Olenok Ulusu - Wikipedia
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir.
Olenok ulusu | |
---|---|
68°30′15″ şm. e. 112°26′50″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1935 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəUlusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir.
Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km. Ən qısa yol təyyarə ilə 1105 km uçmaq lazımdır.
Digər rayonlarla su əlaqələri çaylar tərəfindən təmin edilir: Olenok və Anabar. Bu iri çaylar balıq ovu üçün əlverişli şərait yaradır.
Tarixi
redaktəUlus evenklərin qədim yaşayış yerlərin in olduğu bölgədir. Bu insanlar saxalıların bu ərazidə məskunlaşmasından çox əvvəl bölgədə ndolaşırdılar. Tez-tez baş verən epidemiyalar səbəbindən əhali sürətlə azalırdı.
Ruslar bu əraziyə 17-ci əsrdə gəlmişdilər. 19-cu əsrin ortalarından eyni torpaqda toplanan üç xalqın saxaların, rusların və evenklərin assimilyasiyası baş verir. Ulus 1 oktyabr 1935-ci ildə təsis edilmişdir. 2005-ci ildə Evenk milli bölgəsi statusuna sahibdir.
Əhalisi
redaktə- Milli tərkib
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: Evenklər - 3117 (75,53 %), saxalar – 841 (20,38 %), ruslar - 73 (1,77 %), evenlər - 20 (0,48 %), digər millətlər – 69 (1,67 %).
- Məşqulliyyət
Əhalinin əsas peşələri maralçılıq, heyvandarlıq və ovçuluqdur.
Yerli özünü idarəetmə
redaktəOlenok ulusu ərazisinə 1 şəhər və 3 kənd inzibati vahidliyinə ümumilikdə 4 yaşayış məntəqəsi daxildir[2][3]. Ulus ərazisinə daxil olan yaşayış məntəqələri:Jilinda k., Olenok k., Xarıyalax k., Eyik k.
İqtisadiyyat
redaktəİqtisadiyyat kənd təsərrüfatına (maralı və heyvandarlıq) və ovçuluqa əsaslanır. Kənd təsərrüfatına yararlı torpaqlar 1 302 ha təşkil edir. Rayonda kommunal-klan daxil olmaqla sovxoz, kəndli təsərrüfatları mövcuddur. Nəqliyyat əlaqələri hava və avtomobil vastəsi ilə təmin edilir.
İstinadlar
redaktə- ↑ Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
- ↑ "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- ↑ "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.