Qember Sadiqov - Wikipedia
Qəmbər Nəzir oğlu Sadıqov (1901–1937) — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini. Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru.[1]
Qəmbər Sadıqov | |
---|---|
Qənbər Nəzir oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri |
Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | güllələnmə |
Fəaliyyəti | tarixçi |
Ailəsi
redaktəSadıxova Qeysi Nəsir qızı ilə ailə qurmuşdu. O, 1912-ci ildə Şuşa şəhərində anadan olmuş, Bakı şəhəri Şaumyan küçəsi ev 14, mənzil 25 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zaur Qəmbər oğlu – 1932-ci il, qızı Sima Qəmbər qızı – 1934-cü il, bacısı Ənvər Nəsir qızı 30 yaş, anası Maya Şükür qızı 60 yaşında. Həyat yoldaşı Sadıqov Qəmbər Nəzir oğlu (1901) Marksizm – Leninizm İnstitutunun direktoru olmuşdur. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə əks-inqilabi trotski-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir.
Sadıqova Qeysi Nəsir qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 15 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlarının tərbiyəsi ilə baldızı Sadıxova Zəhra Nəsir qızı məşğul olmuşdur. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyanın 19 noyabr 1956-cı il qərarına əsasən Sadıqova Qeysi Nəsir qızına bəraət verilmişdir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28.