Polis Akademiyasi Azerbaycan - Wikipedia
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb.[1]
Polis Akademiyası | |
---|---|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası | |
Əvvəlki adı | Bakı Xüsusi Orta Milis Məktəbi |
Əsası qoyulub | 1921 |
Tip | Polis |
Rektor | Canpolad Daanov |
Tələbə sayı | 1325 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Şüvəlan qəsəbəsi |
Sayt | pa.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPolis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi.
1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.
Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası haqqında". www.pa.edu.az. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.