Osman Fermanoglu - Wikipedia
Osman Fərmanoğlu (Eyyubov Osman Fərman oğlu; d. 9 mart 1958, Gədəbəy rayonu, Qasımağalı) — Azərbaycan şairi, publisist.
Osman Fərmanoğlu | |
---|---|
Osman Eyyubov | |
Osman Fərmanoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qasımağalı, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, publisist |
Əsərlərinin dili | azərbaycanca |
Həyatı
redaktəOsman Fərmanoğlu 9 mart 1958-ci ildə Gədəbəy rayonunun Qasımağalı kəndində doğulmuşdur. 1965-1973-cü illərdə Mutudərə kənd səkkizillik məktəbində, 1973-1975 -ci illərdə İsalı kənd orta məktəbində tam orta təhsil almışdır. 1976-1980-ci illər Lenin adına APİ-nin filologiya fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla İmişli rayonuna göndərilmiş, 1980-1988-ci illərdə Nurulu və Qaraqaşlı kəndlərində müəllim, 1986-1988-ci illərdə Qaraqaşlı kınd orta məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. 1988-ci ildə Bakı şəhərinə köçmüş, Azərbaycan radiosunun "Ədəbi dram verilişləri" redaksiyasının əməkdaşı olmuşdur. 1989-cu ildən indiyə qədər Şüvəlan qəsəbəsində yerləşən 2 N-li internat məktəbində müəllim işləyir. 1994-cü il attestasiyasında "Ali koteqoriyalı dil -ədəbiyyat müəllimi" adı almışdır. Özünə "Fərmanoğlu" ədəbi təxəllüsünü seçmişdir. Çoxlu sayda şeirlərin, ədəbi-bədii, publisistik və tarixi məqalələrin müəllifidir. Yaradıcılığı haqqında M.Məmmədov, "Azərbaycan" jurnalında (N6, 1980-ci il), S.Hüseynoğlu, "Ədəbiyyat" qəzetində (2004-cü il), Zakir Məmməd "Uca qalalar kimi" məqaləsində (2018-ci il)[1], Vaqif Osmanov "Şair ozan-Osman Fərmanoğlu" [2] "Manera.az" Ədəbiyyat və Mədəniyyət portalında (2019-cu il) yazılar yazmışlar.
Yaradıcılığı
redaktə1975-ci ildən şeirləri Gədəbəy rayonda çıxan "Tərəqqi "qəzetində çap olunmağa başlamış, həmin qəzetin ştatdankənar müxbiri olmuşdur. Haqqında Musa Ələkbərli Gədəbəy rayonu qəzetində və Zahid Xəlil İnstitutda çıxan"Gənc müəllim" qəzetində "Uğurlu yol" yazmışlar.
Respublika mətbuatında "Azərbaycan", "Ulduz", "Gənclik", "Aran" , "Doqquz iqlim" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "Kaspi", "Səhifələr", "Sarı sim", "Ədalət" və s. qəzetlərdə dərc edilib, Türkiyədə şeirləri "Hectaşları" jurnalında və "DergiZan" elektron jurnalda çap olunub.[3]
7 şeir kitabının müəllifidir.
Kitabları
redaktə- Çiçək sevgisi 1987,
- "Ömür divanisi",2006,
- "Bu yolla gedən yolçu",2008,
- "Sənə sarı yol gəlirəm", 2011,
- "Ömür ölümdən uzundu", 2016,
- "Məni hardan biləsən",2017,
- "Şər vaxtının duası",2018.
- "Qəldim, gördüm, gedirəm", 2020
- "Ömürdən sonrakı ömür" (2023)
- "Gedənin qalan yeri" (2023)
Çap olunduğu almanaxlar
redaktə- "Azərbaycan", (səh. 226,227, 1984-cü il, tərtib edən şair Məmməd İsmayıl ),
- "Yaşıl budaqlar" (səh. 52-53, 1987-ci il, tərtib edən və ön sözün müəllifi, Respublika komsomol mükafatı laureatı Məmməd İsmayıl.
- "İki ömrün işığı", ( səh. 539, 1987-ci il, tərtib edən Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov)
Ailəsi
redaktəOsman Fərmanoğlu ailəlidir, həyat yoldaşı ali təhsilli müəllimədir. Oğlu Eltur həkimdir, hazırda Ankara Universitetində uzmanlıq oxuyur, qızı Gültəm Azərbaycan Dövlət Aqrar Universitetiini bitirib.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Zakir Məmməd, Dərviş azadlığı. Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine modern.az — 08.03.2018
- ↑ Şair - ozan Osman Fərmanoğlu | Vaqif Osmanov yazır Arxivləşdirilib 2019-07-10 at the Wayback Machine. manera.az — 11-02-2019
- ↑ Beş Şiir / Osman Fərmanoğlu Arxivləşdirilib 2021-07-26 at the Wayback Machine — dergizan.com