Moldova Sloveniya Munasibetleri - Wikipedia
Moldova-Sloveniya əlaqələri (Slovencə: Odnosi Moldavija-Slovenija, Rumınca: Relațiilor Moldo-Slovenia, Rusca: Молдовы-Словении oтношения) — Moldova və Sloveniya arasında ikitərəfli əlaqələrdir. Moldova, bilinməyən bir tarixdə Sloveniya Respublikasını tanıdı. Diplomatik əlaqələr 1993-cü ilin Oktyabr ayının 27-də quruldu. Hər iki ölkə də Budapeşt'dəki (Macarıstan) səfirlikləri vasitəsilə təmsil edilir.
Moldova-Sloveniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Dövlət Ziyarətləri
redaktəMoldovan Prezident Petru Luçinski 2003-cü ilin Aprel ayında Sloveniyanı ziyarət etdi.[1]
Sloveniya Prezidenti Yanes Dronovsek, 2004-ci ildə Moldovanın keçmiş prezidenti Vladimir Voronin ilə görüşdü və Voronin'in Moldova üçün sabitlik və təhlükəsizlik paktını imzalamasına dəstək verdi.[2]
2007-ci ilin Aprel ayında Moldovan Baş nazir Vasile Tarlev, Sloveniya Baş naziri Yanes Yanşa'nı ziyarət etdi. Hər ikisi də iki ölkə arasında daha güclü ticarət əlaqələri qurulması üçün danışıqlar apardı və iki iqtisadiyyat nazirliyi arasında bir memorandum imzaladılar. Tarlev'in ziyarəti Lyublyana'daki dördüncü Moldovan-Sloven ticarət forumunun bir parçası idi.[3][4]
Əməkdaşlıq
redaktəSloveniya Moldovanın Avropa İttifaqına qoşulma istəyi mövzusunda Moldovaya xüsusi yardım təklif etdi[5]. Sloveniya xarici işlər naziri Dimitriy Rupel, Moldovanın keçmiş prezidenti Vladimir Voronin ilə Brüsseldə, 2008-ci ildə bir araya gələrək, Moldovanın korrupsiya ilə mübarizəsi mövzusundakı islahatlarını, Telekommunikasiya qanununu mediada və insan hüquqlarının plüralizmini təmin edəcək bir şəkildə icra əhəmiyyətini vurğulayan islahatlarını davam etdirməsinin lazım olduğunu söylədi.[6]
Həmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
- ↑ "Arxivlənmiş surət". 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
- ↑ Baş nazilər daha güclü Sloveniya-Moldova iqtisadi əlaqələri üçün danışıqlar apardı Arxivləşdirilib 2012-10-19 at the Wayback Machine STA xəbər agentliyi, Lyublyana - 18 Aprel, 2007
- ↑ Baş nazir Tarlev, Sloveniya biznesmenlərini Moldovaya sərmayə qoymağa dəvət etdi. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine STA xəbər agentliyi, Lyublyana - 18 Aprel, 2007
- ↑ http://www.svrez.gov.si/nc/en/splosno/cns/news/article/2028/919/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.