Nabran Ensiz Demiryolu Xetti - Wikipedia
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir.
Nabran ensiz dəmiryolu xətti | |
---|---|
Ölkə: | Azərbaycan |
Tipi: | ensiz dəmiryolu xətti |
Qərargahı: | Nabran |
Təsis etmə tarixi: | 1951 |
Uzunluq: | km. |
Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı.
Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır.
Depo
redaktəYollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir. Vaqonlar sərnişin və yük olmaqla iki qrupa aid idi. Sərnişin vaqonlarının qapı və pəncərələri olmurdu.