Qisaquyruq Agesme - Wikipedia
Qısaquyruq ağəsmə (lat. Clematis brevicaudata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Qısaquyruq ağəsmə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qısaquyruq ağəsmə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəTəbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir.
Botaniki təsviri
redaktəGövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür. Sütuncuğun uzunluğu 3 sm-dir.
Ekologiyası
redaktəİstiyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəRespublikamızda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəSəhiyyədə və səbətlərin hazırlanmasında, yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.