Qabaqtepe Dagi Sahbuz - Wikipedia
Qabaqtəpə_dağı_(Şahbuz) - Haqqında Məlumat
Qabaqtəpə — Şahbuz rayonu ərazisində dağ (hünd. 2175,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Badamlı kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən və cənub-qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.[1]
Qabaqtəpə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2175,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.