Paula Selinq - Wikipedia
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni.
Paula Selinq | |
---|---|
rum. Paula Seling | |
Ümumi məlumatlar | |
Doğum adı | Paula Selinq |
Doğum tarixi | |
Doğum yeri | Baya-Mare, Rumıniya |
Milliyyəti | Rumıniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, DJ |
Fəaliyyət illəri | 1995-indiyə kimi |
Janrlar | pop, R&B |
Musiqi alətləri | pianino[d] |
Səs tembri | soprano |
paulaseling.ro | |
Vikianbarda əlaqəli mediafayllar |
Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb[1]. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub.
Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı.
1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi[2].
İstinadlar
redaktə- ↑ "Paula Seling & Ovi – Playing With Fire (Romania 2010) | Participant Profile | Eurovision Song Contest – Malmö 2013". Eurovision.tv. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
- ↑ "Paula and Ovi to represent Romania!". Eurovision.tv. 1 Mart 2014. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |