Mortal Kombat 4 - Wikipedia
Mortal Kombat 4 (MK 2) - "Midway Games" oyun kompaniyası tərəfindən 1997-ci ildə yaradılan, döyüş oyunudur. Bu oyun "Mortal Kombat" seriyalarındakı əvvəlki oyunlarından fərqli olaraq 3D formatındadır.[2]
Mortal Kombat 4 | |
---|---|
Hazırlayan | Midway Games |
Yayımlayan | Midway Games |
Seriya | Mortal Kombat |
Anons tarixi | Midway Games (1997) |
Buraxılış tarixi | Avqust, 1997-ci il |
Janrlar | Faytinq oyunu |
Bəstəkarlar | Den Forden |
Texniki məlumat | |
Platforma | Microsoft Windows[1], PlayStation[1], Game Boy Color |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | CD-ROM, oyun kartrici[d], rəqəmsal distribusiya |
İdarəetmə | geympad |
Rəsmi saytı |
Hekayə
redaktə"Mortal Kombat 4" oyununun hekayəsi Raydenin "Ölümcül döyüş" turnirində baş verən hadisələr haqqında monoloqu ilə başlayır. 1000 il əvvəl Şinnok digər tanrılara qarşı çıxaraq hakimiyyətini qurmaq üçün Yer dünyasını ələ keçirir. Şinnok Yer dünyasını ələ keçirmək üçün sehrli amuletin mistik gücündən istifadə etmişdir. Bir müddət sonra Şinnok Rayden ilə üzləşmək məcburiyyətində qalmışdır. Rayden Şinnoku məğlub etmiş və Yer dünyasını xilas etmişdir. Lakin Şinnok cadugər Kuan Çinin köməyi ilə sağ qalır. Kuan Çi Şinnokun amuletini tapmaq üçün Sab-Zironu göndərir. Şao Kannın Yer döyüşçülərinə məğlubiyyətindən sonra Şinnok ordusu ilə digər dünyaları ələ keçirməyə başlayır. Şinnok tanrıları məğlub etmək üçün ordusunu səmaya göndərir. Rayden və Fujin xilas olaraq Yer dünyasına gedir və Şinnokla mübarizə aparmaq üçün döyüşçülər toplamağa başlayırlar. Sonda Yer dünyasının döyüşçüləri qələbə qazanır.
Geympley
redaktə"Mortal Kombat" seriyasının 4-cü oyunu, yalnız ssenariya olaraq deyil, oynanış olaraq da digər "Mortal Kombat" oyunlarından fərqlənir. Digər oyunlarından fərqli olaraq hər döyüşçüyə oyunda istifadə edə biləcəyi silahlar verilmişdir (məs.Qılınc və s.). Ayrıca oyunda yeni əlavə olunan üç ölçü ilə edilən döyüşlər fərqli bir ölçü qazandırılmaya çalışılmışdır. Silsilədəki ən çox rəğbət görən, hər hansı bir dövüşçünün qarşısındakı döyüşçünü məğlub etdikdən sonra tətbiq olunan "Fatality" sistemi də bu oyunda iştirak etməkdədir. Bu sistemə görə oyunçuya qarşısındakı döyüşçünü məğlub etdikdən sonra müəyyən bir müddət tanınır. Və bu müddət içərisində oyunçuya müəyyən düymələrə sırayla bassanız məğlub olmuş olan oyunçunu parçalayaraq, və ya bir üzvünü kəsərək öldürürəcəkdir. Oyuna bir-birindən fərqli 8 yeni döyüşçü əlavə edilmişdir. Bu da oyunu daha da maraqlı edir.
Maraqlı faktlar
redaktə- Məhz "Mortal Kombat 4" oyununda "Reptayl" personajı ilk dəfə olaraq açıq üzlü personaj kimi göstərilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 redump.org (ing.). Europe.
- ↑ Greeson,Jeff; O'Neill, Cliff. "History of Mortal Kombat: Mortal Kombat 4". GameSpot. October 21, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 1, 2009.