Mika Todorovic - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Mika Todoroviç (serb. Mica Todorović) — Bosniyalı rəssam. Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri.
Mika Todoroviç | |
---|---|
bosn. Mica Todorović | |
Doğum tarixi | 1900[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janr | natürmort |
Üzvlüyü |
|
Mükafatları |
Bioqrafiya
redaktəMika Todoroviç 1900-cü ildə Sarayevoda anadan olub[3]. Orada qızlar üçün orta məktəbi bitirmiş və 1920-ci ildə Zaqrebdəki Rəssamlıq Akademiyasına daxil olmuşdur. Sinfində oxuyan yeganə qız idi[4]. 1926-cı ildə təhsilini başa vuraraq, bütün təsviri sənət növlərinin mərkəzi olan Sarayevoya qayıdır[5]. Sonra Mika İtaliyaya gedir və burada İntibah sənətini öyrənir.
İkinci Dünya müharibəsi illərində Stara Qradişka həbs düşərgəsində həbs edilir, sonra məcburi əmək üçün Avstriyaya göndərilir. 1945-ci ildə Mika Todoroviç Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri olur. O, həmçinin Boşnak Elmlər və İncəsənət Akademiyasının və Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü olan ilk qadın olur.
Mitsa Todoroviç Sarayevodakı Tətbiqi Sənətlər Məktəbinin ilk professorlarından biri olub və təqaüdə çıxana qədər burada çalışıb. O, 1981-ci ildə dünyasını dəyişir və Hole qəbiristanlığında dəfn edilir.
Fəaliyyət
redaktə1930-cu ildə Böyük Britaniyada Todoroviçin ilk sərgisi keçirilir. Sosialist kimi o, Lyublyana və bütün Avropada əsərlərini sərgilədiyi Zaqreb Zemlya kollektivi ilə əlaqə saxlayır[6]. Qrup fəhlə sinfinin həyatını təsvir etmək istəyən rəssamlardan ibarət idi[7]. 1932-ci ildə Todoroviç Sarayevoya qayıdır və Yuqoslaviya Kommunist Partiyasının üzvü olur. 1937-ci ildən o, əsasən boyalarla işləyir, bu səbəbdən güclü rəng qavrayışını inkişaf etdirir.
1945-ci ildə Mitsa Todoroviç Belqradda Hərbi Cinayətlərə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası qarşısında ifadə verən yeganə rəssam idi, burada onun konsentrasiya düşərgələrində həyatı əks etdirən “Yasenovac və Qradişkanın son qurbanları” rəsm silsiləsi sübut kimi istifadə edilmişdir. İkinci Dünya müharibəsindən sonra insanlar rəssamın yaradıcılığının bir hissəsi olmaqdan çıxdılar və o, ətrafındakı əşyalardan ilham almağa başlayır. Yuqoslaviyada kollektiv sərgilərə və Avropada müstəqil sərgilərə baxmayaraq, Mika Todoroviçin Belqradda ilk fərdi sərgisi yalnız 1954-cü ildə baş tutur. Sonrakı sərgiləri 1962 və 1975-ci illərdə Sarayevoda, 1968-ci ildə isə yenidən Belqradda olmuşdur[8].
1959-cu ildə əsasən ağ çalarlarda çəkilmiş "Venesiya" rəsm əsəri Mika Todoroviç üslubunda dönüş nöqtəsi olur, o, "karyerasının ağ mərhələsinə" qədəm qoyur. 1980-ci ildə Bosniya və Herseqovina Milli Qalereyasında onun işinin retrospektivi keçirilmişdir.
1992-ci ildə Oslobođenje qəzetinə məxsus on mərtəbəli bina sökülür. İtkilər arasında Mika Todoroviçin çəkdiyi fotoşəkillər də var idi[9].
2019-cu ildə Todoroviçin 1929-1933-cü illər arasında çəkdiyi rəsmləri də Bosniya və Herseqovina Milli Qalereyasında sərgilənir[10]. Qalereya kolleksiyasında onun 300-dən çox əsəri var. Onlardan bəziləri daimi nümayiş etdirilir[11].
Xatirəsi
redaktəQoritsada Mika Todoroviçin yaşadığı küçə onun şərəfinə adlandırılıb.
İstinadlar
redaktə- ↑ Mica Todorović // CONOR.SI.
- ↑ Brelet C. Mileva TODOROVIĆ // Le Dictionnaire universel des créatrices (fr.). / B. Didier, A. Fouque, M. Calle-Gruber Éditions des femmes, 2013. ISBN 978-2-7210-0628-8
- ↑ "Mica Todorović - Jedna od najvećih bosanskohercegovačkih umjetnica". Impuls (bosniya). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ Dženeta. "Mica Todorović je bila Sarajka i prva članica Akademije nauka BiH". Sarajke.com (ingilis). 2018-11-05. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ Calic, Marie-Janine. The Great Cauldron: A History of Southeastern Europe (ingilis). Harvard University Press. 2019-06-10. 547. ISBN 978-0-674-98392-2. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- ↑ "Mica Todorović - Jedna od najvećih bosanskohercegovačkih umjetnica". Impuls (bosniya). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ Rowlands, Marc. "27 incredible images from the current Zemlja exhibition". Time Out Croatia (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ "Mica Todorović | UGBiH.ba" (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ Dizdarević. Sarajevo : a war journal. 1993. ISBN 978-0-88064-149-4.
- ↑ "SMICALICE – Mica Todorović's Drawings 1929-1933 | UGBiH.ba" (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- ↑ "Permanent Exhibition: Intimacies of space | UGBiH.ba" (ingilis). 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.