Qan Dovrani - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur. Bu mərhələdə qan yenidən oksigenini itirib, al-qırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir[1]. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır.
Qan dövranı | |
---|---|
| |
Latınca | Systema cardiovasculare |
Qrey | subyekt 250 1197 |
Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarları yoludur. Qan orqanizmdə öz hərəkətini böyük və kiçik qan dovranı ilə başa çatdırır. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır.[2] Kiçik qan dövranı isə sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında bitir. Qanın damarlarda hərəkəti müxtəlifdir. Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80–85 mm-ə, arteriyalarda 30–35 mm-ə, kapilyarlarda isə 10–15 mm-ə bərabər olur. Hər dəfə ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. Bu zaman aorta və arteriyaların divarları ritmik rəqsi hərəkət edir ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir yığılmasına uyğundur və onu arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boyun yanlarında və s.) müşahidə etmək olar. Qanın damarlarda hərəkət surəti nəbz dalğalarının hərəkət surətinə uyğun gəlmir. Əgər aortada qanın hərəkət sürəti 0,3–0,5 m/saniyəyə bərabərdirsə, nəbz dalğalarının surəti iri aortada 6–9,5 m/saniyəyə çatır.[3]
Qan dövranının dayandığı an, oksigenin ağciyərlərdən hüceyrəyə daşınması da dayanmış olur. Qan dövranının pozulması qan və qırmızı qan hüceyrəsi itkisi (qanaxma, ciddi qansızlıq), qan damarlarının uyğunlaşmazlığı və ya tıxanması halında (şok), ürəyin qanı qovma gücünün dayanması və ya qeyri-kafiliyi (ürək dayanması) kimi hallar buna misal ola bilər. Qan dövranının pozğunluqları bir neçə dəqiqədə insana ölüm gətirə bilər. Bədəndə qan dövranının normal işləməməsinin ilk əlamətləri baş gicəllənmələri, çətin görmə, unutqanlıq kimi əlamətlər sayılır. Xüsusilə xəstənin ayaqda olduğu zamanda bu proses daha gözə çarpır. Çünki qan, öz ağırlığı ilə yerin cazibə qüvvəsi üzündən beyindən uzaqlaşır. Bu səbəblə xəstəni dərhal kürək üstə yerə yatırtmaq, aşağı ətraflara bir qədər yuxarı vəziyyət verməklə beyninin yenidən qanla təchizatını təmin etmək lazımdır.
Tarixi
redaktəUilyam Harvey qan dövranının və ürəyin funksiyasının ilk dəfə izahını verən məşhur ingilis həkimidir.[4] Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" (lat. Exercitatio anatomica de motu cordis et sanguinis in animalibus) adlı kitabı haqlı olaraq fiziologiya tarixində ən lazımlı kitab sayılır. Harvey bu kitabı düz 13 ilə işləmişdir.[5] Hazırda bizim malik olduğumuz qan dövranı haqqında sadə və aydın təsəvvürümüzə görə Harveyin nəzəriyyəsinə borcluyuq. Belə ki, bizə belə adi görünən məlumatlar Harveyə qədərki bioloqlara aydın deyildir. Onların ürək və qan damarları haqqında təsəvvürləri tam başqa idi: 1) Aristotel və Qalen nəzəriyyələrinə görə qida qaraciyərdə qana çevrilir və venalar vasitəsilə orqanlara daşınır; 2) ürək qanı qızdırır; 3) arteriyalar hava ilə doludur; 4) ürək həyat ruhu istehsal edir; 5) arteriya və venalar qanla dolub boşalaraq bir dəfə ürək istiqamətinə, ikinci dəfə isə əks istaqamətdə hərəkətdə olur. Məşhur həkim Qalen coxlu sayda meyitlərin yarılmasında şəxsən iştirakına baxmayaraq heç təsəvvürünə də gətirə bilmirdi ki, qan cərəyan edir. Bunu heç biologiya ilə dərindən maraqlanmış Arximed də təsəvvür edə bilmirdi. Hətta Harveyin kitabı işıq üzü görəndən sonra da bir çox alimlər, həkimlər onun bu ideyasına şübhə ilə yanaşırdılar və inana bilmirdilər ki, qan insan bədənində daim qapalı sistemdə cərəyan edir və ürək bu cərəyanı enerji ilə təmin edir.[3][6][7]
Harvey ilk dəfə olaraq qanın cərəyanını sadə riyazi hesablama ilə izah etmişdir. O göstərirdi ki ürək hər vurğusunda 2 unsiya qan vurur. Nəzərə alsaq ki hər dəqiqədə ürək 72 dəfə vurur onda nəticə etibarilə hər saatda ürək 540 funt qanı aortaya vurur. Bu ədəd insanın öz çəkisindən və malik olduğu qanın kütləsindən qat-qat çoxdur. Bununla Harvey gösərirdi ki, eyni həcmli qan daim ürək vasitəsilə cərəyan edir. O bu qənaətə 10 il ərzində apardığı eksperimentlərin və davamlı müşahidələrin sayəsində gəlmişdir. Harvey öz kitabında aydın şəkildə göstərirdi ki, arteriya vasitəsilə qan ürəkdən çıxır və venalar vasitəsilə ürəyə qayıdır.[8][9][10]
Harveyin "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" kitabı 1628-ci ildə dərc edilmişdir. Məşhur italyan həkimi və bioloqu Marçello Malpigi məhz həmin ildə anadan olmuşdur. Malpigi Harveyin dərc etdiyi "Heyvanlarda ürəyin və qanın hərəkətinin anatomik tədqiqatı" kitabından 50 il sonra mikroskopun köməyi ilə ağciyər kapilyarlarını müşahidə edərək, Uilyam Harveyin izahını verə bilmədiyi vena və arteriya arasındakı əlaqənin, dalağın limfa düyünlərinin, qan cisimciklərinin, dilin dad məməciklərinin quruluşunun təsvirini vermişdir. Marçello Malpigi tərəfindən kəşf edilmiş orqan və strukturlar onun şərəfinə adlandırılmışdır. Uzun müddətdən sonra ingilis kimyaçı və botaniki Stiven Heylz (1677–1761) ilk dəfə olaraq arterial və venoz qandakı təzyiqi ölçərək insanın bədinindəki qan dövranın ilk sxemlərindən birini hazırlamışdır.[11][12][13]
Açıq qan dövranı
redaktəBu tip dövran sistemi molyusklar və buğumayaqlılar kimi onurğasızların böyük bir qisminə aiddir. Onurğasızların əksəriyyətinin bədənində sirkulyasiya edən hemolimfa adlanan maye vardır. Heyvanlar hərəkət edərkən yaranan əzələ hərəkətlərini hemolimfa təmin edir. Lakin maye axışının bir hissədən digərinə istiqamətləndirilməsi məhduddur. Ürək boşaldığında qan açıq məsamələr vasitəsilə ürəyə geri dönür. Hemolimfa bədənin içini (hemosöl) tamamilə əhatə edir və bütün hüceyrələrə sarılır. Hemolimfa su, duzlar və orqanik mürəkkəblərdən meydana gəlir. İlk oksigen daşıyıcı molekul isə hemosiyanindir. Hemosiyanində kapilyar damarlar yoxdur. Ayrıca, hemosit olaraq adlandırılan hüceyrələr vardır ki, bunlar hemolimfada müstəqil bir şəkildə sirkulyasiya edir və antropod immunitet sistemində rol alırlar. Açıq qan dövranı dərisi tikanlılarda (dəniz şabalıdı, dəniz ulduzu və s.), oynaq qıçlılarda (hörümçək, arı, ağcaqanad və s.) və yumşaq bədənli onurğasızlarda (dəniz anası və s.) rast gəlinir.
Qapalı qan dövranı
redaktəQapalı qan dövranı sisteminin ana strukturları ürək, qan və qan damarlarıdır. Bütün onurğalıların və halqalı soxulcanlar (Analıda filimi) ilə başıayaqlıların (Cephalopoda sinfi) dövran sistemləri bağlıdır; yəni qan, qan damarlarından ibarət olan sistemdən çıxmayaraq bu damarlar sisteminin içində gəzir. Qan damarları arteriya, kapilyar damar və venalardan meydana gəlir. Arteriyalar oksigenləşmiş qanı toxumlara daşıyarkən, venalar oksigenləşməmiş qanı ürəyə geri daşıyar. Qan arteriyalardan venalara kapilyar damarlar yoluyla keçər ki, kapilyar damarlar ən incə və ən çoxsaylı qan damarlarıdır. Qan damarları genişlənərək (vazodilasion) və ya daralaraq (vazokonstriksion) qanın lazımlı bölgələrə istiqamətləndirilməsini təmin edə bilər. Məsələn, sıx məşq əsnasında qan bağırsaqlardan, o anda sıx bir şəkildə qida və oksigenə ehtiyacı olan skelet əzələlərinə istiqamətləndirilə bilər.
Məməlilərin dövran sistemlərində qan bir tam dövranda ürəkdən iki dəfə keçir. "Pulmoner" dövran, yəni kiçik qan dövranı, qanı ürək ilə ağciyər arasında daşıyır; sistemik dövran, yəni böyük qan dövranı da qanı ürək ilə bədənin digər hissələri arasında daşıyır. Balıqların dövran sistemlərində isə qan bir tam dövranda ürəkdən bir dəfə keçir. Qan ürəkdən qəlsəmələrə ürək nasosu ilə vurulur və sonra bədənin qalan hissəsinə axır. Qan, qəlsəmələri tərk etdikdən sonra təzyiqi böyük nisbətdə düşür; bu səbəblə, məməlilərin dövran sisteminə nisbətlə, həyatı orqanlara qan axışı həm daha yavaş, həm də daha az təzyiqlidir. Bu tip bir dövran sistemi məməlilərə uyğun deyil, çünki bu qədər aşağı təzyiqdə böyrəklər təsirli şəkildə işləyə bilmir. Qapalı qan dövranı qanın ürək və damarlar sistemiylə işidir. Qapalı qan dövranı ilk dəfə torpaq soxulcanında tapılmışdır. Onurğalıların hamısında qapalı qan dövranı vardır. Balıqlarda ürək 2, qurbağada isə 3 kameralıdır və onların bədənlərində çirkli qan dövran edir. Sürünənlərdə ürək 3 kameralıdır və ürək qarıncığında yarım pərdə vardır. Timsahlarda pərdə tamdır, çirkli və təmiz qan "Panizza" adı verilən bir kanalda qarışır.
Onurğasızlarda qan dövranı
redaktəDaha primitiv canlılardakı dövranın tipik nümunəsi, süngərlər və Dalayıcılardakı dövrandır. Bu canlıların içində yaşadıqları su, bədən hüceyrəsindəki dəliklərdən orta boşluğa doğru çəkilər. Suyun axışı kirpikciklərin nizamlı hərəkətləriylə davam etdirilər və suyun "boşaldam dəliyi" (osculum) adı verilən dəlikdən yuxarı doğru dövranı təmin edilər. Bu cür dövran, bədən hüceyrələrinin içində üzdükləri mayenin oksigen və qida maddələrinin tükənməyəcəyi bir şəkildə yenidən dolmasını təmin edər.
Daha yüksək dərəcədə inkişaf etmiş canlılarda, yosun heyvanlarında, barama qurdlarında və təkərli-qurdlarda mayelər primitiv orta boşluq (psödosölom) içində, ümumiyyətlə, bədən hərəkətləriylə hərəkət etdirilər. Bəzi primitiv yumşaq bədənli onurğalılarda, orta boşluq, gərçək ürəyin bir ön qaralaması sayıla biləcək ürək pərdəsi boşluğu olaraq funksiya görər. Bu boşluq kanallar vasitəsilə böyrəklərə bağlıdır. Buğumayaqlıların çoxunda, dərililərdə və bir çox yumşaq bədənli onurğalılarda, hemolimfa (primitiv qan), damarların və xüsusiləşmiş bir dövran orqanı olan hemositin içinə nasosla vuran, inkişaf etmiş bir ürək vardır. Bu canlılarda hemolimfa, toxu boşluqlarına keçib, sonra genişləmiş boşluqların (sinuslar) içindən ürəyə dönür. Bu cür inkişafın son mərhələsi, Dərisitikanlılar, zəlilər, soxulcanlar, çox tüklülər və yumşaq bədənli onurğalılarda görülən qapalı dövran sistemidir. Qapalı dövran sistemlərində, daşınma mühiti, onurğasızlardakı hemolimfa kimi, tam bir bağlı dövrə meydana gətirən xüsusiləşmiş damarlarla məhduddur.
Onurğasızların ürəkləri, müxtəlif hərəkətlərlə iş görən sadə damarlardan, sıxılıcı əzələləri olan, öz boşluqları içində təzyiq yaradan gərçək ürəklərə qədər dəyişər. Onurğasızların belə, dövran sistemləri üstündə əhəmiyyətli ölçüdə bir yoxlamaları vardır; bu sistemlərdəki təzyiq və maye axışı ölçümləri, hərəkətə, ətraf istiliyinə və s. təsirlərə olduqca böyük bir uyğunlaşma olduğunu ortaya qoymaqdadır.
Onurğalılarda qan dövranı
redaktəOnurğalılar qapalı bir dövran sistemləri olmasıyla seçilirlər; bu sistemlərin ən inkişaf etmiş olanı, insanın təmsil etdiyi yüksək dərəcədə inkişaf etmiş primatlardadır. Onurğalılardakı bağlı sistemlər, strukturdan struktura əhəmiyyətli ölçüdə dəyişər; bəziləri, tək bir sistem halında birləşmiş tənəffüs orqanlarıyla və ümumi bədən toxumalarıyla təşkil edilmişdir. Digər onurğalılarda, qan ürəkdən cüt keçiş edər; birinci keçişdə qanı tənəffüs orqanlarına (qəlsəmələrə və ya ağciyərlərə), ikincisində də bədənin o biri toxumalarına daşıyar. Onurğalıların əksəriyyətində, Klorokruorinlər (dəmirli porfirinlə birləşmiş piqment), hemoeritrinlər (dəmirli, amma porfirinlə birləşməyən piqment) və ya hemosiyanın (misli bir tənəffüs piqmenti) ehtiva edən dövran mayeləri olur. Bütün bu piqmentler, dövrandakı mayenin oksigen daşıma qabiliyyətini artırar. Onurğalılarda qan, son dərəcə təsirli bir oksigen daşıma vasitəsi olan və bir zülala (qlobin) bağlı dəmir-porfirindən ibarət olan hemoqlobin ehtiva edər. Bəzi onurğasızlarda da hemoqlobin olmaqla yanaşı, bu hemoqlobin, ümumiyyətlə, dövran və ya sölom mayesində çözünmüş vəziyyətdədir. Yüksək dərəcədə inkişaf etmiş onurğasızlarda (dərisi-tikanlılar və daha yüksək inkişaf etmiş onurğasızlar) hemoqlobin, xüsusi qan hüceyrələri içində olar. Onurğalılarda isə bu cür hüceyrələr içində hemoqlobin vardır. Balıqlarda qəlsəmə olduğu halda dövran ümumi quruluşa xəbərdar edir. Yuvarlaq-ağızlılarda və kəpənəklərdə ürək, qanı qəlsəmələrə itələyər; sonra, kürək aortası vasitəsilə bədənin geri qalan hissələrinə paylayar. Bu primitiv heyvanlarda belə başlıca qan damarları üstündə nisbətən irəliləmiş bir yoxlama vardır və ürək səmərəsi, məşqin gətirdiyi ehtiyac duymalara görə nizamlanır. Bəzi primitiv onurğalılarda (Yastıqəlsəməlilər və yuvarlaq-ağızlılar) ürəyin içində, yenidən dolmasına kömək edən bir mənfi təzyiq meydana gələr. Sümüklü balıqlarda bu cür bir doluş dəstəyi yoxdur. Bəzi yuvarlaq-ağızlılarda, mayeni yarı açıq boşluqlara (sinuslar) hərəkət etdirməyə köməkçi ikinci ürəklər tapılar. İkiyaşayışlılarda və sürünənlərdə, ürək üç otaqcıqlıdır, amma axış nizamı, ürəyin iki ayrı nasos kimi təsirli funksiya görməsinə imkan verər.
k şəkildə dayanar. İnsanda qan dövranı sistemi, iki ağciyər dövranı (kiçik dövran) və böyük (sistem) qan dövranı, formasında təşkilatlanmışdır. Hər dövranın öz nasosu vardır. Hər iki nasos, tək bir orqan halında inteqrasiya olunmuşdur. Bədən toxumalarından dönən qan, aşağı boş vena və yuxarı boş vena ilə ürəyin sağ yanının üst kamerası olan sağ qulaqcığa tökülür. Bu kameranın əzələləri sıxılınca, qanı ürəyin sağ yanının böyük nasos kamerası olan sağ mədəciyə keçməyə məcbur edər ki, bu da yığılınca, qanı ağciyər arteriyasına ötürülür. Qan buradan ağciyər arteriyasından ağciyərdəki damarlara daşınır. Bu ağciyər damarları içində qan, havadan çox incə pərdələrlə ayrılmış bir vəziyyətdədir. Burada sadə yayınma vasitəsilə oksigen qana girir, "karbon qazı" isə qandan xaric olar. Ardından bu təmizlənmiş və təzələnilmiş qan, sol qulaqcığa keçir. Sol qulaqcığdan qan, sol mədəciyə keçər. Sol mədəciyin əzələ çəpəri çox güclüdür və sıxıldığı zaman qanı olduqca böyük bir təzyiqlə, aorta adı verilən böyük arteriya vasitəsilə, böyük dövrana itələyər. Sol mədəciyin sıxılma gücləri tərəfindən aorta içində yaradılan təzyiq, qanı bədənin bütün toxumalarına, ehtiyaclarını qarşılayacaq miqdarda və aparmağa çatacaq böyüklükdədir. Aortanın, qanı bədənin dəyişik hissələrinə daşıyan bir çox qolu vardır. Bu qolların da hamısı daha kiçik qollara ayrılar; bu daha kiçik qollar da, sonunda milyonlarla kiçik qan damarı ortaya çıxacaq formasında qollara ayrılmağı davam etdirir. Dövranın ən kiçik arteriyalarına "arteriola" adı verilir.[14][15][16]
Qan dövranının olmaması
redaktəDövran sisteminə sahib olmayan canlılara nümunə olaraq İkitərəflisimmetriyalılar bölməsindən heyvan tipindən Yastı qurdlar (Platyhelminthes) nümunə kimi verilə bilər. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastilaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Bu canlının bədən boşluğunda hər hansı bir örtücü təbəqə və ya maye yoxdur. Həzm sisteminə açılan bir ağıza sahibdirlər.
İnsanda qan dövranları
redaktə- Böyük qan dövranı — bu qan dövranı ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır. Sol əyriliyindən ayrılan yuxu və körpücükaltı arteriyaları ilə baş beyni, boynu və kürək nahiyəsini qanla əhatə edir. Elə həmin nahiyədən ürəyin özünü qidalandıran tac arteriyası çıxır. Sonra isə aşağı enərək kiçik və böyük arteriyalara şaxələnməklə qarın boşluğu və kiçik çanaqdakı daxili orqanları, gövdədəki toxuma və üzvləri, eləcə də aşağı ətrafları əhatə edərək qida maddələrini, suyu, hormonları, oksigen və s. çatdırır. Toxuma və üzvlərdə maddələr və qazlar mübadiləsi getdikdən sonra qan kapilyarlardan vena damarlarına keçərək aşağı və yuxarı boş venalarla ürəyin sağ qulaqcığına daxil olur. Beləliklə, qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Karbon qazı ilə zəngin olan bu qan ürəyin sağ qulaqcığından sağ mədəciyinə tökülür ki, oradan da kiçik qan dövranı başlayır.
- Kiçik qan dövranı — bu qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyaları ilə başlayır. Ağciyər arteriyalarının belə adlanmasına baxmayaraq, özləri ilə ağciyərlərə çirkli qan, yəni karbon qazı ilə zəngin qan aparılır. Ağciyər alveollarının kapilyarlarında qaz mübadiləsi gedir. Osmos-diffuziya qanunu kapillyarlarna uyğun olaraq alveollardakı oksigen (21% olur) kapilyarlardakı (16–17%) karbon qazı alveol boşluğuna keçir. Qaz mübadiləsi başa çatdıqdan sonra oksigenlə zəngin olan ağciyər venaları (4 ədəd olur) ilə geri qayıdaraq ürəyin sol qulaqcığına tökülür. Beləliklə, qanın sağ mədəciyindən çıxıb, ağciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı deyilir.
Qanın damarlarda hərəkəti
redaktəQanın damarlarda hərəkəti Fransız alimi Jan Mari Lui Pauzeylin təklif etdiyi hidrodinamika qanununa uyğundur. Bu qanuna görə borulardakı mayenin hərəkəti oradakı mövcud təzyiqlə və mayenin hərəkətinə qarşı olan əks müqavimət qüvvəsi ilə müəyyənləşir. Bunlardan birincisinin artıb-azalması mayenin hərəkətinə analoji təsir edir, hidravlik müqavimət isə mayenin hərəkət sürətini azaldır. Bu da xüsusi düsturla hesablanır:
Burada:
- — mayenin həcmi;
- — borunun yuxarı hissəsindəki təzyiq;
- — borunun sonunda yaranan təzyiq;
- — hidravlik müqavimətdir.
Ürək
redaktəÜrək — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. Maddələr mübadiləsi fəaliyyətləri nəticəsində ibarət olan artıq məhsulların da bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-əsas tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması lazımdır. Bütün bu əməliyyatları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.[17]
Ürək-damar sistemi
redaktəÜrək-damar sistemi fəaliyyətinin tənzim olunması — İlk dəfə olaraq Veber qardaşları 1845-ci ildə tədqiqatlarla müəyyənləşdirdilər ki, uzunsov beyində yerləşən azan sinir düyününün qıcıqlandırılması ürəyin fəaliyyətinə müxtəlif cür təsir edir.[18] Azan sinir cütdür, bu sinirin sağ lifləri ürəyin sinoatriol düyününə, sol lifləri isə atrioventikulyar düyününə gəlib çatır. Sonralar müəyyənləşdirildi ki, ürəyin fəaliyyətinə azan sinirlə yanaşı, onurğa beynindən çıxan simpatik sinirlər də təsir göstərir. Azan siniri ürəyin fəaliyyətinə tormozlayıcı, simpatik sinir impulsları isə qüvvətləndirici təsir göstərir. Qan damarlarının mənfəzinin dəyişməsi simpatik sinir impulsları hesabına olur. Lakin ürəyin işi, eləcə də qan damarları mənfəzinin dəyişməsi orqan və toxumalarda oksigen və qida maddələrinə olan tələbatından asılı olaraq dəyişə bilir. Mühit dəyişmələrinə qarşı ürək-damar sisteminin qazandığı belə uyğunlaşma əlaməti bir-biri ilə qarşılıqlı surətdə fəaliyyət göstərən sinir və humoral yolla tənzim olunur. Ürək və qan damarlarının fəaliyyətinə təsir edən sinir impulsları mərkəzdən qaçan sinirlərlə üzvlərə gəlir. Hissi sinirlərin ucları hər hansı bir amilin təsirindən qıcıqlanarsa, onda reflektoru yolla ürəyin fəaliyyəti dəyişir. İsti, soyuq, iynə və qıcıqlandırıcılar mərkəzəqaçan sinirlərin reseptorlarına təsir göstərmək mərkəzi sinir sisteminə ötürülür, oradan isə azan və simpatik sinirlərlə ürəyə və damarlara çatdırılır. Ürəyin fəaliyyətini tənzim edən neyron yığımları təkcə uzunsov və onurğa beynində deyil, həm də baş beyin yarımkürələrinin qabığında, hipatalomusda və beyincikdə rast gəlinir. Ağrı hissələri ürəyin döyüntülərini artırır. Xəstələnmələr zamanı uşağa iynə vurularsa, ağxalatlı həkim gördükdə belə uşaqda şərti reflektoru yolla ürək döyünməsi artacaq. Belə hallarda idmançılarda startdan əvvəl və tələbələrdə imtahandan qabaq təsadüf olunur.[19]
Azan sinirlər mərkəzi simpatik sinirlərdən fərqli olaraq daimi oyanıqlıq vəziyyətində olur. Oyanıqlıq vəziyyəti böyrəküstü vəzin ifraz etdiyi adrenalin hormonunun və qanın tərkibindıki kalsium ionlarının təsiri ilə saxlanılır. Ürək və damarların fəaliyyətinə sinirlərlə yanaşı daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar və digər duzlar da təsir göstərir. Hormonlar tənzimdə xüsusi yeri böyrəküstü vəzin ifraz etdiyi adrenalin tutur. adrenalin ürək fəaliyyətini artırır, qan damarlarını daraldır. Parasimpatik sinirlərin uclarında sintez olunan asetilxolin qan damarlarının keçiriciliyini artırır, ürək fəaliyyətini isə zəiflədir. Qanda kalium ionlarının miqdarının artması ürəyə tormozlayıcı, kalsium ionları miqdarının artması isə ürək fəaliyyətinin artmasına təsir göstərir.[20][21]
Qan dövranının yaş xüsusiyyətləri
redaktəİnsan rüşeyminin 3–4 həftəliyində ürək 2 endotelial boru şəklində əmələ gəlir, sonra isə bu borular birləşərək 2 kameralı ürəyə çevrilir. İnkişafın 6-cı həftəsində qulaqcıq arakəsmə ilə sağ və sol kameralara ayrılır ki, 2 aylıqda da mədəcik 2 hissəyə bölünür. Ürəkdə gedən bu proseslər damarların defferensiyasına səbəb olur, yəni artıq bu dövrdə açciyər arteriyasını birləşdirən bir damar olur ki, buna da botal axırı deyilir. Bu axırın embrial inkişaf dövründə mühüm fizioloji əhəmiyyəti var. Körpə doğulduqdan sonra kiçik qan dövranın funksional fəallığı ilə əlaqədar olaraq botal axırı tədricən öz əhəmiyyətini itirir və nəhayət bir yaşa çatanadək tamamilə tutulur. Anabətn dövründə ürəyin sağ qulaqcığı ilə sol qulaqcığı arasında oval dəlik olur ki, bu da qanın sağ qulaqcığından sol qulaqcığına keçməsinə şərait yaradır. Həmin dövrdə ürəyin mədəcikləri nisbətən zəif inkişaf edir. Uşaq doğulduqdan sonra qulaqcıqlar arasındakı dəlik fizioloji əhəmiyyətini itirir və 5–7 aylığında tamamilə bağlanır. Embrional inkişaf dövründə ürək kütləsinin artması da maraq dogurur. Rüşeymin ümumi kütləsi 1q olduqda ürəyin kütləsi 10 mq olur, uşaq anadan olduqda isə ürəyin kütləsi 20 mq-a bərabər olur, uzunluğu 3,3 sm-ə, eni 3,2 sm-ə yaxın olur.[12][13]
Ürəyin ayrı-ayrı kameralarının postnatal inkişafı müxtəlifdir. Anadan olandan sonra birinci il qulaqcıqların böyüməsi mədəciklərin böyüməsindən üstün olur, sonra isə onlar eyni səviyyədə böyüyürlər, 10 yaşdan sonra isə mədəciklərin böyüməsi qulaqcıqların böyüməsindən daha intensiv gedir. Ürəyin kütləsi yaşla əlaqədar olaraq dəyişir. Bu göstərici uşaqlarda (0,63–0,80%), yaşlılarda (0,48–52%) nicbətən çox olur. Təzə doğulmuş oğlan uşaqlarında ürəyin kütləsi qızlara nisbətən çox olur, 12–13 yaşında, əksinə olur. 16 yaşından başlayaraq oğlanlarda ürəyin kütləsinin artımı müşahidə olunur. Rüşeym dövründə qanın və qan damarlarının inkişafı lakinar və plasentar mərhələləri keçirir. Embrionun ilkin inkişafında qan xüsusi lekunlar şəklində əmələ gəlir. İnkişafın 2-ci aylığından isə döldə plasentar qan dövranı başlayır və anadan olana qədər bu dövran dəyişmir.[22][23][24][25]
Plasentardan dölə göbək venası, döldən plasentaya isə cüt göbək arteriyası gəlir. bu damarlardan birləşərək göbək çiyəsini əmələ gətirir, o isə göbək nahiyəsindən başlayır və plasentaya qədər uzanır. Hamiləliyin axırında göbək çiyəsinin uzunluğu 50–60 sm-ə çatır. Dölün qanının oksigenlə zənginləşməsi, karbon qazından azad olması plasentada baş verir. Ancaq dölün toxumaları qanla təmin olunur.[26]
Plasentadan arterial qan göbək venası ilə dölün orqanizmə daxil olur. göbək venası qaraciyərə yaxınlaşanda 2 şaxəyə ayrılır. Bunlardan biri vena axarı şəklində aşağı baş venaya, digəri isə qapı venasına açılır. Burda arterial qan venoz qanla qarışır və qaraciyər venası vasitəsilə aşağı-boş venaya tökülür. Beləliklə aşağı boş venada ilk dəfə olaraq venoz qan arterial qanla qarışır. Aşağı boş vena vasitəsilə qarışıq qan dölün ürəyinin sağ qulaqcığına həm də yuxarı baş vena ilə venoz qan gəlir və qan 2-ci dəfə qeyri-bərabər qarışır. Nisbətən arterial qan sağ qulaqcıqdan sol qulaqcığa oval dəliklə daxil olur, sonra mədəciyə tökülür, ordan isə ortaya vurulur.[27][28]
Sağ qulaqcıqdakı çirkli venoz qan ürəyin qığılması nəticəsində sağ mədəciyə, ordan isə ağciyər arteriyalarına qovulur. Qeyd etməliyik ki, ağciyərə qanın çoz cüzi hissəsi gedir və 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına qayıdır. Ağciyərlər embrional inkişaf dövründə fəaliyyət göstərmir. Dölün ağciyər arteriyası enli arterial axarla (botal axarı) aorta ilə birləşmişdir. Sağ mədəcikdən vurulan qanın əsas kütləsi həmin axarla böyük qan dövranına vurulur ki, orda da qan 3-cü dəfə qarışır. Qarışıq qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılaraq qida maddələrini və oksigeni verir, karbon qazı və maddələr mübadiləsinin artıq məhsulları ilə zəngin qan isə göbək arteriyası ilə plasentaya qayıdır. Göründüyü kimi hər 2 mədəcik qanı böyük qan dövranına vurur. Arterial qan ancaq göbək venası və vena axarı ilə axır. Dölün bütün arteriyalarında isə qarışıq qan axır. Uşaq dünyaya gəldiyi andan başlayaraq plasentar qan dövranı dayanır, göbək çiyəsinin kəsilməsi ana ilə dölarasındakı əlaqəni pozur. İlk qan ağciyər açılır, qan ağciyər arteriyası ilə həmin yerə vurulur.[29][30]
Maraqlı faktlar
redaktə- İstiqanlı heyvanlarla soyuqqanlı heyvanların qan dövranlarında fərq ondadir ki, birincilərin ürəyi dörd kameradan ibarət olduğu üçün venoz qan ilə arterial qan bir-birinə qovuşmur. Soyuqqanlı heyvanların ürəkləri iki (balıqlarda) və üç kameralı (suda-quruda yaşayanlarda) olduğuna görə burada venoz qan ilə arterial qan bi-birinə qovuşur.
- Timsahların ürəkləri dörd kameradan ibarət olmağına baxmayaraq onlar da soyuqqanlı heyvanlara aiddirlər. Səbəb qulaqcıqlararası çəpərdəki oval pəncərənin və aorta qövsü ilə ağciyər kötüyü arasındaki Botal axacağın açıq olmasıdır.
- Anabətnindəki uşağın qan dövranı timsahın qan dövranı ilə tam oxşardır. Səbəb anabətnindəki uşağın ürəyinin, qulaqcıqlararası çəpərindəki oval pəncərənin və aorta qövsü ilə ağciyər kötüyü arasındaki Botal axacağın açıq olmasıdır.
- Qalen iddia edirdi ki, ürək özü qanı istehsal edir. Ancaq 1616-cı ildə Uilyam Xarvisinin qan dövranı sisteminin açılışı göstərdi ki, orqanizmdə qanın məhdudlaşdırılmış miqdarı mövcuddur və o bədəndə dövran edir.[31][32]
- Klarnet dinləmək qan dövranını tənzimləyir.[33]
Həmçinin bax
redaktəMənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
Ədəbiyyat
redaktə- Кровообращение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Лищук В. А. Математическая теория кровообращения. — 1991.
- И. П. Павлов "Лекции по физиологии кровообращения 1912–1913 г.г.". "Познавательная книга плюс", 2002.
- Neil A. Campbell, Jane B. Reece: Biologie. 6. aktualisierte Auflage. Pearson Studium, München u. a. 2006, ISBN 3-8273-7180-5.
- Uwe Gille: Herz-Kreislauf- und Abwehrsystem, Angiologia. In: Franz-Viktor Salomon u. a. (Hrsg.): Anatomie für die Tiermedizin. 2. überarbeitete und erweiterte Auflage. Enke-Verlag, Stuttgart 2008, ISBN 978-3-8304-1075-1, S. 404–463.
- J. R. Levick: Physiologie des Herz-Kreislauf-Systems. Barth Heidelberg u. a. 1998, ISBN 3-8252-8129-9 (UTB 8129).
- Stefan Silbernagl, Agamemnon Despopoulos: Taschenatlas der Physiologie. Thieme, Stuttgart 2003, ISBN 3-13-567706-0.
- Ganong, William F.: Az orvosi élettan alapjai (Medicina Kiadó 1990) ISBN 963-241-783-6.
- Ormai S.: Élettan-kórélettan (Semmelweis Kiadó, 1999) ISBN 963-9214-04-3.
- Pesthy G.-Nácsa K.: Orvosi tanácsok otthonra (Reader's Digest, 1995) ISBN 963-8475-03-X.
- Szentágothai János-Réthelyi Miklós: Funkcionális anatómia (Semmelwis, Bp. 1994) ISBN 963-8154-37-3.
- Went István: Élettan (Medicina Kiadó 1962).
- Mario Mattioli, La scoperta della circolazione del sangue, Edizione Scientifiche Italiane, Napoli 1972.
- Ganong, Fisiologia medica, Piccin Nuova Libraria, Padova 2006, ISBN 88-299-1782-6.
- Уиггерс К., Динамика кровообращения, пер. с англ., М., 1957.
- Савицкий Н. Н., Биофизические основы кровообращения и клинические методы изучения гемодинамики, 2 изд., Л., 1963.
- Хаютин В. М., Сосудо-двигательные рефлексы, М., 1964.
- Парин В. В., Меерсон Ф. З., Очерки клинической физиологии кровообращения, 2 изд., М., 1965;
- Гаитон А., Физиология кровообращения. Минутный объем сердца и его регуляция, пер. с англ., М., 1969;
- Адольф Э., Развитие физиологических регуляций, пер. с англ., М., 1971
- Г. М. Чайченко, В. О. Цибенко, В. Д. Сокур. Фізіологія людини і тварин. Київ. 1998.
İstinadlar
redaktə- ↑ "Human Physiology: From Cells to Systems, by Lauralee Sherwood". 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ "İnsanda qan dövranının əhəmiyyəti". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ 1 2 "Anatomy - History of anatomy". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ Bəzi alimlər hesab edirlər ki, ingilis həkimi və botaniki Uilyam Harveydən öncə qan dövranını XVI əsrdə yaşamış italyan həkimi və botaniki Andrea Çezalpino izah etmişdir. Ərəb alimləri isə qan dövranının 1242-ci ildə məhz İran alimi İbn Nəfis tərəfindən kəşf edildiyini iddia edirlər
- ↑ François Boustani, La Circulation du sang: entre Orient et Occident : l’histoire d’une découverte, Philippe Rey, 2007.
- ↑ 2011-ci il. "Həqiqət üçün sevgi", "Navarra Universiteti" illüstrasiya
- ↑ Michael Servetus Research Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine Study with graphical proof on the Manuscript of Paris and many other manuscripts and new works by Servetus
- ↑ "The Circulatory System, a comprehensive overview". 2011-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ "The InVision Guide to a Healthy Heart - An interactive website". 2012-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ "Iskandar, Albert Z., "Comprehensive Book on the Art of Medicine by Ibn al-Nafis"". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ Biología: la vida en la tierra Escrito por Gerald Audesirk, Teresa Audesirk, Bruce E. Byerspag, p. 550.
- ↑ 1 2 "Cardiovascular Topics". 2006-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ 1 2 "Studies on Hemodynamics and Coronary Circulation". 2006-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ "Böyük qan dövranı". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ "Kollateral qan dövranı haqqında. Anastamoz". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ "Aşağı ətrafda qan dövranı". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ Reiber C. L. & McGaw I. J. (2009). "A Review of the "Open" and "Closed" Circulatory Systems: New Terminology for Complex Invertebrate Circulatory Systems in Light of Current Findings".
- ↑ Michael Kent, Advanced Biology, Oxford University Press, 2000. — The Cardiovascular System, s. 119
- ↑ Peter E. Pormann and E. Savage Smith, Medieval Islamic medicine Georgetown University, Washington DC, 2007, p. 48.
- ↑ "İnsanda qan dövranı ürəyin işləməsi və ayağın hərəkət etməsinə lazımdır". 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ "İnsan qan dövranının çatışmamaası". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ KARDONG, Kenneth V. Vertebrates: Comparative Anatomy, Function, Evolution. 5. vyd. [s.l.] : The McGraw−Hill Companies, 2009.
- ↑ LINZEY, Donald W., et al. Vertebrate Biology. [s.l.] : The McGraw−Hill Companies, 2003.
- ↑ SADLER, Thomas W.. Langman's Medical Embryology. [s.l.] : Lippincott Williams & Wilkins, 2009. S. 73.
- ↑ "Insuficiència Cardíaca - Fundació espanyola del cor". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ Bailey, Regina. "Circulatory System". 2012-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ The Circulatory System Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine, a comprehensive overview
- ↑ The InVision Guide to a Healthy Heart Arxivləşdirilib 2012-01-12 at the Wayback Machine An interactive website
- ↑ "Texas Ürək İstitutu". 2014-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-22.
- ↑ "Michael Servetus Research". 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
- ↑ "Ürək haqqında maraqlı faktlar". 2013-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-28.
- ↑ "Ürək haqqında maraqlı faktlar Big.az". 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-28.
- ↑ "Musiqi haqqında maraqlı faktlar". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-28.
Xarici keçidlər
redaktə- Klavdi Qalen University of Virginia
- Uilyam Harvey www.peoples.ru
- Vücudumuzdaki Sistemler Arxivləşdirilib 2009-07-11 at the Wayback Machine
- İnteraktif İnsan Dolaşım Sistemi Matematik Modelleri Arxivləşdirilib 2007-10-29 at the Wayback Machine
- Hülya Zeytinoğlu, Canlılarda Dolaşım ve Dolaşım Sistemi, Ünite 7, Anadolu Üniversitesi Açıköğretim Fakültesi. (PDF) Arxivləşdirilib 2006-05-04 at the Wayback Machine
- aof.edu.tr — Dolaşım Sistemi Fizyolojisi, Ünite 6 (PDF) Arxivləşdirilib 2006-04-12 at the Wayback Machine
- Kalp ve damar hastalıkları üzerine genel bilgi Arxivləşdirilib 2007-04-05 at the Wayback Machine
- The Circulatory System Article
- The Circulatory System Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine
- NCP Cardiovascular Medicine
- Cardiovascular Pedagogical Simulation
- Michael Servetus Research Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine
- American Medical Association Encyclopedia — The Circulatory System Arxivləşdirilib 2005-04-18 at the Wayback Machine
- Ohio Heart and Vascular Center — pictures
- Gefaess-Medizin.de: Kreislauf des Blutes Arxivləşdirilib 2016-02-13 at the Wayback Machine
- Vergleich der verschiedenen Blutkreisläufe der Wirbeltiere Arxivləşdirilib 2008-06-12 at the Wayback Machine
- Bebilderte medizinische Terminologie des Herz-Kreislaufsystems Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (pdf, Uni Greifswald 2010, siehe Seite 45–60)