Qafqaz Muselmanlari Seyxulislamlarinin Siyahisi - Wikipedia
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur.
1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar.[1]
Şeyxülislamlar
redaktəStruktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır:
- Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846);
- Axund Fazil İrəvani (1847–1872);
- Axund Əhməd Hüseynzadə (1873–1884);
- Axund Həsən Tahirzadə (1885–1894);
- Axund Əbdüssəlam Axundzadə (1895–1907);
- Məhəmməd Mövlazadə (1908–1909)
- Axund Məhəmməd Pişnamazzadə (1909–1918);
- Axund Ağa Əlizadə (1918–1920);
- 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır;
- Axund Ağa Əlizadə (1944–1952);
- Axund Mövsüm Həkimzadə (1952–1956);
- 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır;
- Axund Əliağa Süleymanzadə (1968–1976);
- 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır;
- Axund Mirzəqəzənfər İbrahimov (1978–1980);
- Hacı Allahşükür Paşazadə (1980 — bu günədək).
Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Mənbə
redaktə- ↑ "Arxivlənmiş surət". 2006-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.