Mister Olimpiya 1975 — Bodibildinq üzrə ən populyar yarışın sayca onbirincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının[ing.] (IFBB) təşkilatçılığı ilə 1975-ci ilin 8 noyabrında, CAR-ın Pretoriya şəhərində keçirilmişdir.[1][2] Bu yarışmada 1977-ci ildə ekranlara çıxmış "Pumping Iron" sənədli filminin çəkilişləri aparılmışdır. Sənədli filimdə Arnold Şvartseneggerlə Lu Ferrino arasındakı yarış öncəsi və yarış zamanı olan rəqabət lentə alınmışdır.
Mütləq çempionu seçmək üçün 7 hakimdən dördü Arnold Şvartseneggerə, üçü isə Franko Kolumbuya səs verdi. Bununla da Arnold Şvartsenegger 6-cı dədə Mister Olimpiya tituluna sahib oldu. O yarışın sonunda peşəkar idmandan getdiyini açıqladı. Baxmayarq ki, 1980-cı ildə yenidən yarışmalara qatılmış və 7-ci dəfə Mister Olimpiya titulunu qazanmışdır.