Qenber Semsiroglu - Wikipedia
Qənbər Şəmşiroğlu (tam adı:Qurbanov Qənbər Şəmşir oğlu; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı.[1]
Qənbər Şəmşiroğlu | |
---|---|
Qurbanov Qənbər Şəmşir oğlu | |
Doğum adı | Qənbər |
Təxəllüsü | Şəmşiroğlu |
Doğum tarixi | 16 noyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 2021 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nəzakət |
Uşaqları | Cavid, Vüqar, İlqar, Şəhriyar, |
Atası | Aşıq Şəmşir |
Anası | Güllü Seyid Həsən qızı |
Təhsili | |
Fəaliyyəti | şair, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, hekayə, povest |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəQənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.[2]
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.[2]
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.[2]
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri[3] və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[4]
Mükafatları
redaktəQənbər Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" və "Tərəqqi" medalı ilə təltif edilib.[2]
Yaradıcılığı
redaktəQənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.
Ailəsi
redaktə- Aşıq Şəmşirin oğludur.
- Cavid Qurbanovun atasıdır.
Şəcərəsi
redaktə- Məşədi Məmmədalı
- Ağdabanlı şair Qurban
- Aşıq Şəmşir
- Qənbər Şəmşiroğlu
- Aşıq Şəmşir
- Ağdabanlı şair Qurban
Kitabları
redaktə- Dədə Şəmşir yaddaşlarda (xatirələr). Bakı: "Gənclik", 2000, 360 səh.
- Gədəbəy xatirələri. Bakı: "Gənclik", 2001, 336 səh.
- Axtarıb Şəmşiri görmək istəsən. Bakı: "Adiloğlu", 2003.
- Oğul gərək oğul olsun (şeirlər, dastanlar, hekayələr). Bakı: "Səda", 2006, 300 səh.
- Ömrün işıqlı anları. Bakı: "Nurlan", 2008.
- Dostlar unutmaz məni. Bakı: "Təknur", 2010, 392 səh.+24 səh.şəkil. 500 tiraj.
- Birdə görüşərik. Bakı: 2012[1].
- Kəlbəcər: ömrüm, həyatım. Bakı: 2012[1].
- Tale oxşarlığı. (rus dilində)[1].
- "Hələ vurur ürəyim". Bakı: "Təknur", 2013, 296 səh. 500 tiraj.
Əsərləri və məqalələri
redaktə- "Bənövşə əfsanəsi" (poema), Dünya qəzeti. 28 yanvar 2011-cu il. № 32-33, səh.4.
- "Küllərin dəfni" (sənədli hekayə), Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35,
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Anar Kəlbiyev. "Qənbər Şəmşiroğlu: "Ermənilər rusların yedəyində bizə hürürlər" (müsahibə)" (az.). modern.az. 19.11.2012, 11:21. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
- ↑ 1 2 3 4 "Ağsaqqal ziyalımız Qənbər Şəmşiroğlu 80 yaşına çatdı" (az.). modern.az. 16.11.2013, 12:09. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
- ↑ Qasımov, P. Nəsillərə nümunə: [“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri Qənbər Qurbanov haqqında] //Ədalət.- 2013.- 14 noyabr.- S. 6.
- ↑ Musayev, D. Milli-mənəvi dəyərlərimiz: Aşıq Şəmşir yadigarı //Kaspi.- 2013.- 22 noyabr.- S.15.
Ədəbiyyat
redaktə- Dəmir Gədəbəyli. "Şəmşiroğlu" (poemadan hissə), Dünya qəzeti. 25 dekabr 2009-cu il. № 30-31.
- Polad Qasımov. BƏNÖVŞƏ KOLLARIN DİBİNDƏ QALDI. Ədalət. - 2012. - 18 fevral. - Səh.17.
Xarici keçidlər
redaktə- Sultan Laçın. ""Yeri gələndə pisliyə yaxşılıqla cavab vermək lazımdır" - Qənbər Şəmşiroğlu". "Həftə içi" qəzeti (az.). hafta.az. 04.09.2014 - Saat: 15:14:00. 2014-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-09.