Plovdiv Hava Limani - Wikipedia
Plovdiv Hava Limanı (bolq. Летище Пловдив, Letishte Plovdiv; IATA: PDV, ICAO: LBPD) — Bolqarıstanın ən böyük ikinci şəhəri Plovdivdə yerləşən bir aeroport. Ümumiyyətlə Plovdiv-Asenovqrad əsas quru yolu üzərində, şəhərdən 12 km cənub-şərqdə yerləşən kiçik bir kənddən ilhamlanaraq Plovdiv Krumovo Aeroportu olaraq anılır. Məşhur xizək mərkəzləri Bansko və Pamporovo'nun yaxınlığında yerləşi səbəbiylə, qış mövsümündə fəaliyyət göstərir. Tıxacın əksəriyyətini Böyük Britaniya, İrlandiya və Rusiyadan gələn turistlərdən ibarətdir. Aeroport, eyni zamanda təcili vəziyyətlərdə əhəmiyyətli bir rol oynayır və bəzən təxminən 150 km və ya Trakiya şosesində 1 saat yarım məsafədəki Sofiya Aeroportunun alternativi olaraq istifadə edilməkdədir.
Plovdiv Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
42°04′05″ şm. e. 24°51′04″ ş. u.HGYO |
|||||||||||
IATA: PDV – ICAO: LBPD | |||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||
Ölkə | |||||||||||
Yeri | Krumovo, Bolqarıstan | ||||||||||
Açılış tarixi | 1981 | ||||||||||
Sahibkar | Bolqarıstan hökuməti | ||||||||||
Operator | Letishte Plovdiv EAD | ||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
604 ft / 184 m | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Statistika (2016) | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPlovdivdəki mülki aviasiyanın başlanğıcı 1928-ci ilin əvvəllərində Sofiya-Plovdiv-Yambol və Burqas arasındakı ilk sınaq uçuşu ilə başlamışdır. 1947-ci ildə Sofiya və Plovdiv arasındakı müvəqqəti vətəndaş uçuşları reallaşdırıldı.
1947-ci ilin Oktyabr ayının 2-də, Regional qəzeti Vətən Səsi, 45 günlük bir müddət içərisində 1,500 sərnişinin olduğunu və uçuşların daim vaxtında edildiyini bildirmişdi. May ayında Sofiya-Plovdiv-Burqas və Varna arasında 1948-ci ildəki nizamlı dönüş uçuşu başladı. Həmən müddətdə, Beşinci Hava Birliyinin aeroportunda quruldu və bir bilet kassası istifadəyə təqdim edilmişdir. İlk uçuş hava yolu şirkəti Balkan Bulqar Hava Yolları tərəfindən TABSO, S-2 və Li-2 adı verilən təyyarə tipləri ilə reallaşdırıldı. Yol boyunca Plodiv uçuşu edən aerodrom gündə ortalama 25 təyyarəni vəzifələndirirdi.
1962-ci ilin May ayının 2-də aeroport əməliyyatları şəhərin şimalında Qraf İqnatiyevo Aeroportuna koçmüşdür. Plovdiv'də aeroport müəssisələrinin yenidən qurulması böyük diametrdə reallaşdırıldı. Bir il sonra regional qəzet Vətən səsi Aeroport Plovdivə çatdı başlıqlı bir yazı nəşr etdi. Həmən məqalədə, Balkan Bulqar Hava Yolları tərəfindən nizamnamə səfərlərinin Berlin, Moskva, Praqa və Vyanaya qədər uzanması mövzusunda xalqa məlumat verildi. Uçuşlar IL-18, U-104 və TU-114 təyyarə növləri ilə reallaşdırıldı.
1965-ci ilin Sentyabr ayının 13-də yeni bir terminal binası açıldı və gələcək il genişlənən bir asfalt, qış mövsümüdəki tıxac üçün vaxtında istifadə edildi.
Aeroportun şimal-qərb ətrafındakı yeni mövqedə olan bu ilk illərdə, hava limanı əsas olaraq IL-14 təyyarələriylə Burqas, Varna, Tarqovişte, Ruse, Sofiya və Qorna Oryahovitsa'ya daxili sərnişin uçuşları planlaşdırdı.
1970-ci illərdə aeroport əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı və hava yolu yük şirkəti Aeroflot Cargo, IL-18, AN-12 və U-154 ilə nizamlı əməliyyata başladı. 1972-ci ildə hava limanına 5 min tondan çox yük, aeroportdan çıxarıldı. 1978-ci ilin Aprel ayının 18-də IL-76 aeroporta endi və brotto 40 ton yük daşıma tutumuna sahib olmuşdu.
1982-ci ilin Dekabr ayının 18-də, TU-134 adlı ilk təyyarə, Plovdiv Aeroportu üçün yeni bir dövrün başlanğıcı olan Amsterdam'dan uçuşu reallaşdırdı.[1]
Yenilənməsi
redaktəAeroport pis idi və dövlətə aid olmaqla birlikdə yenə dövlətə aid Letişte Plovdiv EAD tərəfindən işlədilməsinə baxmayaraq terminal binası qismən xüsusidir. Bu vəziyyət, terminalın yenilənməsi işini çox çətin vəziyyətə gətirdi. Bu gün terminalın 58.08%'i Alfa Finance Holding (bu hissələrin köhnə sahibi, İsveçrəli firma TADO idi.) və geri qalan hissələr dövlət quruluşu Mezhdunarodno letishte Plovdiv EAD-a aiddir. Terminalın xüsusi səhmdarları ilə razılaşmadakı problemlər səbəbi ilə, genişləndirmə və yeni terminal inşa edilməsi işi üçün dövlətin qərar almasını təmin etdi. 2009-cu ilin əvvəlində başlayan yeniləmə prosesi, 6 əlavə dayanacaq boyda genişləmə Qlavbolqarstroy tərəfindən, yeni terminal binası isə yerli bir firma tərəfindən tikildi.[2]
Yeni terminal binası rəsmi olaraq 2009-cu ilin İyul ayının 1-də ictimaiyyətə açıldı[3]. İllik 500 min sərnişin tutumu olaraq hazırlanan terminal binasının xərci təxminən 20,000,000 €'dur.
Digər Təsislər
redaktəKrumovo Hava Bazası
redaktəAeroportun qərbində, Eurocopter AS 532, Mil Mi-24, Mil Mi-17 və Bell 206 modulları ilə Bolqar Hava Qüvvələrinin 24-cü Helikopter Hava hərbi bazası yerləşir.
Plovdiv Aviasiya Muzeyi
redaktəAeroportun, Bolqarıstandakı tək funksional aviasiya muzeyi var. 1991-ci ildə açılan muzeydə, Üçüncü Bolqar Krallığında gələn müasir, soyuq müharibə təyyarələrindən ibarət zəngin bir kolleksiyaya malikdir. Dövlət büdcəsinin aşağı olması səbəbi ilə, ödəniş əksəriyyətlə ianələrlə olur. Muzeyə aeroporta gedən yolda avtomobil ilə gedilə bilər və Mavrudovo qatar stansiyasından təxminən 100 metr uzaqlıqdadır. Ziyarətçilər üçün iş saatları 9: 00-16: 00'dır.
Statistika
redaktəPlovdiv Aeroportunun
Sərnişin Tıxacı Statistikası:
İl | Sərnişinlər | Dəyişiklik |
---|---|---|
1998 | 52,702 | ▬ 0% |
1999 | 38,811 | ▼26% |
2000 | 37,680 | ▼3% |
2001 | 27,627 | ▼27% |
2002 | 26,639 | ▲4% |
2003 | 27,379 | ▼3% |
2004 | 37,760 | ▲38% |
2005 | 66,168 | ▲75% |
2006 | 93,245 | ▲40% |
2007 | 104,130 | ▲12% |
2008 | 61,276 | ▼41% |
2009 | 24,919 | ▼59.3% |
2010 | 26,386 | ▼5.6% |
2011 | 76,835 | ▲191.2% |
2012 | 87,526 | ▲13.9% |
2013 | 91,000 | ▲4.5% |
2014 | 103,535 | ▲13.7% |
2015 | 103,300 | ▼0.2%[4] |
2016 | 77,649 | ▼25% |
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Plovdiv Aeroportu – Rəsmi Saytı" Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. Plovdivairport.com. 2013-cü ilin Sentyabr ayının 26-da alındı
- ↑ "Plovdiv Aeroportunda Yeni Terminal Tapdılar" Arxivləşdirilib 2009-07-04 at the Wayback Machine. Plovdiv.dir.bg. 2013-cü ilin Sentyabr ayının 26-da alındı.
- ↑ "http://plovdiv.dir.bg/2009/07/01/news4699502.htm". 2009-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
- ↑ "Arxivlənmiş surət". 2016-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.