Anabar Ulusu - Wikipedia
Anabar ulusu (saxa Анаабыр улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Saskılax kəndidir.
Anabar ulusu | |
---|---|
72°07′ şm. e. 114°21′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 dekabr 1930 |
Sahəsi |
|
Hündürlük | 36 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAnabar ulusu Saxa Respublikasının şimal-qərbində, şimal enliyinin 71° ilə 76° arasında yerləşir. Ulus 55.6 min km² geniş bir ərazini tutur və respublikanın Bulun və Olenok ulusları, həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhəddir.
Böyük çayları: Anabar, Uele. Böyük gölləri: Ulaxan-Kyuel, Baqanıtta-Kyuel, Sappiya.
Tarix
redaktə10 dekabr 1930-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Yakutiya Muxtar Sovet Sosialist Respublikasının tərkibində şimaldakı kiçik etnik qrupların məskunlaşdığı ərazidə, Anabar milli (Evenk) bölgəsinin (regional mərkəz Uca) qurulması qərarı alır. Qərarı Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinin imzalayır. Anabar ulusu hələ də bir milli mahal statusunu qoruyub saxlayır. 1 yanvar 2003-cü ildən etibarən Anabar ulusunda inzibati islahat aparılır. 2004-cü ilin yanvar ayında Anabar ulusu Yakutiya bələdiyyələrindən birincisi olaraq milli statusu təsdiqlənən bələdiyyələrin federal reyestrinə daxil olmasını təsdiqləyən 004393 nömrəli sertifikat alır.
Əhalisi
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: dolğanlar — 42,39 %, evenklər — 22,74 %, saxalar — 21,59 %, evenlər — 6,43 %, ruslar — 3,71 %, ukraynalılar — 0,94 %, digər millətlərdən olanlar — 2,17 %[2].
Yerli özünü idarəetmə
redaktəAnabar ulusu ərazisinə 2 kənd inzibati vahidliyinə ümumilikdə 3 yaşayış məntəqəsi daxildir.
Sosial sfera
redaktəAnabar Milli Ulusun 2007-ci ilədək sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, aşağıdakı obyektlər tikiləcəkdir: Saskılax kəndində 220 yerlik orta məktəb, Saskılaxda 30 çarpayılıq bir xəstəxana kompleksi, Saskılaxda 300 yerlik bir sosial və mədəniyyət mərkəzi, Uryunq-Xaya kəndində mədəniyyət və idman kompleksi, Saskılaxda 4000 tonluq bir neft anbarı, Saskılax və Uryunq-Xaya kəndlərindəki veteranlar üçün yaşayış binaları, fərdi yaşayış binaları, Uryunq-Xaya kəndində 2 avtomobil üçün yanğınsöndürmə binası. Yuxarıda göstərilən obyektlərdən Saskılaxdakı bir sosial-mədəni mərkəz və veteranlar üçün yaşayış evləri 2004-cü ildə istismara verilmişdir: Saskılaxda altı mənzil, Uryunq-Xayada iki mənzil. Bundan əlavı 2004-cü ildə sənaye və sosial təyinatlı yeni obyektlər tikilərək istifadəyə verildi: 2400 kilovoltluq modul tipli dizel elektrik stansiyası, hamam və camaşırxana kompleksi, Saskılaxda yeni qazanxana, Uryunq-Xaya və Saskılaxda iki yanacaqdoldurma məntəqəsi.
İstinadlar
redaktə- ↑ Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
- ↑ "Перепись населения 2010". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.. Росстат.