Orconikidze Rayonu Ufa - Wikipedia
Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir.
Rayon | |
Orconikidze rayonu | |
---|---|
rus. Орджоники́дзевский райо́н başq. Орджоникидзе районы | |
54°50′ şm. e. 56°05′ ş. u.HGYO |
|
Ölkə |
Rusiya Başqırdıstan Respublikası |
Daxildir | Ufa şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1956-ci il |
Sahəsi | 146 km² |
Saat qurşağı |
UTC +6 yayda UTC +7 |
Əhalisi | |
Əhalisi | ▼ 166,479 nəfər (2017) |
Etnik tərkib | Ruslar, başqırdlar |
Dini tərkib | Xristiyanlar, müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 347 |
Coğrafiya
redaktəOrconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır.
Tarixi
redaktəHal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir. 1936-ci ildə bu ərazilər Başqırd MSSR-a aid olan Ufa şəhər dairəsinə əlavə edilmiş, rayon mərkəzi Motornı kəndində yaranmışdır. Bununla birlikdə, ərazidə Ufa şəhər dairəsinin tabeliyində olan bir rayonu yaradılmışdır. Yeni rayon Stalin rayonu adlandırılmışdır. 1941-cu ilin əvvəllərində rayon, SSRİ-nin ən böyük sənaye rayonlarından biri halına gəlmiş və rayon bölgüsü böyük bir məsələyə çevrilmişdi, lakin Böyük Vətən müharibəsi bütün planları dəyişdirdi. Böyük sayda işçilərin olmasıyla birlikdə, çoxlu sənaye müəssisəsinin şəhər mərkəzindən 15-20 km uzaqlıqda olması, şəhər sovetinin icra komitəsinin işini çətinləşdirirdi, ona görə də RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 5 dekabr 1944 tarixli qərarı ilə, Stalin rayonu yenidən şəhər qəbul edilmişdir. Müharibədən sonra, şəhər sənaye, ərazi və əhali baxımından inkişaf etməyə davam edirdi. Buna görə rayonu bir neçə hissəyə bölmək məcburi olmuşdu. 25 fevral 1952 tarixində Çernikov şəhəri, RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə üç rayona bölünmüşdür. Bunlar, Kalinin, Stalin və Orconikidze rayonları idi. 27 aprel 1952 tarixində rayonda, 118 deputatdan ibarət olan İşçi Şurası yaradılmışdır. İşçi Şurasına rayonun İcra Komitəsinin 11 üzvü seçilmişdi. O dövrdə Çernikov şəhərinin sərhədləri çox geniş idi və Ufa şəhərinin sərhədlərinə yaxınlaşırdı. Bu vəziyyət şəhərlərin birləşməsinin zəruriliyini və məqsədəuyğunluğunu şərtləndirən amillərdən biri idi. 24 iyul 1956 tarixində, Başqırd MSSR Ali Soveti Rəyasət Fərmanı ilə, Ufa və Çernikov şəhərləri birləşib, "Ufa" adlı vahid bir şəhəri əmələ gətirdi. Çernikov şəhərinin Orconikidze rayon şurası, Ufa şəhərinin Orconikidze rayon şurası olmuşdur.
Əhali
redaktə1959[1] | 1970[2] | 1979[3] | 1989[4] | 2002[5] | 2003[6] | 2004[6] |
---|---|---|---|---|---|---|
125,068 | ▲170,694 | ▼117,463 | ▲217,760 | ▼175,551 | ▲175,732 | ▲176,570 |
2005[6] | 2006[6] | 2007[6] | 2008[6] | 2009[7] | 2010[8] | 2013[9] |
▲177,544 | ▲178,096 | ▼177,864 | ▼177,696 | ▼177,377 | ▼168,615 | ▲171,913 |
2014[10] | 2015[11] | 2016[12] | 2017[13] | |||
▼168,860 | ▲168,956 | ▼167,699 | ▼166,479 |
İqtisadiyyat
redaktəOrconikidze rayonu neft emalı və neft-kimya müəssisələrinin konsentrasiyasıdır. Rayonda neft emalı, neft-kimya, kimya, energetika, mühəndislik, ağac emalı, yüngül sənaye və tikinti sənayesi kimi müəssisələri var. Rayonun Ufa şəhər dairəsinin sənaye istehsalının ümumi həcmindəki payı 44%-dən çoxdur.
Elm
redaktəRayon neft emalı, neft-kimya, mikrobiologiya, kimyəvi bitki mühafizəsi məhsulları, sənaye istehsalı proseslərinin inkişafı və dizaynı sahələrində böyük bir elmi mərkəzdir. Rayonda ümumilikdə, 15 sektoral tədqiqat, dizayn institutları və müəssisələr var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Всесоюзная перепись населения 1959 года. Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
- ↑ Всесоюзная перепись населения 1970 года Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу. Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
- ↑ Всесоюзная перепись населения 1979 года Численность городского населения РСФСР, её территориальных единиц, городских поселений и городских районов по полу. Arxivləşdirilib 2017-06-26 at the Wayback Machine (rus.). Həftəlik Demoskol. 25 sentyabr 2013 tarixində yoxlanılmışdır. 28 aprel 2013 tarixində.
- ↑ Всесоюзная перепись населения 1989 года. Численность городского населения Arxivləşdirilib 2017-06-27 at the Wayback Machine (rus.). 22 avqust 2011 tarixində.
- ↑ Всероссийская перепись населения 2002 года. Том. 1, таблица 4. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населённых пунктов - райцентров и сельских населённых пунктов с населением 3 тысячи и более Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine (rus.). 3 fevral 2012 tarixində.
- ↑ 1 2 3 4 5 6 Подготовка к проведению всероссийской переписи населения на территории городского округа г. Уфа Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine (rus.)
- ↑ Численность постоянного населения Российской Федерации по городам, посёлкам городского типа и районам на 1 января 2009 года Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine (rus.). 2 yanvar 2014 tarixində yoxlanılmışdır. 2 yanvar 2014 tarixində Arxivləşdirilmişdir.
- ↑ Всероссийская перепись населения 2010 года. Численность населения по населённым пунктам Республики Башкортостан Arxivləşdirilib 2019-05-17 at the Wayback Machine (rus.). 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2013 года. — М.: Федеральная служба государственной статистики Росстат, 2013. — 528 с. (Табл. 33. Численность населения городских округов, муниципальных районов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов) Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine (rus.). 16 noyabr 2013 tarixində yoxlanılmışdır. 16 noyabr 2013 tarixində.
- ↑ Таблица 33. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2014 года Arxivləşdirilib 2020-04-27 at the Wayback Machine (rus.). 2 avqust 2014 tarixində yoxlanılmışdır. 2 avqust 2014 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года Arxivləşdirilib 2020-05-14 at the Wayback Machine (rus.). 6 avqust 2015 tarixində yoxlanılmışdır. 6 avqust 2015 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2016 года (rus.)
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2017 года (31 iyul 2017). 31 iyul 2017 tarixində yoxlanıldı. 31 iyul 2017 tarixində Arxivləşdirildi.