyub meyvəyə yapışır. Qabığı çətin sınandır. Toxumla, qələmlərlə çoxaldılır. Aprel-may aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.
Ekologiyası
redaktəTez böyüyən, şaxtaya və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar ağacdır.
Azərbaycanda yayılması
redaktəMədəni şəraitdə Lənkəranda, Gəncədə, Dağlıq Qarabağda, Zaqatalada, Abşeronda az-az hallarda tək-tək və ya kiçik qruplarda rast gəlinir.
İstifadəsi
redaktəTək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Gözəl çətirli, iri, dekorativ ağacdır. Mebel istehsalında istifadə olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Wallia nigra (L.) Alef.
Heterotipik sinonimləri
redaktə- Juglans nigra f. laciniata Rehder
- Juglans nigra f. oblonga (Marshall) Fernald
- Juglans nigra oblonga Marshall
- Juglans pitteursii C.Morren
- Juglans rugosa Dode
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.