Musa Musayev Parazitoloq - Wikipedia
Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921 və ya 1921[1], Gəncə – 4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru.
Musa Musayev | |
---|---|
Musa Əbdürəhman oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | parazitologiya |
Elmi dərəcəsi |
|
Elmi adı | professor |
İş yeri | AMEA Zoologiya İnstitutu |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəMusa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi.[2] Şeyxülislam Axund Məhəmməd Pişnamazzadənin nəvəsidir.
Əsas elmi nailiyyətləri
redaktəXeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.
Əsas elmi əsərlərin adları
redaktə- SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).
- Ev quşları koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri, 1977(rus dilində).
- Qunduzun parazitosenozu və xəstəlikləri, 1987 (rus dilində).
- Azərbaycan heyvanlar aləmi (I cild) Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa), 1995 (rus dilində).
- Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında kriptosporidlərin yayılması, 1996 (rus dilində).
- Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti (1976–1991)
"Parazitologiya" jurnalının redaksiya heyətinin üzvü (1967-1988)
- Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü
Təltif və mükafatlar
redaktə- Azərbaycan SSR Dövlət mükafatı laureatı - 1991;
- H.Əliyev adına "Ekologiya sahəsindəki nailiyyətlərə görə" medal və mükafat - 1996;
- AMEA-nın Fəxri Fərmanı - 2001;
- "Şöhrət" ordeni - 2001.
Mənbə
redaktə- Musa Əbdürəhman oğlu Musayev Arxivləşdirilib 2009-04-13 at the Wayback Machine
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.101
İstinad
redaktə- ↑ Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ "Arxivlənmiş surət". 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-04.