Muna Mahmudnizad - Wikipedia
Muna Mahmudnizad (fars. مونا محمودنژاد; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim.
Muna Mahmudnizad | |
---|---|
fars. مونا محمودنژاد | |
Doğum tarixi | 10 sentyabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyun 1983 (17 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | müəllimə |
Tanınır | Bəhai dinin təbliğatçısı |
Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır.[1][2][3] Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur.[4]
Həyatı
redaktəMuna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur.[5] Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır.
Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.[5]
Həbs olunması və edamı
redaktəXX əsrin ortalarından etibarən İranda yaşayan bəhai dini icmasına qarşı sərt münasibət daha da alovlanmışdır. Əhalisinin əksər hissəsi şiə inancına bağlı olan İranda yaşayan yarım milyona yaxın bəhai digər insanlar tərəfindən əsasən dindən çıxmış, azmış kəsim olaraq qəbul edilmişdir. Rza şah Pəhləvinin hakimiyyəti dövründə ölkədə yaşayan bəhailərin vəziyyəti qənaət-bəxş olmasa da, onlara qarşı sistematik mübarizə aparılmamışdır. 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra ölkə üzrə dinin təsirinin artması nəticəsində bəhailərə qarşı sistemi mübarizə başlamışdır.
Bəhailərə məxsus avtomobillərin, daşınmaz əmlakların və iş yerlərini təyin edilməsi və bəhailərin toplaşdığı mərkəzlərə kütləvi hücumların təşkili həyata keçirilən tədbirlərə misal olaraq göstərilə bilər.[1][6] 1982-ci ilin 23 oktyabr tarixində yerli vaxtla axşam saat 17;30 radələrində Şiraz valisi tərəfindən göndərilmiş dörd silahlı İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçisi Mahmudnizadların evinə icazəsiz daxil olmuş və evdə Bəhai dinin təbliğ edən əsərlərin, kitabların axtarışa başlamışdır. Evi alt-üst etdikdən sonra Muna Mahmudnizad və atası həbs olunaraq Şiraz şəhərində yerləşən Seppah həbsxanasına aparılmışdır. Ayrı-ayrı otaqlarda saxlanılan Mahmudnizadlar ailəsi 38 gün ərzində sözügedən həbsxanada saxlanılmışdır.[5]
29 oktyabr tarixində Muna və onunla birlikdə digər beş qadın Seppah həbsxanasından yenə Şiraz şəhərində yerləşən Adelabad həbsxanasına transfer edilmişdir. Adelabad həbsxanasında bir müddət saxlanıldıqdan sonra Muna və ona yaxınlığı ilə tanınmış qadınlar İslam İnqilabı Məhkəməsinə çıxarılmışdır. Məhkəmənin qərarı ilə Muna Mahmudnizad və onunla birlikdə olan digər doqquz qadın İran İslam Respublikasında Bəhai dinini yaymaqda və İsrail xeyirinə cəsusluq fəaliyyəti ilə məşğul olmaqda günahlandırılaraq edam cəzasına məhkum edilmişdir.
Muna və digər bəhai qadınlar əsasən Şiraz məktəblərində sırf bəhai olduqları üçün məktəbə buraxılmayan uşaqlara, şəxsi evlərdə və bəhai mərkəzlərində dərslərdən geri qalmamaları üçün dərs keçməkdə günahlandırılmışdır. Qadınlara edam cəzasının verilməsi həmin dövrdə geniş rezonansa səbəb olmuşdur.[3]Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqan Muna Mahmudnizad və digər qadınların İran hökumətindən azad olunmasını xahiş etsə də, edam hökmü 1983-cü ilin 18 iyun tarixində şəhərin mərkəzi stadionlarının birində gercəkləşdirilmişdir.[2]
Mona Mahmudnizhad ilə birlikdə edam edilmiş digər qadınlar;[5]
- Nüsrət Yaldayi, (54 yaşında)
- İzzət Cənəmi İşraqi, (50 yaşında)
- Röya İşraqi (İzzətin qızı, 23 yaşında)
- Tahirin Siyavuşi (32 yaşında)
- Zərrin Muqimi (28 yaşında)
- Şirin Dəlvand (25 yaşında)
- Əxtar Sabit (19 yaşında)
- Simin Saberi (20 yaşında)
- Məhşid Nirumənd (28 yaşında)
2008-ci ilin sentyabr ayında İran İnsan Hüquqları Mərkəzi tərəfindən 1982-ci ildə baş vermiş edamlarla bağlı araşdırma və dəyərləndirmə raportu dərc olunmuşdur.[7]
Mədəniyyətə təsiri
redaktəMuna Mahmudnizadın gənc yaşda edam edilməsi bir çox mədəniyyət nümunələrində işıqlandırılmışdır. Musiqiçi Doug Cameronun Muna uşaqlarla bərabər (ing. Mona with the Children) adlı klipi Kanada hit-paradlarında uzun müddət zirvədə qalmışdır.[8] Klip musiqi dünyasında məşhurluq qazandıqdan sonra İranda bəhai dini azlığının vəziyyəti daha tez-tez dünya mətbuatının gündəminə gəlməyə başlamışdır. Yaxın zamanlarada isə Muna üçün bir geyim (ing. A Dress for Mona) adlı teatır tamaşası səhlənləşdirilmişdir. Hal-hazırda Munanın yuxusu adlı televiziya filminin çəkilməsi üzərində işlər aparılır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Affolter, Friedrich W. "The Specter of Ideological Genocide: The Bahá'ís of Iran" (PDF). War Crimes, Genocide and Crimes Against Humanity. 1 (1). 2005: 59–89. 2007-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ 1 2 Reuters. "Iran reportedly executes 16 Baha'is in secret". New York Times. 1983-06-20.
- ↑ 1 2 Mullins, Sandy. "Mona Mahmudnizhad". Bella Online. 2007. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-25.
- ↑ NOEL GRIMA (03 August 2008) ‘Mona’s Dream’ may be directed by Mario Philip Azzopardi, perhaps not in Malta Arxivləşdirilib 2012-03-01 at the Wayback Machine Arxivləşdirilib 2012-03-01 at the Wayback Machine, The Malta Independent
- ↑ 1 2 3 4 The Story of Mona: 1965–1983. Thornhill, Canada: Bahá'í Canada Publications. 1985. 2016-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
- ↑ International Federation for Human Rights. "Discrimination against religious minorities in Iran" (PDF). fdih.org. 2003-08-01. 2006-10-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2006-10-20.
- ↑ IHRDC: Community Under Siege: The Ordeal of the Bahá’ís of Shiraz
- ↑ ""Pop Annual 1955–1999: Sixth Edition" for October, 1985". 2002-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-25.