Paroza Evkalipti - Wikipedia
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Paroza evkalipti | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Paroza evkalipti |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəVətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir.
Botaniki təsviri
redaktəHündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Ekologiyası
redaktəAbşeronun iqlim şəraitinə davamlı olub, işıqsevən bitkidir. Yaşadığı mühitdən, iqlim-torpaq şəraitindən, dəniz səviyyəsindən, yerləşmə hündürlüyündən asılı olaraq bitkinin böyüməsi və inkişaf fazaları bir-birindən fərqlənir.
Azərbaycanda yayılması
redaktəAbşeronda Dendrologiya İnstitutunun təcrübə sahələrində 1967-ci ildən introduksiya olunmuşdur. Bir çox bölgələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəYarpaqların tərkibində efiryağı vardır. Yaşıllaşdırmada istifadə üçün yararlıdır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Eucalyptus calcicultrix var. porosa (F.Muell. ex Miq.) Blakely
Heterotipik sinonimləri
redaktə- Eucalyptus calcicultrix (F.Muell. ex Miq.) Blakely
- Eucalyptus odorata var. calcicultrix F.Muell. ex Miq.
- Eucalyptus odortata var. calcicultrix Miq.
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).