Mlada Boleslav - Wikipedia
Mlada-Boleslav[1] (çex. Mladá Boleslav; keçmiş Yunqbuntslau, alm. Jungbunzlau) — Çexiyada şəhər, Orta Çexiya diyarının inzibati mərkəzi. Mlada Boleslav rayonunun inzibati mərkəzi. Yizer çayının sol sahilində, Praqadan 50 km. şimal-şərqində yerləşir. Dəmiryol qovşağı keçir.
Şəhər | |
Mlada Boleslav | |
---|---|
çex. Mladá Boleslav | |
50°24′45″ şm. e. 14°54′23″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Diyar | [[Orta Çexiya diyarı]] |
Rayon | [[Mlada Boleslav rayonu]] |
Mer | Raduan Nvelati |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | X əsr |
İlk məlumat | 1130 |
Əvvəlki adı | Yunqbuntslau |
Sahəsi | 28.9 km² |
Mərkəzin hündürlüyü | 235 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 44 318 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +420 326 |
Poçt indeksi | 293 01 |
Nəqliyyat kodu | S |
Digər | |
mb-net.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 43,4 min nəf. (2003). Sahəsi 28,9 km².
Şəhər X əsrin ikinci yarısında Blaqoçestiv II Boreslav tərəfindən kral sarayı kimi əsası qoyulmuşdu. Onun Praqa şəhərini əsasını qoyan vaxt burada artıq iki qəsr mövcud idi. Yeni tikilən qəsrin adını Mladá («cavan») (XV əsrdə tikilmişdi) və Staré («köhnə»).
Özünün əlverişli coğrafi yerləşməsi ilə (Bohemiyadan alm. Böhmer, Lujisaya alm. Lausitz və Brandenburqa alm. Brandenburg) Mlada Boleslav tezliklə bölgənin əsas mədəniyyət mərkəzinə çevrildi. 1334 və 1436-cı illərdə şəhər "kral şəhəri" statusunu aldı. XVII əsrdə şəhər inkişafdan düşsə də, tezliklə məşhur Şkoda avtomobil zavodunun açılması ilə ikinci həyatını yaşadı.
Şəhərdə məşhur Tarix muzeyi (Tepl sarayında), avtomobil muzeyi İntibah dövrünə aid kilsə bölgəşünaslıq muzeyi və s.
Qardaş şəhərlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Млада-Болеслав // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 15.
Xarici keçidlər
redaktə- mb-net.cz Offizielle Seiten der Stadt (teilw. deutsch)