Qafqaz Esmesi - Wikipedia
Qafqaz əsməsi (lat. Anemone caucasica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Qafqaz əsməsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz əsməsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 3–10 sm, gövdəsinin əsası yarpaqsız və ya 1–2 ədəd yarpaqlı, diametri 5–13 mm olan yumurtaşəkilli və yaxud dəyirmi kök yumrularından ibarət çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun saplaq üzərində yerləşmiş, üçər-yarıya bölünmüş, seqmentləri 2–3 ədəd olub, mişarvari kəsilmişdişlidir, yuxarı tərəfdə çılpaq və ya az tükcüklüdür. Çiçəkləri təkdir, qısa-tükcüklü, (meyvə verəndə əyilmiş) çiçək oxunda toplanmışdır. Çiçəkyanlığının yarpaqcıqları 8–10 sayda olub, uzunluğu 7–15 mm-dir, xətvari-uzunsovdur, göy və ya mavi rənglidir, üst tərəfdən çılpaqdır. Meyvələri tüklüdür və qısa əyilmiş sütuncuqludur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.-dağ.. Orta və yuxarı dağ qurşaqlarında.
Yaşayış mühiti
redaktəMeşələrdə, kolluqlarda, meşə ətrafında, dağ çəmənliklərində rast gəlinir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Anemonoides caucasica (Willd. ex Rupr.) Holub
Heterotipik sinonimləri
redaktə- Anemone apennina var. parvula DC. in Prodr. 1: 19 (1824)
- Anemone blanda var. parvula (DC.) Boiss.